Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2730/2020 23.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva Ərizəçi Ruşan qızının hüquqi faktın müəyyən edilməsinə dair ərizəsinə xx xxxx 2020ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Ruşan qızının hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək övladları xx.xx.2003 –cü il təvəllüdlü X2,xx.xx.2006-cı il təvəllüdlü X3 və 04.08. 2008-ci il təvəllüdlü X4 doğum qeydinin ata qrafasında X11 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi övladlığa verilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 onun övladlığına verilməsi və uşaqların doğum qeydinin ana qrafasında Ərizəçi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli Qətnaməsi ilə Ərizə təmin edilərək, xx.xx.2003-cü il tarixdə Füzuli rayonunun Qərbənd kəndində anadan olan X7, xx.xx.2006-cı il tarixdə Füzuli rayonunda anadan olan X8 və xx.xx.2008-ci il tarixdə Füzuli rayonunda anadan olan X9 Ərizəçi övladlığına verilməsi və onların doğum şəhadətnamələrinin ana qrafasında anaları kimi “Ərizəçi” qeyd olunması qeyd edilmişdir. Həmçinin, həmin qətnamədən müəyyən edilir ki, həmin uşaqların ataları X10 valideynlikdən məhrum edilməmişdir. Ərizəçinin hazırkı ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, ərizəçinin övladları xx.xx.2003 –cü il təvəllüdlü X2,xx.xx.2006-cı il təvəllüdlü X3 və 04.08. 2008-ci il təvəllüdlü X4 doğum qeydinin ata qrafasında X11 qeyd edilməsi barədə ərizə verməsi üçün əvvəla subyektiv hüquqa malik deyildir. Belə ki, ərizəçi uşaqlarının doğum qeydinin ata qrafasında X11 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, dolayısı yolla X6 həmin uşaqların atası kimi tanınmasına nail olmaq istəyir. Halbu ki, bu hüquqa ərizəçi yox, X11 malikdir.Həmçinin məhkəmə qeyd edir ki, X11 həmin uşaqların atası kimi tanındığı halda, uşaqların doğum qeydində müvafiq dəyişiklik etmək mümkündür. MPM-nin 152.1.2 maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda geri qaytarılır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi Ruşan qızının hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi geri qayatrılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2730/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2730/2020
23.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver