Məhkəmə qərarları › İş №2(012)-2747/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2747/2025

07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2747/2025 07.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 18.xx.xx.1955-cü il təvəllüdlü X4nun ünvan 1 ünvanında xx.xx.2025 il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək bildirmişdir ki, atası xx.xx.1955-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 yaşadığı ünvan 2 ünvanında dünyasını dəyişmişdir. Mərhum atası X2 qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Ölüm hadisəsi xx.xx.2025-ci il tarixdə baş vermişdir və bununla bağlı, Respublikası Təcili və X10 mərkəzi” X16 Abşeron Təcili və X10 Stansiyası tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi arayışın verilməsi ilə bağlı tərəfindən müraciət olunsa da, sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi arayış verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi arayış olmadığı üçün, ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Qeyd edilənlərə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilməsi xahiş olunmuşdur. Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, onun vətəndaşın ərizəsinin təmin edilməsinə heç bir etirazı yoxdur. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, X8 onun anadan bir, atadan ayrı ögey qardaşıdır. Ərizəçi xx.xx.2025-ci il tarixdə gecə saatlarında vəziyyəti pisləşmişdir. O, qardaşının yanına gəldikdə isə artıq qardaşı vəfat etmişdir. Mərhum Hökməli qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir. O, dəfn mərasimində də iştirak etmişdir. Mərhumun ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Ərizəçi anasıdır. Belə ki, həyat yoldaşı X8 onu xx.xx.2025-ci il tarixində həkimə aparmış və yaşadıqları evə gəldikdən sonra boğazında ağrı olduğunu bildirmişdir. O, həyat yoldaşına boğazı üçün duzlu su hazırlamış, lakin Zeynalabdinov Vəzir bundan imtina etmişdir. xx.xx.2025-ci il tarixdə isə Zeynalabdinov Vəzir artıq su, çay içə bilməmişdir. Həmin gün gecə saatlarında Zeynalabdinov Vəzir havasının çatmadığını və nəfəs ala bilmədiyini bildirmişdir. Bu zaman o, pəncərələri açmışdır. Zeynalabdinov Vəzir yerinə uzandıqdan bir neçə dəqiqə sonra dəri rəngi qaralmış və dünyasını dəyişmişdir. Həyat yoldaşının ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İX-ЖГ 446704 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə anadan olmuşdur. X4, anası isə X1r. -AZE Seriyalı, 04542770 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1955-ci ildə anadan olmuşdur. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-708/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X16 xx.xx.2025-ci il tarixli, 18-1-20/2-Z-699-42- 549/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X6 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəfilkərindən verilmir. -“Respublika Təcili və X10 Mərkəzi” PHŞ Abşeron TTTYS tərəfindən verilmiş Təcili və X10 Stansiyası Ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən görünür ki, xx.xx.2025-ci il saat 04:10 tarixində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nizami küçəsi ünvanına gələn zaman X6 vəfat etdiyi müəyyən edilmişdir. Ölümün ilkin səbəbi həkimə qədər ölümdür. -Abşeron Rayon Digah Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 92/3 saylı arayışdan görünür ki, mərhum X8 xx.xx.2025-ci ildə vəfat etmişdir və Abşeron rayonu Hökməli qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X8 ərizəçinin atası olmuş, sonuncu xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. X6 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X6 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin X4 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1955-ci il tarixdə anadan olmuş X6 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il tarixdə anadan olmuş X6 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar