Məhkəmə qərarları › İş №2(012)-2844/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2844/2020

07.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2844/2020 07.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsinə xx xxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxstərəfindən X2 barədə ölüm haqqında şəhadətnamə verilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi ərizəçi X1 xx xxxxx 2020-ci il tarixdə Qəbələ rayonunda ölməsi faktının müəyyən edilməsini istəsə də, xüsusi icraat qaydasında deyil, düzgün olmayaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Məhkəmə qeyd edir ki, ərizə həmçinin qanunla nəzərdə tutulan forma və məzmuna əməl edilmədən tərtib edilmişdir. MPM-nin 149.2.3 maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı olan tələblər göstərilməlidir. Həmin Məcəllənin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hakim tərəfindən geri qaytarılmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda iddia ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi ərizəçiyə izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair iddia ərizə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi ərizəçiyə izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar