Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2635/2023 05.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 17 yanvar 1956-cı il təvəllüdlü X3 06 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib izahatında bildirdi ki, 17 yanvar 1956-cı il təvəllüdlü X1 onun həyat yoldaşıdır. Həyat yoldaşı Məzahir Kərimov 06 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Şahin Həsənov küçəsi ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. 09 yanvar 2023-cü il tarixdə tərtib edilmiş aktdan da göründüyü kimi ünvan 1 ünvanında yaşayan Məzahir Kərimov 06 yanvar 2023-cü il tarixdə öz evində vəfat etmişdir. Qəbələ Bələdiyyəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli arayışdan da göründüyü kimi mərhum Məzahir Kərimov 06 yanvar 2023-cü il tarixdə vəfat etmiş və Qəbələ şəhəri, Heydər Əliyev prospektində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Mərhum həyat yoldaşı Məzahir Kərimovun vəfatından sonra o, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X16nə müraciət etmişdir. Oradan isə ona Məzahir Kərimovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmayacağı barədə cavab verilmişdir. Daha sonra isə həyat yoldaşının ölümünün qeydiyyata alınması barədə Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi də ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün imtina cavabı vermişdir. Həyat yoldaşı Məzahir Kərimov ölüm haqqında şəhadətnaməsi ona dəfnə görə verilən müavinətin alınmasına və zəruri sənədlərin əldə edilməsinə görə lazımdır. Cəhd etməsinə baxmayaraq, həyat yoldaşı Məzahir Kərimovun ölümü haqqında şəhadətnaməni əldə edə bilməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən 17 yanvar 1956-cı il təvəllüdlü X3 06 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, X1 qonşusu olmuşdur. Ərizəçi isə mərhum Məzahir Kərimovun həyat yoldaşıdır. Mərhum ilə 11-12 il qonşu olmuşlar. Məzahir Kərimov çox yaxşı insan və çox yaxşı qonşu olmuşdur. Atası qədər mərhumun xətrini istəyib. Məzahir Kərimov ağır asma xəstəsi olmuşdur və 06 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Lakin ölümündən qabaq bir neçə gün Məzahir Kərimova görə səhhəti yaxşı olmadığı üçün təcili yardım gəlib-getmişdir. Həmin vaxtı təcili tibbi yardım avtomobilini görəndə çöldə qalan mərhumun nəvələrindən nə baş verdiyini soruşmuş, onlarda cavablarında babalarının səhəti ilə bağlı özünü narahat his etdiyini demişlər. Vəfat etdikdən sonra mərhumu dəfn etmək üçün Qəbələ rayonuna aparmışlar. Yas mərasimi Qəbələ rayonunda keçirilmişdir. Qəbələ rayonuna gedib yas mərasimində iştirak edə bilməsə də, ərizəçi evə qayıtdıqdan sonra evlərinə gedib baş sağlığı vermişdir. Keçən 11 il ərzində ərizəçi və mərhum həyat yoldaşı ilə aralarında heç bir incik düşmə ilə bağlı hadisə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Ərizəçi tanıyır. Ərizəçinin həyat yoldaşı X1nu da sağlığında tanımışdır. Belə ki, onlar onun qonşularıdır. Hər ikisi yaxşı insan və yaxşı qonşudurlar. Həm ərizəçidən, həm də onun mərhum həyat yoldaşı Məzahir Kərimovdan yaxşılıqdan başqa heç bir pislik görməmişlər. O və bütün qonşuları Məzahir Kərimovun ölümündən çox heyfslənmişlər. Məzahir Kərimov 06 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Belə ki, həmin günü o, işə getdiyi vaxt qonşudan səslər gəldiyini eşitmişdir. Həmin vaxtı təcili yardım gəlsə də, təcili yardıma qədər Məzahir Kərimov artıq vəfat etmişdir. Həmin gün işdə olduğu vaxt ona zəng edərək Məzahir Kərimovun vəfat etdiyini demişlər. Evə qayıdıb gəldikdə isə Məzahir Kərimovun cənazəsinin artıq götürüldüyünü görmüşdür. Mərhumu Qəbələ rayonuna aparıb orda dəfn etmişlər. İşdən icazə vermədiklərinə görə Qəbələ rayonuna dəfnə və yas mərasiminə gedə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə yaxın qonşudurlar. X1 isə ərizəçinin həyat yoldaşı olmuşdur. Məzahir Kərimov asma xəstəsi olmuşdur. O, Məzahir Kərimov vəfat etdiyi vaxt Bilgəh qəsəbəsində bağban işlədiyi bağda olmuşdur. Həmin gün evə gələ bilməmişdir. O, ancaq 07 yanvar 2023-cü il tarixdə evə gəlmiş və gələndən sonra gedib baş sağlığı vermişdir. Həmin vaxtı mərhumun cənazəsini rayona aparıb dəfn etdiklərini eşitmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan AA2227418 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 17 yanvar 1956-cı il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan Qutqaşın rayonun VVAQ şöbəsi tərəfindən 28 sentyabr 1981-ci il tarixdə verilmiş İİ-JQ seriyalı 403839 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X8 28 sentyabr 1981-ci il tarixdə Qutqaşın rayonun VVAQ şöbəsində rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 sentyabr 1981-ci il tarixdə 67 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. Mülki işin materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan Bakı şəhər Təcili və X7 Stansiyasının 16 saylı bölməsinin xəbərdarlıq vərəqəsindən görünür ki, 06 yanvar 2023-cü il tarixdə 67 yaşlı X3 adına çağırış olmuş, saat 09:15-də çağırış yerinə gəldikdə isə həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli, PHŞ-6-20/2-K-42-199/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi X3 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkünsüzlüyü bildirilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 11 aprel 2023-cü il tarixli, 3-16-5/8-886/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan Qəbələ Bələdiyyəsi tərəfindən verilmiş 15 mart 2023cü il tarixli, 59 nömrəli arayışdan görünür ki, X10 06 yanvar 2023-cü il tarixdə vəfat etmişdir və Qəbələ şəhər Heydər Əliyev prospektində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 06 yanvar 2023-ci il tarixdə X3 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 17 yanvar 1956-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş X3 06 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 yanvar 1956-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş X3 06 yanvar 2023cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-2635/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2635/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver