Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2794/2023 19.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması barədə ilk iddiası, Cavabdeh İddiaçı qarşı əmlakların dəyərinin tutulması barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qızıl boyunbağı, sırğa və qolbağın, habelə 2 ədəd üzüyün və uşağa məxsus 3,8 qramlıq qızıl boyunbağının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə gedişatında qarşılıqlı iddia qaldıraraq, 8 adda əmlakın dəyəri kimi 4280 manat pulun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, tərəflərin barışdığını bildirmiş, buna görə də iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə da məhkəməyə ərizə ilə müraciət edərək, tərəflərin barışdığını bildirmiş, buna görə də hər iki iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hər iki ərizə təmin edilməli, həmin ərizələr əsasında iddia ərizələri baxılmamış saxlanılmalı və ərizələr ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddianı verərkən müvafiq ödəniş sistemi vasitəsilə **********46 saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə, Cavabdeh isə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 65 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişlər. MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizələri baxılmamış saxlanılmalı, habelə iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı, həmçinin ilkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iddia ərizələrinin baxılmamış saxlanılması barədə ərizələri təmin edilsin. İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması barədə ilk iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı əmlakların dəyərinin tutulması barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizələri ona əlavə edilən sənədlərlə birlikdə iddiaçılara qaytarılsın. 2(012)-2794/2023 saylı mülki iş üzrə ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu (**********46 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından Ağayeva (Abbasova) Əsmət Mais qızına, 65 manat məbləğində dövlət rüsumu isə (********** saylı qəbz) Cavabdeh qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2794/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2794/2023
19.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver