Məhkəmə qərarları › İş №2(012)-2681/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2681/2024

23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2681/2024 23.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 aprel 2008-ci il təvəllüdlü X8 04 avqust 2010-cu il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, 07 aprel 2008-ci il təvəllüdlü X3 onun qızıdır. O, özü hərbçidir və İİ Qarabağ müharibəsi iştirakçısıdır. Bildirir ki, onun qızı X15 04 avqust 2010-cu il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində suda boğularaq vəfat etmiş və həmin tarixdə Bərdə rayonu, Gülgəzli kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Mərhum qızı X8 vəfatından sonra ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün həyat yoldaşı X12 Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X22nə müraciət etmiş, oradan isə ona cavab verilmişdir ki, övladları X8 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Sonra isə həyat yoldaşı X12 övladları X8 ölümünün qeydiyyata alınması barədə Maraqlı şəxsnə müraciət etsə də qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədikləri üçün imtina verilmişdir. Bildirir ki, övladı X8 ölüm haqqında şəhadətnaməsi ona dəfnə görə verilən müavinətin alınmasına və zəruri sənədlərin əldə edilməsinə görə lazımdır. O, cəhd etməyinə baxmayaraq övladı X8 ölümü haqqında şəhadətnaməsini əldə edə bilməmiş, nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X12 izahatında ərizəni müdafiə edərək, 07 aprel 2008-ci il təvəllüdlü X8 onun övladı olduğunu, qızının Beyləqan rayonu, Kəbirli kəndində vəfat etdiyini və Bərdə rayonu, Gülgəzli kəndində yerləşən qəbiristanlıqda dəfn edildiyini bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X13 məhkəmədə ifadəsində bildirdi ki, Ərizəçi onun bacısı X6 həyat yoldaşıdır. Onlar 2008-ci ildə ərizəçinin ata yurdu olan Bərdə rayonu, Gülgəzli kəndində yaşamışdırlar. O, X4 ikən, bacısı X2 gələndə görmüşdür. Onların başı qarışdığı vaxt uşaq suya düşmüş və boğulmuşdur. X15 2010-cu ildə vəfat etmiş və Bərdə rayonu, Gülgəzli kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 məhkəmədə ifadəsində bildirdi ki, o, hazırda Beyləqan rayonu, Kəbirli kəndində yaşayır. Ərizəçi onun kürəkənidir. O, mərhum X1 görmüşdür və qeyd edir ki, mərhum xx.xx.2008-ci il təvəllüdlü idi. X3 2010-cu ildə Beyləqan rayonunda vəfat etmiş və Bərdə rayonu, Gülgəzli kəndində dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon Kəbirli kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 159196 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X9 21 iyun 2005-ci il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əbilova” soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 081283 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 07 aprel 2008-ci il tarixdə Beyləqan rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası isə X10r. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 3-16-5/8-903/2023 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli, PHŞ-6-20/2-Ə-211-42- 212/2023 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə istinad edərək "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X8 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə rayonu Gülgəzli bələdiyyəsi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli, 24 saylı arayışdan görünür ki, həqiqətən xx.xx.2008-ci il təvəllüdlü X15 xx.xx.2010-cu ildə Beyləqan rayonunda vəfat etməsinə baxmayaraq Bərdə rayon Gülgəzli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını, həmçinin şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 07 aprel 2008-ci təvəllüdlü X8 04 avqust 2010-cu il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində ölməsi faktı ərizəçinin və onun nümayəndəsinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07 aprel 2008-ci təvəllüdlü X8 04 avqust 2010-cu il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar