Məhkəmə qərarları › İş №2(012)-2751/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2751/2025

29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2751/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X5 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973cü il təvəllüdlü X5 xx.xx.1993-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, qardaşı X9 1992-ci ildə Saray qəsəbəsində yerləşən xəstəxanada müalicə almış, daha sonra qan xərçəngi olduğu məlum olmuşdur. Zaur Əliyev xx.xx.1993-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Hematologiya İnstitutunda vəfat etmiş və Abşeron rayonu, Digah qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Qeyd edir ki, atasının adına torpaq sahəsi vardır və həmin torpaq sahəsini satmaq istəyirlər. Buna görə də onlardan qardaşının ölüm haqqında şəhadətnaməsinin surəti tələb edilmişdir. O, ölüm haqqında şəhadətnamə almaq üçün arxivə müraciət etmiş, lakin arxivdə lazımi sənədlərin yandığını bildirmişdirlər. Bildirir ki, onun atası X8 xx.xx.2019-cu ildə, anası X3 xx.xx.1992-ci ildə vəfat etmişdirlər. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X2 məhkəmədə ifadəsində bildirdi ki, o mərhum X9 onun qonşusu olmuşdur. Belə ki, o, Digah qəsəbəsinə 1981-ci ildə gəlin gəlmişdir. Onların evi ilə mərhumun evi arasında bir hasar olmuşdur və mərhumu vaxtilə görmüşdür. Zaur Əliyev universitetə qəbul olmuşdu və nişanlı idi. X9 qan xəstəliyindən 1993-cü ildə vəfat etmiş və Digah qəsəbə qəbiristanlığında dəfn olunmuş, o da yas mərasimində iştirak etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X11 məhkəmədə ifadəsində bildirdi ki, o, mərhum X5 əmisinin yoldaşı olmuşdur, belə ki, Zaur Əliyev onun qaynının oğludur. X9 qan xəstəliyindən əziyyət çəkmişdir və Qan köçürmə İnstitutunda 1993-cü ilin may ayının 10-da vəfat etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 məhkəmədə ifadəsində bildirdi ki, o, mərhum X5 atası Qəndalı Əliyev ilə qonşu olmuşdur. Bildirir ki, o, 1962-ci ildə Digah qəsəbəsində doğulmuşdur. Mərhumun atası Qəndalı Əliyevin evi ilə aralarında hasar olmuşdur. Qəndalı Əliyevin 1 oğlu, 2 qızı olmaqla 3 uşağı var idi. X1 qan xəstəliyi olmuş, 1993-cü ildə halı pisləşmiş və xəstəxanaya aparılmış, daha sonra isə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan SSR Abşeron rayonunun Digah qəsəbə ZDS icraiyyə komitəsi tərəfindən verilmiş İİ-ЖГ № 353736 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 08 sentyabr 1973-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 19 fevral 2025-ci il tarixdə verilmiş 3-16-5/8- 69-195/2025 nömrəli arayışdan görünür ki, X9 barəsində Maraqlı şəxsndə akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Maraqlı şəxsndə 1990-1996-cı illərə dair ilkin, Abşeron rayon, Digah qəsəbə icra nümayəndəliyində 1990-2007-ci illərə dair və 1990-2000-ci illərə dair ölüm bərpa akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu Digah bələdiyyəsi tərəfindən verilmiş 26 fevral 2025-ci il tarixli, 9/3 nömrəli arayışdan görünür ki, mərhum X9 xx.xx.1993-cü il tarixdə ölmüşdür. xx.xx.1993-cü il tarixdə Abşeron rayonu Digah qəsəbə qəbiristanlığında dəfn olunub. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli, 18-1-20/2-Ə-42-723/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Z.Əliyevin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 08 sentyabr 1973-cü il təvəllüdlü X5 10 may 1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 sentyabr 1973-cü il təvəllüdlü X5 10 may 1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar