Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2822/2024 13.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1980-ci il təvəllüdlü X4 Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Dəmir beton Zavodu həyətində olan tikilidə xx.xx.2024-cü il tarixdə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1980-cı il təvəllüdlü X7 onun əridir. Onlar Kəlbəcər rayonundan məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Dəmir beton Zavodu həyətində olan tikilidə məskunlaşmışlar. xx.xx.2024-cü il tarixdə məskunlaşdıqları Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Dəmir beton Zavodu həyətində olan tikilidə vəfat etmişdir. Bu barədə ona xəbərdarlıq vərəqəsi də verilmişdir. Mərhum həyat yoldaşı Yevlax şəhəri, M.S.Ordubadi küçəsində qeydiyyatda olmuşdur. O, ünvan 3lunmuşdur. Bu barədə Yevlax Şəhər Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 25 nömrəli arayışda verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2024cü il tarixli ölüm səbəbinin baş vermə səbəbi məlum olmadığından imtina məktubu verilmişdir. Cavabdeh tərəfindən də xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, həyat yoldaşı xx.xx.1980-ci il təvəllüdlü X7 29 yanvar 2024-cü ildə işə gedib gəldikdən sonra halının pis olduğunu, özünü pis hiss etdiyini demişdir. Yanvarın 29-dan 30-na keçən gecə qəfildən halı pisləşmiş, təcili yardım çağırılmasına baxmayaraq təcili yardım gec gəlmiş, təcili yardım gələndə artıq vəfat etmişdi. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Ərizəçi qardaşıdır. Ərizəçi mərhum həyat yoldaşı X7 əvvəllər ürəyindən şikayətlənirdi. Öz sağlamlığına fikir vermirdi. İşdən qayıdandan sonra ürəyi ağrıyırdi. Dedilər ki, həkim çağırmaq lazımdı. Onun atası da. əmisi də belə vəfat edib. Qardaşı və bacısı aspirinlə yaşayır. Mərhumun ölüm tarixi dəqiq yadında deyil, lakin 5-6 ay bundan qabaq vəfat edib. Mərhumun vəfat etməsinə səbəb hər hansı bir bədbəxt hadisə və ya xəsarət olmamış təbii-bioloji ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi bacısıdır. 29 yanvar onların evində idi. 29 yanvar işdən gələndə dedi ki, yorğunam, üşütməsi var idi. Təcili yardıma zəng elədilər, sonra X7 bir az yaxşı olduğunu dedi. Evdən gedəndən sonra bacısı zəng elədi ki, həyat yoldaşının qəfildən halı pisləşib. Təcili yardım gələndə artıq vəfat etmişdi. Mərhumun vəfat etməsinə səbəb hər hansı bir bədbəxt hadisə və ya xəsarət olmamış təbii-bioloji ölüm olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2024-cü il tarixli Təcili və X3 X1 görünür ki, X4 adına həmin tarixdə, saat 03:25 radələrində Abşeron rayonu, Mexkalon, Q.Nəbi ünvanına çağırış daxil olmuş, həkimə qədər kişi cinsindən meyid olmaqla ölüm halı aşkar edilmişdir. -Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-640/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Tibbi Ərazi Bölmələrini X6 X14 Rayon Mərkəzi Xəstəxanası X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-20/2-Ə-146-xx-xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Y.Əsgərovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 635 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən Kəlbəcər rayonundan məcburi köçkün gəlmişdir. Xırdalan şəhərində MD-23 dəmir beton zavodu həyətində həyat yoldaşı mərhum X7 xx.xx.2024-cü il tarixdə ölənə qədər birgə qeydiyyatsız yaşamışdır. -Azərbaycan Respublikası Yevlax Şəhər Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 25 saylı arayışından görünür ki, Yevlax şəhər sakini, Neftkəməri küçəsində yaşayan X5 ərizə ilə müraciət edərək Yevlax şəhəri M.S.Ordubadi küçəsində qeydiyyatda olan atası X4 30 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Abşeron rayonu Mexkalon Q.Nəbi ünvanında vəfat etdiyini bildirmiş və onun ünvan 3lunması barədə arayış verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Malbinəsi kənd İƏD üzrə nümayəndəliyinin 5-9-12/2-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışına istinadən X2 rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn olunmuşdur. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1980-ci il tarixində anadan olmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu xx.xx.2024-cü il tarixdə halı pisləşdiyindən vəfat etmiş və X4 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X4 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Dəmir beton Zavodu həyətində olan tikilidə vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin həyat yoldaşı X7 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Dəmir beton Zavodu həyətində olan tikilidə vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1980-ci il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Dəmir beton Zavodu həyətində olan tikilidə vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1980-ci il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Dəmir beton Zavodu həyətində olan tikilidə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2822/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2822/2024
13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver