Məhkəmə qərarları › İş №2(012)-2700/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2700/2021

17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2700/2021 17.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək 08.12.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, uşaqlarının atası olan X5 20.06.2015-ci il tarixdə İŞİD birliklərinə qoşulmaq məqsədilə ölkəni tərk edərək Suriyaya getmişdir. Həmin ilin oktyabr ayında gedən döyüşlərin birində X4 həlak olması barədə döyüş yoldaşları tərəfindən ona məlumat verilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.02.2021-ci il tarixli 05/Q-247/69 saylı arayışın surətindən müəyyən olunur ki, X5 ilə X3 18.07.2006-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 574 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Mahmudova soyadı verilmişdir. - AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. - Abşeron RPŞ tərəfindən verilmiş 01.04.2013-cü il tarixli AZE № 13217658 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi 5 saylı evin 12 saylı mənzilində qeydiyyatda olmuşdur. - İş materiallarına əlavə olunmuş “İlham” adlı şəxs tərəfindən yazılmış məktubun surətindən görünür ki, İlham adlı şəxs yazdığı məktubun məzmununda dini nöqteyi cəhətdən fikirlərini və məsləhətlərini qeyd etmiş, İşid təşkilatına qoşulması ilə bağlı kimsənin onu məcbur etmədiyini, Türkiyədən Suriyaya gedəndən sonra yoldaşı Zülfiyyə ilə telefon əlaqəsi saxlayacağını və o vaxta qədər qədər zəng etməyəcəyini bildirmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 20200-ci il aprel tarixli 33/1730 nömrəli məktubundan görünür ki, X2 10 il ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağdakı kimi qeyd edilmişdir: Çıxış tarixləri - 18.10.2014, 17.05.2015, 20.06.2015-ci il, giriş tarixləri isə 19.10.2014, 17.05.2015-ci il tarixləri kimi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli 004/16-4866-1221 saylı məktubdan görünür ki, 08.12.1977ci il təvəllüdlü X5 barəsində cinayət təqibi ilə bağlı hər hansı bir materialın, eləcə də axtarışın olub-olmaması barədə müraciətə baxılmışdır. İ.Mahmudov DİN-in müvafiq uçotları üzrə yoxlanılmış və barəsində cinayət təqibi, eləcə də məhkumluğu ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsin xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi həyat yoldaşı olmuş X5 2015-ci il tarixdə ölkə ərazisini tərk etmiş və həmin tarixdən sonra onun barəsində məlumat əldə etmək mümkün olmamışdır. Ərizəçinin ərizəsində həyat yoldaşının vəfat etməsi ilə bağlı məlumat aldığı öz əksini tapsa da, ərizəçi buna dair sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, 08.12.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 ölməsi faktı iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından məhkəmə ərizəni əsaslı hesab etməyib təmin edilməməsi qərarına gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi 08.12.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 ölmüş elan edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar