Məhkəmə qərarları › İş №2(012)-2854/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2854/2024

18.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2854/2024 18.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən 88 adda cehiz əşyalarının cavabdehdən alınaraq ona verilməsi, cehiz əşyaları aşkar edilməzsə onların dəyəri olan 9228 manat pul məbləğinin, habelə ödənilmiş 63 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət X1 3380 nömrəli nikah qeydə alınmışdır. Birgə nikahdan onların övladları olmamışdır. Cavabdeh ilə evləndikdən sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətlər pozulmuş və aralarında tez-tez mübahisələr baş vermişdir. O, nikahın pozulması tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Onun cavabdehlə toyu olduqdan sonra özünə məxsus olan cehiz əşyaları ilə birlikdə cavabdehin Abşeron rayonu, Görədil qəsəbəsi, Gənclik küçəsində yerləşən 15 saylı evə gəlin köçmüşdür. Münasibətlər pozulduqdan sonra həmin evdən çıxarılaraq atasının İsmayıllı rayonu, Tağlabiyan kəndidə yerləşən evində yaşamağa başlamışdır. Ona məxsus olsan cehiz əşyaları isə cavabdehin evində qalmış, hazırki vaxta qədər geri qaytarılmamışdır. Bu əşyaların geri qaytarılması ilə bağlı cavabdehə xəbər göndərsə də heç bir müsbət nəticə əldə olunmamış, ona məhkəməyə müraciət etməsi bildirmişdir. Tələb olunan cehiz əmlaklar və qiymətləri bunlardır: 24 ədəd stəkan sadə-24 manat, 24 ədəd nəlbəki sadə-24 manat, 12 xörək qaşığı-12 manat, 12 çay və limon qaşığı-9 manat, 2 dəst boşqab 2 böyük bulud, 2 balaca bulud-100 manat, 12 ədəd çəngəl-12 manat, 2 dəst taxta Tefal qaşığı-4 manat, 1 ədəd bıçaq dəsti-50 manat, 24 ədəd badə-30 manat, 12 ədəd qədəh 12 manat, 2 ədəd mürəbbə qabı uzun-10 manat, 2 ədəd qənd qabı-10 manat, 12 ədəd rozetka-18 manat, 12 ədəd armudu stəkan-25 manat, 12 ədəd armudu stəkan üçün nəlbəki-25 manat, 2 ədəd meyvə qabı-10 manat, 4 ədəd külqabı-16 manat, 1 dəst qranit qazan-160 manat, 1 dəst ləbləbi qabı-30 manat, 1 ədəd sini-30 manat, 2 ədəd əlcək-10 manat 4 ədəd sini-20 manat, süpürgə dəsti-10 manat, 1 ədəd soğançəkən-10 manat, 12 ədəd balaca kasa-20 manat, 3 ədəd kauçuk qab-17 manat, 1 ədəd zibil qabı-10 manat, 1 ədəd vanna-7 manat, 1 ədəd ceyran dərisi-5 manat, aş süzən dəsti-10 manat, 2 ədəd süfrə staqtel-30 manat, 2 ədəd dəst taxt ədyalı-100 manat, 2 dəst taxt üstü örtük-200 manat, 2 dəst çexol dəsti-50 manat, pərdə-850 manat, 4 ədəd balaca dəsmal-15 manat, 3 ədəd qətfə-24 manat, 6 ədəd çay dəsmalı-15 manat, dördayaq və 1 ədəd ələk 1 ədəd oxlov-10 manat, 1 ədəd qozçəkən maşın-20 manat, 2 ədəd sintifon balış-30 manat, 4 ədəd tük balış-60 manat, 2 ədəd duz qabı-10 manat, 2 ədəd vedrə dəmir-10 manat, 12 dəst şiş-12 manat, gecə lampası 1 ədəd-30 manat, 2 ədəd balaca dəm çaydanı-12 manat, 12 ədəd fincan-40 manat, 2 ədəd qəndqabı-10 manat, 1 ədəd sabun qabı-2 manat, 1 ədəd tualet fırçası-4 manat, 1 ədəd tozsoran-135 manat, 4 dəst karniz-40 manat, 1 dəst stol-stul-500 manat, 1 ədəd ətçəkən maşın-50 manat, 1 ədəd Tefal çaydan-50 manat, nahar servisi-400 manat, 1 ədəd toz yığan-3 manat, 2 ədəd xalça-120 manat, 12 ədəd paltar asan-6 manat, 2 ədəd çexol dəsti-50 manat, 1 ədəd çuqun çaydan-20 manat, 1 ədəd mikser-35 manat, 2 ədəd tort boşqabı-20 manat, su qabı 1 ədəd-4 manat, 1 ədəd alüminium su qabı-12 manat, paltaryuyan maşın-650 manat, künc divanı 600 manat, yataq dəsti mebeli-2050 manat, 1 dəst mətbəx mebeli-1300 manat, lampa 1 ədəd-30 manat, çörək bişirən soba-30 manat, paltar yığan qab-10 manat, ipəzor 3 dəst 1 ədəd vedrə-10 manat, çörək qabı 1 ədəd-5 manat, 1 dəst İran istehsallı qazan-35 manat, 1 ədəd su qabı-5 manat, 1 ədəd güldan-10 manat, 3 ədəd kukla-30 manat, 2 dəst qəhvə fincanı-30 manat, iynə dəsti-8 manat, 1 dəst Tefal qazan-35 manat, 1 ədəd alüminium ləyən qabı-6 manat, 1 ədəd taxt yorğanı və 1 ədəd tək döşəyi, 1 ədəd ipək yorğanla-350 manat, 2 ədəd mətbəx taxtası-10 manat, tvyorka-5 manat, 1 ədəd mətbəx üçün qazan-90 manat və 1 ədəd aspirator-120 manat. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 bildirdi ki, tələb edilən əmlakların hamısı onlardadır və cavabdeh bu əmlakları qaytarmağa hazırdır. Əmlakların qiyməti isə şişirdilmişdir. Əmlaklar qaytarıldığı təqdirdə onların dəyərinin tutulmasına isə zərurət yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 553401 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət X1 3380 nömrəli nikah qeydə alınmışdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2853/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət X1 3380 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin rəsmi nikahı xx.xx.2022-ci il tarixdə qeydə alınmış və məhkəmə qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Tərəflər əvvəllər mehriban yaşasalar da, sonradan onların münasibətləri korlanmışdır. Onlar boşandıqdan sonra iddiaçıya məxsus bəzi cehiz əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Bu səbəbdən iddiaçı hazırda həmin əşyaların cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə mübahisə ilə əlaqədar qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddiaçının iddia ərizəsində qeyd etdiyi bütün cehiz əmlakın mövcud olmasını, hazırda ona məxsus evdə olmasını və həmin əşyaların iddiaçı tərəfindən götürülməsinə heç bir etirazının olmadığını bildirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsində qeyd edilən bütün cehiz əmlak cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bununla belə, tələb edilən əmlakların qiyməti ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı qeyd olunan əmlakın dəyəri barədə məhkəməyə hər hansı mötəbər sübut (qiymət kağızı, ödəmə qəbzi, hesab-faktura və s.) təqdim edə bilməmişdir. Bu əmlakların naturada mövcudluğu və cavabdehdə olması məhkəmə araşdırması zamanı təsdiqini tapmış hesab edilməklə işin mübahisəsiz halıdır və həmin əmlakların qiymətləndirilməsinə heç bir zərurət yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, 24 ədəd stəkan sadə, 24 ədəd nəlbəki sadə, 12 xörək qaşığı, 12 çay və limon qaşığı, 2 dəst boşqab 2 böyük bulud, 2 balaca bulud, 12 ədəd çəngəl, 2 dəst taxta Tefal qaşığı, 1 ədəd bıçaq dəsti, 24 ədəd badə, 12 ədəd qədəh, 2 ədəd mürəbbə qabı uzun, 2 ədəd qənd qabı, 12 ədəd rozetka, 12 ədəd armudu stəkan, 12 ədəd armudu stəkan üçün nəlbəki, 2 ədəd meyvə qabı, 4 ədəd külqabı, 1 dəst qranit qazan, 1 dəst ləbləbi qabı, 1 ədəd sini, 2 ədəd əlcək, 4 ədəd sini, süpürgə dəsti, 1 ədəd soğançəkən, 12 ədəd balaca kasa, 3 ədəd kauçuk qab, 1 ədəd zibil qabı, 1 ədəd vanna, 1 ədəd ceyran dərisi, aş süzən dəsti, 2 ədəd süfrə staqtel-, 2 ədəd dəst taxt ədyalı, 2 dəst taxt üstü örtük, 2 dəst çexol, pərdə, 4 ədəd balaca dəsmal, 3 ədəd qətfə, 6 ədəd çay dəsmalı, dördayaq və 1 ədəd ələk 1 ədəd oxlovla, 1 ədəd qozçəkən maşın, 2 ədəd sintifon balış, 4 ədəd tük balış, 2 ədəd duz qabı, 2 ədəd vedrə dəmir, 12 dəst şiş, gecə lampası 1 ədəd, 2 ədəd balaca dəm çaydanı, 12 ədəd fincan, 2 ədəd qəndqabı, 1 ədəd sabun qabı, 1 ədəd tualet fırçası, 1 ədəd tozsoran, 4 dəst karniz, 1 dəst stol-stul, 1 ədəd ətçəkən maşın, 1 ədəd Tefal çaydan, nahar servisi, 1 ədəd toz yığan, 2 ədəd xalça, 12 ədəd paltar asan, 2 ədəd çexol dəsti, 1 ədəd çuqun çaydan, 1 ədəd mikser, 2 ədəd tort boşqabı, su qabı 1 ədəd, 1 ədəd alüminium su qabı, paltaryuyan maşın, künc divanı, yataq dəsti mebeli, 1 dəst mətbəx mebeli, lampa 1 ədəd, çörək bişirən soba, paltar yığan qab, ipəzor 3 dəst 1 ədəd vedrə, çörək qabı 1 ədəd, 1 dəst İran istehsallı qazan, 1 ədəd su qabı, 1 ədəd güldan, 3 ədəd kukla, 2 dəst qəhvə fincanı, iynə dəsti, 1 dəst Tefal qazan, 1 ədəd alüminium ləyən qabı, 1 ədəd taxt yorğanı və 1 ədəd tək döşəyi, 1 ədəd ipək yorğan, 2 ədəd mətbəx taxtası, tvyorka, 1 ədəd mətbəx üçün qazan və 1 ədəd aspiratordan ibarət əmlak Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 24 ədəd stəkan sadə, 24 ədəd nəlbəki sadə, 12 xörək qaşığı, 12 çay və limon qaşığı, 2 dəst boşqab 2 böyük bulud, 2 balaca bulud, 12 ədəd çəngəl, 2 dəst taxta Tefal qaşığı, 1 ədəd bıçaq dəsti, 24 ədəd badə, 12 ədəd qədəh, 2 ədəd mürəbbə qabı uzun, 2 ədəd qənd qabı, 12 ədəd rozetka, 12 ədəd armudu stəkan, 12 ədəd armudu stəkan üçün nəlbəki, 2 ədəd meyvə qabı, 4 ədəd külqabı, 1 dəst qranit qazan, 1 dəst ləbləbi qabı, 1 ədəd sini, 2 ədəd əlcək, 4 ədəd sini, süpürgə dəsti, 1 ədəd soğançəkən, 12 ədəd balaca kasa, 3 ədəd kauçuk qab, 1 ədəd zibil qabı, 1 ədəd vanna, 1 ədəd ceyran dərisi, aş süzən dəsti, 2 ədəd süfrə staqtel-, 2 ədəd dəst taxt ədyalı, 2 dəst taxt üstü örtük, 2 dəst çexol, pərdə, 4 ədəd balaca dəsmal, 3 ədəd qətfə, 6 ədəd çay dəsmalı, dördayaq və 1 ədəd ələk 1 ədəd oxlovla, 1 ədəd qozçəkən maşın, 2 ədəd sintifon balış, 4 ədəd tük balış, 2 ədəd duz qabı, 2 ədəd vedrə dəmir, 12 dəst şiş, gecə lampası 1 ədəd, 2 ədəd balaca dəm çaydanı, 12 ədəd fincan, 2 ədəd qəndqabı, 1 ədəd sabun qabı, 1 ədəd tualet fırçası, 1 ədəd tozsoran, 4 dəst karniz, 1 dəst stol-stul, 1 ədəd ətçəkən maşın, 1 ədəd Tefal çaydan, nahar servisi, 1 ədəd toz yığan, 2 ədəd xalça, 12 ədəd paltar asan, 2 ədəd çexol dəsti, 1 ədəd çuqun çaydan, 1 ədəd mikser, 2 ədəd tort boşqabı, su qabı 1 ədəd, 1 ədəd alüminium su qabı, paltaryuyan maşın, künc divanı, yataq dəsti mebeli, 1 dəst mətbəx mebeli, lampa 1 ədəd, çörək bişirən soba, paltar yığan qab, ipəzor 3 dəst 1 ədəd vedrə, çörək qabı 1 ədəd, 1 dəst İran istehsallı qazan, 1 ədəd su qabı, 1 ədəd güldan, 3 ədəd kukla, 2 dəst qəhvə fincanı, iynə dəsti, 1 dəst Tefal qazan, 1 ədəd alüminium ləyən qabı, 1 ədəd taxt yorğanı və 1 ədəd tək döşəyi, 1 ədəd ipək yorğan, 2 ədəd mətbəx taxtası, tvyorka, 1 ədəd mətbəx üçün qazan və 1 ədəd aspiratordan ibarət əmlak Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63 manat pul və 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar