Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2836/2024 26.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. LG markalı 32 diaqonal televizor – 300 manat; 2. Hotpoint markalı, ağ rəngli, No Frost soyuducu – 900 manat; 3. Regal markalı, ağ rəngli, 5 kq paltaryuyan – 600 manat; 4. Beko markalı,100 kv.m ağ rəngli kondisioner – 1500 manat; 5. Mətbəx mebeli 4 metr boz-ağ – 1100 manat; 6. Dəhliz şkafı 2 metr – 1200 manat; 7. Uşaq mebeli (2 yataq, 2 dolab, 1 geyim dolabı, 1 kitab şkafı) – 1500 manat; 8. Yataq otağı mebeli “Hürrəm” – 2000 manat; 9. Qonaq otağı mebeli “Hürrəm” – 2000 manat; 10. Künc divanı – 700 manat; 11. 8 şamdanlı lüstur – 300 manat; 12. 4 şamdanlı lüstur – 150 manat; 13. 3 şamdanlı lüstur – 100 manat; 14. 3 şamdanlı lüstur – 50 manat; 15. 1 şamdanlı lüstur – 50 manat; 16. 5x3 metr xalça – 500 manat; 17. 4x2 metr xalça — 250 manat; 18. 4x2 metr xalça – 250 manat; 19. Yataq otağı üçün pərdə – 300 manat; 20. Uşaq yataq otağı üçün pərdə – 200 manat; 21. Qonaq otağı üçün pərdə – 500 manat; 22. Yataq otağı üçün pərdə – 1500 manat; 23. Divar saatı – 60 manat;
24. Divar saatı — 50 manat; 25. 12 nəfərlik yemək dəsti – 1000 manat; 26. 2 ədəd meyvə qabı – 100 manat; 27. 2 ədəd konfet qabı – 50 manat; 28. 6 nəfərlik çay dəsti – 50 manat; 29. 6 nəfərlik çay dəsti – 40 manat; 30. 6 nəfərlik şirə badəsi – 2 dəst – 70 manat; 31. 3 ədəd çərəz qabı – 60 manat; 32. 2 ədəd şirniyyat qabı – 30 manat; 33. 6 nəfərlik kofe stəkanı – 30 manat; 34. 1 ədəd 2 karat brilyantlı, 4,5 qr, 750 əyarlı ağ italyan qızıl – 450 manat; 35. 1 ədəd 2 karat brilyantlı, 15 qr, 750 əyarlı ağ italyan qızıl kolye – 1300 manat; 36. 1 ədəd 1,2 karat brilyantlı, 9 qr, 750 əyarlı ağ italyan qızıl qolbaq – 700 manat; 37. 1 ədəd 2 karat brilyantlı 10 qr, 750 əyarlı, italyan qızılı komplekt sırğa – 1000 manat; 38. 1 ədəd steletto xaki rəng dikdaban – 35 manat; 39. 1 ədəd steletto sarı rəng dikdaban – 40 manat; 40. 2 ədəd uzunboğaz çəkmə – 120 manat; 41. 1 ədəd palto – 150 manat; 42. 1 ədəd kurtka – 120 manat; 43. 6 ədəd donun, mövcud olmayanların əvəzində isə dəyərinin və ödənilmiş 100 manat dövlət rüsumunun, 61 manat mediasiya xərcinin Cavabdeh alınıb ona qaytarılmasına (ödənilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə əvvəl faktiki, xx.xx.2015-ci il tarixdə isə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan xx.xx.2015-ci il tarixdə Saleh, xx.xx.2017-ci il tarixdə Jalə adlı övladları dünyaya gəlmişdir. Cavabdeh ilə ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, sonra xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən münasibətləri pozulmuşdur. Cavabdeh ilə yaşadıqları müddətdə aralarında dəfələrlə yaranmış mübahisələr nəticəsində, xeyli vaxtdır ki, faktiki olaraq ayrılmışlar. Dünya görüşlərinin tam fərqli olması səbəbindən yenidən bir ailə kimi yaşamaları mümkün olmadığından və nikah formal xarakter daşıdığından Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinə “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində aralarında bağlanmış nikahın pozulmasına, nikah pozulduqdan sonra cavabdeh ilə birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yanında qalmalarına, həmçinin övladlarının saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat məbləğində sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(002)-1131/2023 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1072 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 İddiaçı himayəsində və yanında saxlanılması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasının 07 mart 2023-cü il tarixdən hesablanması qət edilmişdir. Onunla Cavabdeh 2022-ci ilin noyabr ayından faktiki olaraq ayrı yaşayırlar. Həmin vaxt cavabdeh onu və uşaqlarını tərk edib getmişdir. O, ailə həyatı qurduqdan sonra toyda çox iştirak etməmiş, ailə həyatı qurduqdan sonra indiyə kimi getdiyi toylardan xalası qızının toyu yaddaşında qalmışdır. Onlar Cavabdeh ilə bir yerdə pul qazanmaq üçün həmin evdən çıxmışlar. Onun evdən birdəfəlik getmək fikri olmamışdır. Cavabdeh ilə evli olduqları dövrdə çox az əmək haqqı ilə, yəni təqribən 500 manat əmək haqqı ilə birgə təsərrüfat aparıb yaşamışlar. Maddi çətinlik olduğu üçün o, hətta iki yerdə işləmişdir. Bu işlərdən əldə edilmiş vəsaiti Cavabdeh vermişdir. Cavabdeh bu vəsait ilə lotereya oynamış və evin iki otağının təmir edilməsi, hasarın tikilməsi və mebellərin alınması bu pulla olmuşdur. Bundan əlavə qeyd edir ki, onun bəzi sənədləri də cavabdehin evində qalmışdır. Cavabdeh siyahıda göstərilən əşyalardan heç birini, o cümlədən, mebelləri də ona verməmişdir, hətta uşaqların yataq dəsti də cavabdehin yaşadığı evdədir. Cavabdeh ona qızıl-zinət əşyalarını satdığını bildirsə də əslində onun bundan xəbəri olmamışdır. O, nişan üzüyü və qızıl dəstini evdə qoyub çıxmışdır. Bildirir ki, o, məktəbdən kənar olaraq şagirdlərə hazırlıq dərsi keçmək istəmiş, ona görə də 2022-ci ilin avqust-sentyabr ayında cavabdeh ilə Sahil qəsəbəsinə kirayə tutduqları evə köçmüş, bundan sonra cavabdeh onları evdə qoyaraq tərk etmişdir. O, kirayə mənzilə gedəndə qızılları köhnə mənzildə, yəni öz evlərində qalmış, sonra cavabdeh ilə aralarında münasibətlə pisləşdiyindən köhnə mənzilə qayıtmamışdır. Qeyd edir ki, qızıl dəstinə sırğa, boyunbağı, bilərzik və üzük aiddir, nişan üzüyü isə onlardan ayrıdır və qeyd edilən qızıllar öz evlərində qalmışdır. Bildirir ki, siyahıda 2 üzük vardır, biri komplektə daxildir, digəri isə nişan üzüyüdür. Qeyd edir ki, nişan üzüyü vaxtilə 400-450 manata alınmışdır. “Beko” markalı kondisioneri ona atası vermişdir, bunu cavabdehin ailə üzvləri də bilir. Divar saatını da onun valideyni hədiyyə vermişdir. O, kondisionerin onda, dəhliz şkafının isə cavabdehdə qalmasına razıdır. Qızıllarını da Sahil qəsəbəsində yerləşən kirayə mənzilə köçərkən öz evlərində qoymuşdur və o, hazırda həmin qızılları da cavabdehdən tələb edir. Bildirir ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 01 mart 2020-ci il tarixdə çəkilmiş şəkildə heç bir qızılın taxılmadığı göstərilsə də onda olan eyni toya aid şəkildə qulağında hazırda cavabdehdən tələb etdiyi sırğanın olduğu görünür. Belə ki, 02-03 mart 2020-ci il tarixlərə aid şəkillərdən göründüyü kimi o, xalası qızının toyunda cavabdehdən ona verilməsini istədiyi qızıllardan olan sırğanı taxmışdır. Bundan əlavə təqdim edilən şəkildəki toya gedərkən o, bilərzikdə boşluq olduğu üçün bilərziyi taxmamışdır. Cavabdeh gah onun atasının guya borcu olduğu, ona görə bankdan pul götürdüyünü bildirir, gah da onun gedəndə qızılları özü ilə apardığını iddia edir. Halbuki o, qızılları özü ilə aparmamışdır. Atasının borcunu ödəmək üçün qızılların satılması ilə bağlı cavabdehin dedikləri doğru deyildir, belə ki, məlumatları olmadan atasının adına borc yığılmış, onlar atasının borcu ilə bağlı müvafiq təşkilatlara müraciət edərək, borcu ödəməyə başlamışdırlar. Həmçinin qardaşı da bankdan pul götürüb borcu ödəmək üçün atasına 6000 manat pul vermişdir. Qeyd edir ki, atasının borcuna görə 2023-cü ilə qədər pul ödənilməmişdir. 2022-ci ilin aprelində Cavabdeh ilə aralarında mübahisələr başlamış, buna görə o, evi tərk etmiş, həmin ilin iyun ayında yenidən evə qayıtmışdır. Daha sonra onlar 2022-ci ilin avqust ayında Sahil qəsəbəsində yerləşən kirayə evə köçmüş, cavabdeh isə 2022-ci ilin noyabr ayından kirayə evi tərk etmişdir. Bildirir ki, iddia ərizəsində qeyd olunan qızılların qiyməti təqribidir. Belə ki, satıcı vaxtilə təkcə dəstə görə 2500 manat məbləğində pul istəmiş, lakin Cavabdeh dayısı Laçın Ticarət Mərkəzində işlədiyinə görə tanışlıqla qızılların qiymətini bir az ucuz qiymətə - 2300 manata endirmişdir. Nişan üzüyü isə 450 manata alınmışdır. Bundan əlavə qeyd edir ki, o, 2015-2016-ci illərdə işləmiş, qeyri-rəsmi olaraq işlədiyi zamanlarda olmuşdur. O, evdən çıxanda əmək kitabçasını və digər sənədləri evdə qalmışdır, onun üçün zəruri olan sənədləri evdə qoyduğu halda evdən qızılları götürə biləcəyi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Onların evinə heç kim girə bilmir və darvaza bağlı olur, lakin qaynanasıgildən onların evinə giriş vardır. Bildirir ki, hazırda cavabdeh cehiz və qızıl-zinət əşyalarını qaytarmır və məhkəmə qərarı ilə həmin əşyaları qaytaracağını bildirir. Hazırda vəziyyəti belə görüb, məcburiyyət qarşında qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunun tələbinə əsasən hazırki mübahisə ilə bağlı o, mediasiya təşkilatına müraciət etsə də mübahisənin məhkəmədən kənar həlli yolu mümkün olmamışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etiraz ərizəsində və məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı qızıl-zinət əşyaları tələbi ilə bağlı iddiası tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində qeyd olunmuş bütün qızıl-zinət əşyaları birgə nikahda olduqları dövrdə iddiaçının öz razılığı ilə satılmışdır. Hətta birgə nikahda olduqları dövrdə iştirak etdikləri toy şənlikləri və ziyafət məclislərində belə həmin qızıl-zinət əşyaları iddiaçının üzərində olmamışdır. Eyni zamanda, İddiaçı cehiz əşyaları ilə bağlı iddia tələbi irəli sürmüş və tələbində cehiz əşyalarının dəyərini olduğundan yüksək məbləğdə, şişirdilmiş qiymətlərlə qeyd etmişdir, bu da həqiqəti əks etdirmir, tamamilə həqiqətə ziddir. Qeyd edir ki, iddia tələbində qeyd olunmuş əşyaların bir qismi iddiaçı tərəfindən aparılmışdır. Belə ki, onunla iddiaçı birgə nikahda olduqları dövrdə, yəni 2022-ci ilin sentyabr ayının 15-dən etibarən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən mənzilə köçüb orada yaşamağa başlamışlar və iddiaçının tələb etdiyi cehiz əşyalarının bir qismi də həmin evə aparılmışdır, hansı ki hazırda iddiaçı həmin evdə yaşamaqdadır. Qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi qızıllardan və qış geyimlərindən başqa digər əşyalar, o cümlədən bütün cehiz əmlakları ondadır. Belə ki, onda olan paltarlar içərisində qış paltarları yoxdur. O, qızıllardan başqa digər əmlakların qaytarılmasına etiraz etmir, lakin qızıllar onda yoxdur. Belə ki, xeyli müddətdir ki, yaşadıqları evdən köçmüşdürlər və hazırda da həmin evdə yaşamırlar. Qızılların hamısı vaxtilə naturada mövcud olmuş, onlar 11 il bundan qabaq Laçın Ticarət Mərkəzindən almış, həmin qızıl-zinət əşyalarını 3 il bundan öncə İddiaçı vermişdir. İddiaçının atasının maddi vəziyyəti ağır olduğuna görə qızılları iddiaçının atasına 2018-2019-cu illər ərəfəsində vermişdirlər, bu faktı iddiaçının atasının icrada olan işi sübut edir. Qızılların verilməsinə o da razı olmuşdur, hətta o, öz cibindən atasına pul da vermişdir. O, iddianı qızıl-zinət əşyalarına aid olan hissədə qəbul etmir. Bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş siyahıda qeyd olunan dəhliz şkafını və uşaq mebelini birgə nikah dövründə almışlar. Siyahıda 4-cü bənddə qeyd olunan “Beko” markalı kondisioner, 6-cı bənddə qeyd olunan dəhliz şkafı, 7-ci bənddə qeyd olunan uşaq mebeli, 20-ci bənddə qeyd olunan uşaq yataq otağı pərdəsi və 24-cü bənddə qeyd olunan divar saatı cehiz əmlakı deyil, birgə nikah dövründə əldə edilmişdir, siyahıda qeyd olunan qızıllar isə onda yoxdur. Qeyd edir ki, sözügedən qızıllar təxminən 2020-ci ildə İddiaçı atasının borclarını ödəmək üçün satılmışdır, belə ki, iddiaçının atasının "xxxx" ASC-yə borcu olmuşdur. Yəni qızıllar mövcud olmuş, lakin sonra satılmışdır. Ailəli olarkən iddiaçı ilə Sahil qəsəbəsində yerləşən ikiotaqlı evə köçmüşdürlər, həmin ev əşyalı olmuşdur. O, iddia ərizəsində göstərilən və onda olan əşyaları qaytarmağa razıdır. Siyahıda olan divar saatını, uşaq yataq dəstini mübahisəsiz olaraq qarşı tərəfə verəcəkdir. Bildirir ki, kondisionerin dəyəri 600 manatdır və pulun yarısını qarşı tərəfə verə bilər. onlar 2022-ci ilin dekabr ayından ayrı yaşayırlar. Onların öz evi vardır və həmin evdən vacib sənədləri götürüb 2022-ci ilin sentyabr ayında Sahil qəsəbəsində yerləşən kirayə mənzilə köçmüşlər. Orada normal yaşamışlar, uşaqları da həmin evdən məktəbə getmişlər. Lakin kirayə qaldıqları ev onun iş yerinə uzaq idi, onun ayda 300 manat kirayə pulu və 450 manat yol xərci olmaqla cəmi 750 manat xərci çıxırdı. O, iddiaçıya evlərinə qayıtmağı təklif etmiş, lakin qarşı tərəf məktəblilərə hazırlıq dərsi keçdiyini bildirərək razı olmamışdır. Bildirir ki, iddiaçı bu işdən təqribən 500-600 manat məbləğində məvacib qazanmışdır. Məhz bu səbəbdən onlar arasında münasibətlər pozulmuş, bir neçə aydan sonra boşanmışlar. Qızıllar haqqında əlavə edir ki, pandemiya başlayanda, həmçinin onlar maşın aldıqları vaxt da qızıllar artıq onlarda deyildi. Qızılları o, deyil, qarşı tərəf satmışdır. Vaxtilə qızılları onun valideynləri almış, 12 il bundan əvvəl qızıllara görə 1800 manat pul verilmişdir. Nişan üzüyünü isə maksimum 400 manata almışlar. İddiaçı evi tərk edəndə evdə qızıl olmamışdır, əgər iddiaçı qızılın evdə olduğunu sübut etsə, o, həmin qızılları verməyə hazırdır. Bildirir ki, təqribən 4-5 il bundan qabaq icra məmuru iddiaçının atasını çağıranda o da iddiaçının əmisi ilə birgə icra şöbəsinə getmiş, icra məmuru ona bankın iddiaçının atasından pul istədiyini, pulun ödənilməli olduğunu, əks təqdirdə iddiaçının atasının həbs olunacağını bildirmişdir. Qızıllar da məhz bu borcu ödəmək üçün satılmışdır. Qeyd edir ki, onların evində şamdan olmamışdır. O, birgə nikah dövründə əldə olunmuş uşaq mebelini və pərdəni verməyə razıdır. İddiaçı evdən gedəndə hər şeyi aparmışdır. Qızılların göstərildiyi video 2020-ci ilin videosudur, iddiaçı isə 2023-cü ildə evdən çıxıb getmişdir. İddiaçı qızılları özü ilə götürmədiyini bildirərək yalan söyləyir. Hesab edir ki, evi tərk edərkən heç bir qadın qızılların evdə qoyub getməz. İddiaçı sənədlərini və vəsiqəsini özü ilə aparıbsa, qızıllarını aparmaması inandırıcı deyildir. Dəhliz şkafının onda, kondisionerin isə iddiaçıda qalmasına razıdır. Onda olan əşyaların götürülməsinə isə etiraz etmir. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1131/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1072 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 İddiaçı himayəsində və yanında saxlanılması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasının 07 mart 2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 225.2-ci, 225.3-cü maddələri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsi təşkil edir. Belə ki,iddiaçı tərəfindən tələb olunan LG markalı 32 diaqonal televizor – 300 manat; Hotpoint markalı, ağ rəngli, No Frost soyuducu – 900 manat; Regal markalı, ağ rəngli, 5 kq paltaryuyan – 600 manat; Mətbəx mebeli 4 metr boz-ağ – 1100 manat; Yataq otağı mebeli “Hürrəm” – 2000 manat; Qonaq otağı mebeli “Hürrəm” – 2000 manat; Künc divanı – 700 manat; 8 şamdanlı lüstur – 300 manat; 4 şamdanlı lüstur – 150 manat; 3 şamdanlı lüstur – 100 manat; 3 şamdanlı lüstur – 50 manat; 5x3 metr xalça – 500 manat; 4x2 metr xalça — 250 manat; 4x2 metr xalça – 250 manat; Yataq otağı üçün pərdə – 300 manat; Qonaq otağı üçün pərdə – 500 manat; Yataq otağı üçün pərdə – 1500 manat; Divar saatı – 60 manat; 12 nəfərlik yemək dəsti – 1000 manat; 2 ədəd meyvə qabı – 100 manat; 2 ədəd konfet qabı – 50 manat; 6 nəfərlik çay dəsti – 50 manat; 6 nəfərlik çay dəsti – 40 manat; 6 nəfərlik şirə badəsi – 2 dəst – 70 manat; 3 ədəd çərəz qabı – 60 manat; 2 ədəd şirniyyat qabı – 30 manat; 6 nəfərlik kofe stəkanı – 30 manat dəyərində əmlakların naturada cavabdeh tərəfindən qaytarılması qəbul edilmiş və həmin əmlaklar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən,məhkəmə bu hissədə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edilməsi nəticəsinə gəlmişdir. Bundan əlavə iddiaçı tərəfindən tələb edilmiş qızıl-ziynət əşyaları - 450 manat dəyərində olan 1 ədəd 2 karat brilyantlı, 4,5 qr, 750 əyarlı ağ italyan qızıl; 1300 manat dəyərində olan 1 ədəd 2 karat brilyantlı, 15 qr, 750 əyarlı ağ italyan qızıl kolye; 700 manat dəyərində olan 1 ədəd 1,2 karat brilyantlı, 9 qr, 750 əyarlı ağ italyan qızıl qolbaq və 1000 manat dəyərində olan 1 ədəd 2 karat brilyantlı 10 qr, 750 əyarlı, italyan qızılı komplekt sırğa ilə bağlı cavabdeh məhkəmə iclasında qeyd edilən qızıl-ziynət əşyalarının vaxtilə naturada mövcud olduğunu, qızılları 12 il bundan əvvəl onun valideynlərinin aldığını və həmin qızıllara görə 1800 manat pul ödədiklərini, hazırda həmin qızılların onda olmadığını, iddiaçının atasının borcu olduğunu,bu məqsədlə onun razılığı ilə həmin qızılların iddiaçı tərəfindən atasını borcunun bağlanması üçün satıldığını bildirsədə,qızılların iddiaçı tərəfindən satılması məhkəmədə sübutların tədqiqatı zamanı bu fakt tam təkzib olunmüşdur. Belə ki, Cavabdeh məhkəmədə qızılların iddiaçı tərəfindən 2018-2019-cu illər ərəfəsində, 2020-ci ildə satılması ilə bağlı ziddiyətli izahatlat verilmiş, cavabdehin izahatında qeyd etdikləri faktlar iş materiallarında olan, iddiaçının 2020-ci ildə iştirak etdiyi toy məclisində çəkilmiş fotoşəkillər,həmçinin cavabdehin özü tərəfindən təqdim edilmiş fotoşəkillər və diskdə olan videomateriallar ilə tam təkzib edildiyindən məhkəmə Cavabdeh izahatına Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsaslanaraq tənqidi yanaşmışdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunivericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Bundan başqa iddiaçı iddia ərizəsində və məhkəmə iclasında 450 manat dəyərində olan 1 ədəd 2 karat brilyantlı, 4,5 qr, 750 əyarlı ağ italyan qızıl; 1300 manat dəyərində olan 1 ədəd 2 karat brilyantlı, 15 qr, 750 əyarlı ağ italyan qızıl kolye; 700 manat dəyərində olan 1 ədəd 1,2 karat brilyantlı, 9 qr, 750 əyarlı ağ italyan qızıl qolbaq və 1000 manat dəyərində olan 1 ədəd 2 karat brilyantlı 10 qr, 750 əyarlı, italyan qızılı komplekt sırğanın Cavabdeh tutularaq ona verilməsini xahiş etsə də sözügedən qızıl-ziynət əşyalarının dəyərinin iddia tələbində göstərilmiş məbləğdə olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi 1 ədəd 2 karat brilyantlı, 4,5 qr, 750 əyarlı ağ italyan qızıl; 1 ədəd 2 karat brilyantlı, 15 qr, 750 əyarlı ağ italyan qızıl kolye; 1 ədəd 1,2 karat brilyantlı, 9 qr, 750 əyarlı ağ italyan qızıl qolbaq və 1 ədəd 2 karat brilyantlı 10 qr, 750 əyarlı, italyan qızılı komplekt sırğa cavabdehin etiraf etdiyi məbləğdə, yəni 1800 manat məbləğində qiymətləndirilməli,həmin qızıl-zinət əşyalarının naturada qaytarılması mümkün olmadığda onların dəyəri olan 1800 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddia tələbində qeyd edilən Beko markalı,100 kv.m ağ rəngli kondisioner – 1500 manat; Dəhliz şkafı 2 metr – 1200 manat; Uşaq mebeli (2 yataq, 2 dolab, 1 geyim dolabı, 1 kitab şkafı) – 1500 manat, Uşaq yataq otağı üçün pərdə – 200 manat və divar saatı — 50 manat cehiz əşyaları deyil, tərəflərin birgə nikah dövründə əldə etdikləri əşyalardır. Məhkəmə qeyd edir ki, sözügedən əşyalar ilə bağlı tərəflər arasında razılıq əldə edildiyindən, 1500 manat dəyərində olan Beko markalı, 100 kv.m ağ rəngli kondisioner, 1500 manat dəyərində olan Uşaq mebeli (2 yataq, 2 dolab, 1 geyim dolabı, 1 kitab şkafı), 200 manat dəyərində olan Uşaq yataq otağı üçün pərdə və 50 manat dəyərində olan divar saatının İddiaçı, 1200 manat dəyərində olan 2 metr Dəhliz şkafı isə Cavabdeh verilməlidir. İddia tələbinin 1 ədəd steletto xaki rəng dikdaban – 35 manat, 1 ədəd steletto sarı rəng dikdaban – 40 manat; 2 ədəd uzunboğaz çəkmə – 120 manat; 1 ədəd palto – 150 manat; 1 ədəd kurtka – 120 manat; 6 ədəd don ilə bağlı hissəsi barədə məhkəmə qeyd edir ki, cavabdeh siyahıda qeyd olunmuş iddiaçıya məxsus qış geyimlərindən başqa digər geyimlərin yaşadıqları evdə olduğunu və həmin geyimlərin iddiaçıya qaytarılmasına etiraz etmədiyini bildirdiyindən, iddiaçı isə tələbin qeyd edilən hissəsini mübahisələndirmədiyindən, iddia tələbi iddiaçıya məxsus qış geyimləri istisna olmaqla, yəni 1 ədəd steletto xaki rəng dikdaban – 35 manat, 1 ədəd steletto sarı rəng dikdaban – 40 manat və 6 ədəd don hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Cavabdeh tərəfindən etiraf olunan və tərəflər arasında razılaşma əldə edilmiş əmlaklardan başqa iddia ərizəsində göstərilən digər əşya - 50 manat dəyərində olan 1 şamdanlı lüstur cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddianın bu hissəsinin təmin edilməsinə əsas verən sübutlar kifayət qədər olmadığından məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Həmçinin iddia tələbinin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 61 manat məbləğində rüsumun və 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan 60 manat və 61 manat mediasiya xərcindən 40 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh LG markalı 32 diaqonal televizor – 300 manat; Hotpoint markalı, ağ rəngli, No Frost soyuducu – 900 manat; Regal markalı, ağ rəngli, 5 kq paltaryuyan – 600 manat; Beko markalı,100 kv.m ağ rəngli kondisioner – 1500 manat; Mətbəx mebeli 4 metr boz-ağ – 1100 manat; Uşaq mebeli (2 yataq, 2 dolab, 1 geyim dolabı, 1 kitab şkafı) – 1500 manat; Yataq otağı mebeli “Hürrəm” – 2000 manat; Qonaq otağı mebeli “Hürrəm” – 2000 manat; Künc divanı – 700 manat; 8 şamdanlı lüstur – 300 manat; 4 şamdanlı lüstur – 150 manat; 3 şamdanlı lüstur – 100 manat; 3 şamdanlı lüstur – 50 manat; 5x3 metr xalça – 500 manat; 4x2 metr xalça — 250 manat; 4x2 metr xalça – 250 manat; Yataq otağı üçün pərdə – 300 manat; Uşaq yataq otağı üçün pərdə – 200 manat; Qonaq otağı üçün pərdə – 500 manat; Yataq otağı üçün pərdə – 1500 manat; Divar saatı – 60 manat; Divar saatı — 50 manat; 12 nəfərlik yemək dəsti – 1000 manat; 2 ədəd meyvə qabı – 100 manat; 2 ədəd konfet qabı – 50 manat; 6 nəfərlik çay dəsti – 50 manat; 6 nəfərlik çay dəsti – 40 manat; 6 nəfərlik şirə badəsi – 2 dəst – 70 manat; 3 ədəd çərəz qabı – 60 manat; 2 ədəd şirniyyat qabı – 30 manat; 6 nəfərlik kofe stəkanı – 30 manat, 1 ədəd 2 karat brilyantlı, 4,5 qr, 750 əyarlı ağ italyan qızıl; 1 ədəd 2 karat brilyantlı, 15 qr, 750 əyarlı ağ italyan qızıl kolye; 1 ədəd 1,2 karat brilyantlı, 9 qr, 750 əyarlı ağ italyan qızıl qolbaq və 1 ədəd 2 karat brilyantlı 10 qr, 750 əyarlı, italyan qızılı komplekt sırğa – 1800 manat, 1 ədəd steletto xaki rəng dikdaban – 35 manat, 1 ədəd steletto sarı rəng dikdaban – 40 manat və 6 ədəd don və ya onların dəyəri alınıb İddiaçı verilsin. İddia tələbi Dəhliz şkafı 2 metr – 1200 manat; 1 şamdanlı lüstur - 50 manat; 2 ədəd uzunboğaz çəkmə – 120 manat; 1 ədəd palto – 150 manat; 1 ədəd kurtka – 120 manat aid olan hissələrdə rədd edilsin. Cavabdeh 60 (altmış) manat dövlət rüsumu və 40 (qırx) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov