Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2805/2024 06.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, Ərizəçi şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 19 noyabr 1933-cü ildə anadan olmuş anası-X1 15 iyul 1996-cı il tarixində, ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq); 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 307.2.8. maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdən biri də müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktıdır. Ərzəçinin xahiş etdiyi ərizədən isə görünür ki, hüquqi əhəmiyyəti olan fakt kimi şəxsin ölməsi faktının müəyyən edilməsi məhkəmədən xahiş etmişdir. Bununla bağlı qeyd olunur ki, qanunda göstərildiyi kimi hüquqi əhəmiyyəti olan fakt kimi şəxsin ölməsi faktı yox, vəfat etməsi faktı göstərilməlidir. Eyni zamanda mülki iş materiallarından göründüyü kimi, ərizəçi şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəyə ərizəni əsaslandırmaq üçün olan lazım sənədlərin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmamış surətlərini əlavə etmişdir, yəni həmin sənədlərin əksəriyyətləri fotoşəkillərdən ibarətdir. Mülki-Prosessual Məcəllənin: 89.1. maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3. maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Ərizəyə ərizəçinin öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, yəni onların əsilləri və ya qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri ərizəyə əlavə edilməlidir. Mülki-Prosessual Məcəllənin: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göstərilənlərə əsasən, məhkəmə qanunun qeyd edilən tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, ərizədə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2805/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2805/2024
06.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver