Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2705/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 12 iyun 2023cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı 27 iyul 1977-ci il təvəllüdlü X1 26 yanvar 2023-cü il tarixdə Abşeron rayon Ceyranbatan qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1977-ci ildə anadan olmuşdur. 26 sentyabr 2007-ci il tarixdə xx.xx.1977-ci il tarixdə doğulmuş X5iu ilə rəsmi qaydada nikah daxil olmuşdur. Nikaha daxil olduğu tarixdən ünvan 1 ünvanda yaşamışlar. Həyat yoldaşı X4 26 yanvar 2023-cü il tarixdə səhər saatlarında qəflətən vəfat etmişdir Həmin vaxt təcili tibbi yardım çağırmışlar, Təcili və X7 Stansiyasının xəbərdarlıq vərəqəsində göstərildiyinə görə, həkimə qədər ölüm baş vermişdir. İndiyə qədər həyat yoldaşının ölümü haqqında şəhadətnaməsini almaq üçün qurumlara müraciət etsə də onu ala bilməmiş, ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə də müraciət etmişdir. Lakin həmin şöbə ölüm haqqında həkim şəhadətnamənin olmadığına görə ölüm haqqında şəhadətnaməni verə bilməyəcəklərini bildirmiş, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan nikah haqüqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X8 arasında xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlanmış, arvada Məhərrəmova soyadı verilmişdir. Mülki işin materiallarında olan Abşeron RİH-i başçısının Ceyranbatan qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli 240 nömrəli Ailə tərkibi haqqında Arayışdan görünür ki, 1977-ci il təvəllüdlü Məhərrəmova X3 qəsəbəsi, Təbrik küçəsində yaşayır. X2 – 2007-ci il, oğlu X9 2008-ci il. Mülki işin materiallarında olan Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi xx.xx.2023cü il 48 nömrəli Arayışdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Ceyranbatan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Abşeron Rayon Mərkəzi X11 Şəxs Təcili və X7 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə X1 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit, zorakılıq əlamətləri yoxdur. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-240/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”- nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. M.Məhərrəmovun oğlunun ölüm səbəbi məlum olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Mülki işin materiallarında olan fotoşəkillərdən görünür ki, X1 qəbirüstü abidəsində xx.xx.1977-xx.xx.2023-cü il qeyd edilmişdir. Mülki iş materiallarında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə X1 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda M.Məhərrəmovun oğlunun ölüm səbəbi məlum olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmədiyi, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-240/2023 saylı məktubda M.Məhərrəmovun oğlunun ölüm səbəbi məlum olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmədiyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2705/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2705/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver