Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2711/2023 03.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili X3 iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə 03 iyul 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı 14 iyun 1987-ci il təvəllüdlü X2 28 fevral 2023-cü il tarixdə 1 saylı Şəhər Klinik Xəstəxanasında (Semaşko) vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum 14 iyun 1987-ci il təvəllüdlü X4 onun qızıdır. X1 27 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsi, R.Axundov küçəsində yerləşən 21 №li evdə qəflətən halı pisləşdiyinə görə 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) xəstəxanaya yerləşdirilmiş, 28 fevral 2023-cü il tarixdə 1 saylı Şəhər Klinik Xəstəxanasında vəfat etmişdir. Qızının adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X14inə müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, mərhum X2 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Bundan sonra, qızının ölümünün qeydiyyata alınması barədə Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün imtina verilmişdir. Qızının ölüm haqqında şəhadətnaməsi ona zəruri sənədlərin əldə edilməsinə görə lazımdır. O, cəhd etməsinə baxmayaraq, qızının ölümü haqqında şəhadətnaməni əldə edə bilməmişdi. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi nümayəndəsi-vəkili X7 ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi X1nın 28 fevral 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi-vəkili X7 ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü ildə anadan olmuşdur. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14 iyun 1987-ci ildə Abşeron rayonunda anadan olmuşdur, atası X5, anası Ərizəçidır. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1987-ci ildə anadan olmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri X11 verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə xəstəxanaya daxil olmuş, ona “Meninqolunfalit. Beyin ödemi, serebral koma kəskin tənəffüs və ümumi damar çatmamazlığı” diaqnozu qoyulmuş və o, xx.xx.2023-cü ildə ölmüşdür. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-16-5/8-801/2023 nömrəli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi Ərizəçi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X14i tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, PHŞ-6-20/2-Q-192-42-204/2023 saylı məktubda bildirilmişdir ki, X2 ölümünün baş vermə səbəbi məlum olmadığına görə “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 “Meninqolunfalit. Beyin ödemi, serebral koma kəskin tənəffüs və ümumi damar çatmamazlığı” diaqnozu ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri X9 daxil olmuş, xx.xx.2023-cü il tarixdə həmin xəstəxanada ölmüşdür. Abşeron rayon X6 Hüquqi Şəxsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, PHŞ-6-20/2-Q-192-42-204/2023 nömrəli məktubda Ərizəçi X2 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi, ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 14 iyun 1987ci il təvəllüdlü X2 28 fevral 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14 iyun 1987-ci il təvəllüdlü X2 28 fevral 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2711/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2711/2023
03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver