Məhkəmə qərarları › İş №2(012)-2767/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2767/2022

12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2767/2022 12.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ərAZi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi (Maraqlı şəxs qismində cəlb etməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, əri X1 Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park, 3-cü küçə, 5 saylı evin 15 saylı mənzilində 19.10.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli, 2(008)-1591/2022 saylı qərardadı ilə mülki iş baxılması üçün ərAZi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə məlumatdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, hAZırki ərizə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədədir və deməli, bu ərizəyə Ərizəçi qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Ərizəçinin yaşlı olması və faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park, 3-cü küçə, 5 saylı evin 15 saylı mənzilində yaşaması isə onun ərizəsinə Abşeron Rayon Məhkəməsində baxılmalı olmasına əsas ola bilməz. Belə ki, yaşa görə ərAZi aidiyyətinin dəyişdirilməsi prosessual qanunvericilikdə, ümumiyyətlə nəzərdə tutulmamışdır. Şəxsin faktiki yaşayış yerinə gəldikdə isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AZərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, AZərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız AZərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərAZi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ərAZi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair 2(012)-2767/2022 saylı mülki işin ərAZi aidiyyətinin müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar