Məhkəmə qərarları › İş №2(012)-2750/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2750/2025

16.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2750/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Abşeron 1 saylı mediasiya təşkilatında bağlanmış MŞAB/MT041/2024-00116 saylı barışıq sazişinin 2-ci və 3-cü bəndlərinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, ərizəçi ilə maraqlı şaxs Maraqlı şəxs arasında Abşeron 1 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 2-ci və 3-cü bəndlərindəki şərtlər aşağıdakı kimi qəbul edilmişdir:

2. Birinci tərəf X9 ikinci tərəf, Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X12 qızının və xx.xx.2019-cu il təvəllüdlü X3 ananın yanında qalmasına razıdır.

3. Birinci tərəf X9 bu sazişi imzalamaqla ikinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 üçün xx.xx.2025-ci il tarixindən etibarən ona hər növbəti ayın 01-dən 10dək (Birinci tərəfin təqdim edəcəyi bank hesabına) Birinci tərəf: Ərizəçi əmək haqqının 1/3 hissəsində aliment ödəyəcəyi ilə bağlı Birinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. Ərizəçi qeyd edir ki, Maraqlı şəxs barışıq sazişinin 2-ci və 3-cü bəndlərinin şərtlərini kobud şəkildə pozaraq, tərəflərin birgə nikahlarından dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün alimenti ödəmir. Maraqlı şəxs övladı xx.xx.2019cu il təvəllüdlü X4 görüş adı ilə özü ilə aparmış, daha sonra ərizəçiyə geri qaytarmamışdır. Ərizəçi dəfələrlə maraqlı şəxsə barşıq sazişinin şərtlərinə əməl etməyi bildirsə də, o buna məhəl qoymur və barşıq sazişinin şərtlərini pozmuş olur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçi X9 ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Bildirdi ki, maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina edir. Alimentlə bağlı əvvəlki ayların ödənişini etsə də, aprel ayı üzrə ödəniş etməmişdir və uşağı ona qaytarmır. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, xx.xx.2019-cu il təvəllüdlü X8 özü anasının yanına getmək istəmir. O, ərizəni qəbul etməyərək, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Bildirdi ki, uşaq onun yanında olduğu üçün alimenti ödəmir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron 1 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞAB/MT041/2024-00116 saylı barışıq sazişinin 2-ci və 3-cü bəndlərindən görünür ki, Maraqlı şəxs öhdəlik götürür ki, yetkinlik yaşına çatmayan uşaqları anaları X5 himayəsində saxlanılsınlar və uşaqların saxlanılmaları üçün onlar yetkinlik yaşına çatanadək hər ay hər bir uşaq üçün xx.xx.2025-ci il tarixindən etibarən hər növbəti ayın 01-dən 10-dək Ərizəçi əmək haqqısının 1/3 hissəsində ödəyəcəkdir. İşdə olan AZ-İİİ 144570 və AZ-İV 337932 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X12 qızı və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı iki uşaq doğulmuşdur. İşdə olan AZ-İ 654674 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixində nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər özlərinin nikah münasibətləri və birgə nikahdan doğulmuş uşaqların ananın himayəsində saxlanılması və aliment təminatı ilə bağlı bir sıra hüquq və vəzifələri barədə mediasiya prosesində razılaşmış və barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri sazişin 2-ci və 3-cü bəndlərində göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 2-ci və 3-cü bəndləri qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişinin qeyd edilən bəndi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə Abşeron 1 saylı mediasiya təşkilatında bağlanmış MŞAB/MT041/2024-00116 saylı barışıq sazişinin 2-ci və 3-cü bəndləri aşağıdakı məzmunda təsdiq edilsin: “Birinci tərəf X9 ikinci tərəf, Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X12 qızının və xx.xx.2019-cu il təvəllüdlü X3 ananın yanında qalmasına razıdır. Birinci tərəf X9 bu sazişi imzalamaqla ikinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2019cu il təvəllüdlü X2 üçün xx.xx.2025-ci il tarixindən etibarən ona hər növbəti ayın 01-dən 10-dək (Birinci tərəfin təqdim edəcəyi bank hesabına) Birinci tərəf: Ərizəçi əmək haqqının 1/3 hissəsində aliment ödəyəcəyi ilə bağlı Birinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır.” Dövlət rüsumu kimi ödənilmiş 100 manat dövlət rüsumu (********** saylı qəbz) Maraqlı şəxs tutularaq ərizəçi X5 xeyrinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar