Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2425/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı və Cavabdeh2 nümayəndəsi X7 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-655/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-655/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı icarənin etibarsızlığı, torpağın boşaldılması və qanuni sahibinə geri qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən “Şirvan-Yaşma” X12 25.07.1990-cı il tarixli, 02 nömrəli protokolundan çıxarış ilə əldə etdiyi 461 nömrəli 6 sot torpaq sahəsinin də yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 başçısının 01.06.2018-ci il tarixli, NX/484 nömrəli sərəncamı ilə Cavabdeh1 icarəyə verilməsinin etibarsız hesab edilərək, torpağın boşaldılması və ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 1979-cu ildə Aliminium zavodunda qaynaqçı vəzifəsində işləmişdir. Həmin dövrdə daşınmaz əmlak əldə etməklə əlaqədar işlədiyi yer üzrə növbəyə durmuşdur. Nəhayət, 1990-cı ildə ona Sumqayıt şəhərində “Şirvan-Yaşma” adlanan ərazidə 0,06 ha torpaq sahəsi verilmişdir. Bunu 461 nömrəli “Bağçılıq birliyinin kitabçası” sübut edir. Həmçinin "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş daşınmaz əmlak verilmiş şəxslərin siyahısında da onun adı, soyadı və ata adı 517-ci sırada, qarşısında kitabça nömrəsi 461 yazılmaqla qeyd olunmuşdur. Torpaq sahəsi istifadəsinə verilən vaxtdan etibarən 2019-cu ilə kimi torpaqla bağlı bütün ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Həmin ödənişlərin edilməsinə dair kitabçada “ödənilib” sözləri ilə qeydlər vardır. Həmçinin Sumqayıt şəhər Bələdiyyəsinin 2001-2010-cu illər ödəniş dövrünü əhatə edən 084797 nömrəli qəbz mövcuddur. Müstəqilliyin bərpa edilməsindən sonra aparılmış torpaq islahatı nəticəsində əvvəllər vətəndaşların istifadəsinə verilmiş torpaq sahələri özəlləşdirilmişdir. O da bu məqsədlə 2019-cu ilin avqust ayının 25-də Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən “Şirvan-Yaşma” X12 25.07.1990-cı il tarixli, 02 nömrəli protokolundan çıxarış ilə əldə etdiyi 461 nömrəli 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün bütün sənədlərlə birgə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28 oktyabr 2019-cu il tarixli, **********45 nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 sentyabr 2019-cu il tarixli, **********85 nömrəli və 03 oktyabr 2019-cu il tarixli, **********70 nömrəli cavab məktublarında göstərilir ki, 461 nömrəli 0,06 ha torpaq sahəsi başqasına məxsus 54,0 ha torpaq sahəsi ilə üst-üstə düşdüyündən “Şirvan-Yaşma” adlanan ərazidə 0,06 ha (6 sot) torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alına bilməz. Cavabdeh2 başçısının 01.06.2018-ci il tarixli, NX/484 nömrəli sərəncamı ilə Abşeron rayonunun inzibati ərazisində yerləşən dövlət torpaqlarından icarə yolu ilə 49 il müddətinə Cavabdeh1 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 54,0 ha torpaq sahəsi ayrılmışdır. 30.07.2018-ci ildən etibarən, lakin 03.02.2020-ci ildə Cavabdeh1 həmin torpaq sahəsini X1. 54,0 ha torpaq sahəsində ona məxsus 0,06 ha torpaq vardır. Ona məxsus torpaq sahəsinə qanunsuz çıxarışlar almışlar. O isə Yaşma Bağlar ərazisində yerləşən “Şirvan- Yaşma” X12 25.07.1990-cı il tarixli 02 nömrəli protokolundan çıxarış ilə əldə etdiyi 461 nömrəli 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Çünki illərdir həmin torpağa qulluq edir, orada yaşayır, başqa yerdən ev, torpaq almağa imkanı da yoxdur, 2-ci qrup əlildir. Bu səbəbdən də cavabdehlərin ona məxsus torpaq sahəsi üzərindəki səlahiyyətlərinin ləgv edilməsini istəyir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, 1979-cu ildə Aliminium zavodunda qaynaqçı vəzifəsində işləmişdir. Həmin dövrdə daşınmaz əmlak əldə etməklə əlaqədar işlədiyi yer üzrə növbəyə durmuşdur. Nəhayət, 1990-cı ildə Sumqayıt şəhərində “Şirvan- Yaşma” adlanan ərazidə ona 0,06 ha torpaq sahəsi verilmişdir. Bunu 461 nömrəli “Bağçılıq birliyinin kitabçası” sübut edir. Həmçinin "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş daşınmaz əmlak verilmiş şəxslərin siyahısında da onun adı, soyadı və ata adı 517-ci sırada, qarşısında kitabça nömrəsi 461 yazılmaqla qeyd olunmuşdur. Torpaq sahəsi istifadəsinə verilən vaxtdan etibarən 2019-cu ilə kimi torpaqla bağlı bütün ödənişləri vaxtlıvaxtında ödəmişdir. Həmin ödənişlərin edilməsinə dair kitabçada “ödənilib” sözləri ilə qeydlər vardır. Həmçinin Sumqayıt şəhər Bələdiyyəsinin 2001-2010-cu illər ödəniş dövrünü əhatə edən 084797 nömrəli qəbz mövcuddur. Müstəqilliyin bərpa edilməsindən sonra aparılmış torpaq islahatı nəticəsində əvvəllər vətəndaşların istifadəsinə verilmiş torpaq sahələri özəlləşdirilmişdir. O da bu məqsədlə 2019-cu ilin avqust ayının 25-də Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən “Şirvan-Yaşma” X12 25.07.1990-cı il tarixli, 02 nömrəli protokolundan çıxarış ilə əldə etdiyi 461 nömrəli 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün bütün sənədlərlə birgə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28 oktyabr 2019-cu il tarixli, **********45 nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 sentyabr 2019-cu il tarixli, **********85 nömrəli və 03 oktyabr 2019-cu il tarixli, **********70 nömrəli cavab məktublarında göstərilir ki, 461 nömrəli 0,06 ha torpaq sahəsi başqasına məxsus 54,0 ha torpaq sahəsi ilə üst-üstə düşdüyündən “Şirvan-Yaşma” adlanan ərazidə 0,06 ha (6 sot) torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alına bilməz. Cavabdeh2 başçısının 01.06.2018-ci il tarixli, NX/484 nömrəli sərəncamı ilə Abşeron rayonunun inzibati ərazisində yerləşən dövlət torpaqlarından icarə yolu ilə 49 il müddətinə Cavabdeh1 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 54,0 ha torpaq sahəsi ayrılmışdır. 30.07.2018-ci ildən etibarən, lakin 03.02.2020-ci ildə Cavabdeh1 həmin torpaq sahəsini X1. 54,0 ha torpaq sahəsində ona məxsus 0,06 ha torpaq vardır. Ona məxsus torpaq sahəsinə qanunsuz çıxarışlar almışlar. O isə Yaşma Bağlar ərazisində yerləşən ’’Şirvan-Yaşma” X12 25.07.1990-cı il tarixli 02 nömrəli protokolundan çıxarış ilə əldə etdiyi 461 nömrəli 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Çünki illərdir həmin torpağa qulluq edir, orada yaşayır, başqa yerdən ev, torpaq almağa imkanı da yoxdur, 2-ci qrup əlildir. Bu səbəbdən də cavabdehlərin ona məxsus torpaq sahəsi üzərində səlahiyyətləri ləgv edilməli, Cavabdeh2 başçısının 01.06.2018-ci il tarixli, NX/484 nömrəli sərəncamı ilə Cavabdeh1 icarəyə verilməsi etibarsız hesab edilərək torpaq boşaldılaraq ona qaytarılmalıdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh2 nümayəndəsi X13 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan X5 idarə heyətinin 25.07.1990-cı il tarixli, 02 saylı protokolundan çıxarışdan və “Bağçılıq Birliyi üzvünün kitabçası”nın surətindən görünür ki, İddiaçı (bağ 461) “Şirvan-Yaşma” X5 üzvlüyünə qəbul edilmiş və ona 461 saylı kitabça verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsinin 28.10.2010-cu il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Şirvan-Yaşma, 461 nömrəli, 0,06 ha torpaq sahəsinə görə 2001-2010-cu illər üçün 30 manat məbləğində vergi ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış 28 oktyabr 2019-cu il tarixli, **********45 nömrəli məktubun surətindən görünür ki, “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı tərəfindən ayrılmış 0,06 ha torpaq sahəsi başqa vətəndaşın adına (15 il) icarə hüquqları qeydiyyata alınmış 54,0 ha torpaq sahəsi ilə üst-üstə düşür, Abşeron rayonu, X15 Torpağı ərazisində yerləşən 54,0 ha torpaq sahəsinə dair Cavabdeh2 başçısının 01.06.2018-ci il tarixli, 164 nömrəli sərəncamı əsasında digər vətəndaşın adına qeydiyyata alınaraq, çıxarış və plan-ölçü verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 24 sentyabr 2019-cu il tarixli, **********85 saylı və 03 oktyabr 2019-cu il tarixli, **********70 saylı bildirişlərin surətindən görünür ki, 2 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Cavabdeh2nə ünvanlanmış 10 may 2018-ci il tarixli, **********51 saylı məktubun surətindən görünür ki, Abşeron rayonunun inzibati ərazisindəki X15 torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Cavabdeh1 54,0 ha torpaq sahəsinin ayrılma məqsədinə uyğun təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etməklə icarəyə verilməsinə etiraz edilməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 başçısının 164 saylı, 01.06.2018-ci il tarixli sərəncamının surətindən görünür ki, Abşeron rayonunun inzibati ərazisində yerləşməklə dövlət mülkiyyətinə aid torpaqlarından 54,0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarə qaydasında 49 il müddətə Cavabdeh1 ayrılması barədə tərtib edilmiş torpaqayırma sənədləri təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 164 saylı, 01.06.2018-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Abşeron rayonunun inzibati ərazisində yerləşməklə dövlət mülkiyyətinə aid torpaqlarından 54,0 ha torpaq sahəsi kənd təsərrüfatı məsullarının istehsalı məqsədi ilə 49 il müddətə Cavabdeh1 icarəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, X15 torpağında yerləşən 54,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 01.06.2018-ci il tarixdən başlayaraq 15 illik icarə müqaviləsi əsasında Cavabdeh1 adına 30.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 978 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 03.02.2020-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Abşeron rayonu, X15 torpağında yerləşən 54,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə icarə hüququnu onda olan müddətdə X2. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, X15 torpağında yerləşən 54,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 01.06.2018-ci il tarixdən başlayaraq 15 illik icarə müqaviləsi əsasında X8 adına 10.02.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 978 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifə borclarından biridir. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MM-nin 241.1-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 700.1 və 700.2-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1 və 706.2-ci maddələrinə görə torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində 4 vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli, 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavəyə əsasən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı (yalnız 2001-ci il 1 yanvar tarixinədək ayrılmış torpaq sahələrinin qanuni istifadəçilərinə şamil edilir) üçün tələb olunan sənədlər bunlardır: ərizə üzvlük kitabçası və ya icarə müqaviləsi (ərazi idarəsinin arxivindəki bağçılıq üzvlərinin siyahısında ərizəçinin adı olmadıqda, əmək kitabçasının surəti və ya iclasın protokolundan çıxarış tələb oluna bilər); bağ sahəsinin planı və ölçüsü; dövlət rüsumunun ödənilməsi barədə qəbz. İşdən görünür ki, İddiaçı iddia tələbi Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən “Şirvan-Yaşma” X12 25.07.1990-cı il tarixli, 02 nömrəli protokolundan çıxarış ilə əldə etdiyi 461 nömrəli 6 sot torpaq sahəsinin də yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 başçısının 01.06.2018-ci il tarixli, NX/484 nömrəli sərəncamı ilə Cavabdeh1 icarəyə verilməsinin etibarsız hesab edilərək, torpağın boşaldılması və ona qaytarılması barədədir. Məhkəmə kollegiası qeyd edir ki, “Şirvan-Yaşma” X5 25.07.1990-cı il tarixli 02 saylı qərarı ilə İddiaçı 0,06 ha torpaq sahəsi ayrılsa da, həmin bağ sahəsinin plan və ölçüsü, torpaqayırma qaydasında hazırlanan sənədlər mövcud deyildir. İddiaçı 54,0 ha torpaq sahəsinin Cavabdeh1 icarəyə verilməsini mübahisələndirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 54,0 ha torpaq sahəsi Cavabdeh1 icarəyə Cavabdeh2 başçısının 01.06.2018-ci il tarixli, NX/484 nömrəli sərəncamı əsasında verilmişdir və həmin sərəncamı qüvvədədir və iddaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh1 icarəsinə verilmiş 54,0 ha torpaq sahəsi Abşeron rayonunun inzibati ərazisindəki kənd təsərrüfatı təyinatlı X15 torpağına aid olmuş, həmin torpaq sahəsinin icarəyə verilməsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin razılığı alınmış, bundan sonra Cavabdeh2 başçısı tərəfindən 164 saylı, 01.06.2018-ci il tarixli sərəncam qəbul edilmişdir. İddiaçı ayrılması nəzərdə tutulan torpaq sahəsi isə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşməli idi. İddiaçı torpaq sahəsinin Cavabdeh1 icarəyə verilməsinin etibarsız hesab edilməsi ilə yanaşı torpağın boşaldılması və ona qaytarılmasını da tələb etmişdir. İddia tələbinin bu hissələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 03.02.2020-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Abşeron rayonu, X15 torpağında yerləşən 54,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə icarə hüququnu onda olan müddətdə X3, X8 icarə hüququ 10.02.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 978 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göündüyü kimi, torpaq sahəsi artıq başqa şəxsin icarəsindədir və İddiaçı iddia tələbinin torpağın boşaldılması və ona qaytarılmasına dair olan hssələri iddiaya cavab verməli olan şəxsə qarşı yönəlməmişdir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hazırki mübahisə üzrə qanunda nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-655/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2425/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2425/2021
18.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver