Məhkəmə qərarları › İş №2(012)-2828/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2828/2025

14.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2828/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il təvəllüdlü X1 atasının Ərizəçi1, anasının isə Ərizəçi2 olduğunu X1 etirafı barədə Abşeron rayon Mediasiya Təşkilatında bağlanmış MŞAB/MT041/2025-00233 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazışının təsdiq edilməsi, X1 doğum haqqında şəhadətnaməsində ata qrafasında Ərizəçi1, ana qrafasında isə X2 haqqında qeydiyyat aktında qeydə alınmasının Maraqlı şəxsnə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə təqdim edərək, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə istinad edərək hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 6512 nömrəli və xx.xx.2025-ci il tarixli, 6398 nömrəli qəbzlərdən görünür ki, Ərizəçi1 Abşeron Rayon Məhkəməsinə ərizə verilməsi üçün xx.xx.2025-ci il tarixli, 6512 nömrəli qəbzə əsasən 40 manat, xx.xx.2025-ci il tarixli, 6398 nömrəli qəbzə əsasən 60 manat olmaqla, cəmi 100 manat məbləğində dövlət rüsumunu Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi barədə 2(012)-2828/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli, 6512 nömrəli qəbzdən ödəmiş olduğu 40 manat, xx.xx.2025-ci il tarixli, 6398 nömrəli qəbzdən ödəmiş olduğu 60 manat olmaqla, cəmi 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi1 qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar