Məhkəmə qərarları › İş №2(012)-2720/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2720/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2720/2021 23.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddianın təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-LT-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ İX-35” markalı (buraxılış ili 2011, ban KMHJU81CDBU317054, rəngi - qara) minik avtomobilinin üzərinə iddianı təmin etmə tədbiri kimi həbs qoyulması, mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2720/2021 saylı 06.04.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan ipoteka predmeti olan **-LT-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ İX-35” markalı (buraxılış ili 2011, ban KMHJU81CDBU317054, rəngi - qara) minik avtomobilinin üzərinə həbs qoyulmuş, avtomobildən istifadə edilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. İddiaçı QSC BOKT 17 avqust 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh 28.07.2011-ci il tarixli A/11-238 saylı kredit müqaviləsi üzrə öhdəliyi icra etdiyi üçün 2(012)-2720/2021 saylı mülki işin ekspertizadan geri çağırılması, iş üzrə icraat təzələnərək mülki işə xitam verilməsi və iddianın təmini tədbiri barədə qərardadın ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, qanuna zidd olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə, İddiaçı QSC BOKT-un iddiadan imtina etməsi qəbul edilməli, həmin əsasla hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbindən imtina edildiyindən və iddiaçı **-LT-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ İX-35” markalı (buraxılış ili 2011, ban KMHJU81CDBU317054, rəngi - qara) minik avtomobilinin üzərinə həbs qoyulması, avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardadın ləğv edilməsini xahiş etdiyindən Abşeron Rayon Məhkəməsinin 2(012)-2720/2021 saylı 06.04.2021-ci il tarixli qərardadı ilə **-LT-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ İX-35” markalı (buraxılış ili 2011, ban KMHJU81CDBU317054, rəngi - qara) minik avtomobilinin üzərinə qoyulmuş həbs götürülməli və avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiadan imtinası qəbul edilsin və 2(012)-2720/2021 saylı mülki işin icraatına xitam verilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2720/2021 saylı 06.04.2021-ci il tarixli qərardadı ilə **-LT-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ İX-35” markalı (buraxılış ili 2011, ban KMHJU81CDBU317054, rəngi - qara) minik avtomobilinin üzərinə qoyulmuş həbs götürülsün və avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı QSC BOKT-dan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunsun. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar