Məhkəmə qərarları › İş №2(012)-2737/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2737/2024

31.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2737/2024 31.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü X5 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində xx.xx.2022-ci il tarixdə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.1966-cı il təvəllüdlü X9 onun həyat yoldaşıdır. Onlar ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Mərhum həyat yoldaşı X9 da ölən günə qədər həmin ünvanda yaşamış və qeydiyyatda olmuşdur. Həsən Qocayev xx.xx.2022-ci il tarixdə vəfat etmiş və BŞT və TTYS 16 saylı bölmə Təcili və X4 Stansiyası tərəfindən onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi də verilmişdir. Həmin vərəqə ilə o, həm qeydiyyat şöbəsinə, həm də ki Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X9 onun atasıdır. X2 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışdırlar. X3 07 aprel 2022-ci il tarixdə vəfat etmiş və Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X10 məhkəmədə ifadəsində bildirdi ki, o, mərhum X5 oğludur və hazırda Abşeron rayonu, Digah qəsəbəsində yaşayır. Onun X3 07 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində vəfat etmiş və Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 17735539 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 29 sentyabr 1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Mehdiabad qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş İV-ЖГ № 311348 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 07 aprel 1987-ci il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Qocayeva” soyadı verilmişdir. İş materiallarında olan Bakı Şəhər Təcili və X4 Stansiyası 16 saylı bölməsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 rayonu, Mehdiabad qəsəbəsi ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 3-16-5/8-15-589/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Abşeron rayon Mehdiabad bələdiyyəsi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli arayışdan görünür ki, mərhum X9 xx.xx.2022-ci il tarixdə Mehdiabad qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 29 sentyabr 1966-cı il təvəllüdlü X5 07 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29 sentyabr 1966-cı il təvəllüdlü X5 07 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar