Məhkəmə qərarları › İş №2(012)-2872/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2872/2021

10.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2872/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı qızının, Cavabdeh iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı «qızıl-zinət, cehiz və fərdi istifadə əşyalarının qaytarılması» tələbinə dair mülki işə 10 iyun 2021-ci il tarixdə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, ona hədiyyə verilən kolye dəsti badamı formada (boyunbağı, qolbaq, sırğa üzük) 750 əyyar, 25,6 qram brilyant qaşlarla-7000 manat, üzük 750 əyyar -5 qram tək qaş brilyant -1000 manat, nişan üzüyü -750 əyyar-6.5 qram- 900 manat, tros sep 750 əyyar-8 qram-800 manat (anasının hədiyyəsi), sırğa setkalı badamı formada-750 əyyar 2.5 qram-250 manat (anasının hədiyyəsi), üzük setkalı paxlava formada 750 əyyar-3 qram-300 manat (anasının hədiyyəsi) ümumi məbləğ 10250 manat, cehiz və şəxsi istifadəsində olan əşyalarını-mobil telefon “SONY XPERİA” T 2 ultra dual -550 manat, "SHARP" markalı mikrodalğalı soba-300 manat, qaz peçi 4 gözlü “öztürklülər" firması-250 manat, aspirator “öztürklülər" firması gümüşü rəngdə-300 manat, moyka gümüşü mat-55 manat, su krantı mətbəxdə-45 manat, mətbəxt mebeli 4 paqon metr -1600 manat, yataq mebeli -1500 manat ümumi məbləğ-4600 manat olmaqla, cəmi 14850 manat Cavabdeh alınaraq ona verilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 20 oktyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladları var. Cavabdehlə ailə münasibətləri birgə yaşadıqları müddət ərzində onun zərərli vərdişləri ucbatından ailəsi pozuldu. Onun Sabunçu rayon məhkəməsinə nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi vardır. Ayrılarkən ona toydan əvvəl və toy ərəfəsində hədiyyə verilən və onun istifadəsində olan qızıl-zinət əşyaları, ona hədiyyə verilən kolye dəsti badamı formada (boyunbağı, qolbaq, sırğa üzük) 750 əyyar, 25,6 qram brilyant qaşlarla-7000 manat, üzük 750 əyyar -5 qram tək qaş brilyant - 1000 manat, nişan üzüyü -750 əyyar-6.5 qram-900 manat, tros sep 750 əyyar-8 qram-800 manat (anasının hədiyyəsi), sırğa setkalı badamı formada-750 əyyar 2.5 qram-250 manat (anasının hədiyyəsi), üzük setkalı paxlava formada 750 əyyar-3 qram-300 manat (anasının hədiyyəsi) ümumi məbləğ 10250 manat, cehiz və şəxsi istifadəsində olan əşyalarını-mobil telefon “SONY XPERİA” T 2 ultra dual -550 manat, "SHARP" markalı mikrodalğalı soba-300 manat, qaz peçi 4 gözlü “öztürklülər" firması -250 manat, aspirator “öztürklülər" firması gümüşü rəngdə-300 manat, moyka gümüşü mat-55 manat, su krantı mətbəxdə-45 manat, mətbəxt mebeli 4 paqon metr -1600 manat, yataq mebeli -1500 manat ümumi məbləğ-4600 manat. Cavabdehlə birgə yaşadıqları evi tərk etməyinə, evdə qalan adı çəkilən cehiz və qızıl-zinət əşyalarını geri almaq üçün ciddi səylərinə baxmayaraq əmlakları cavabdeh və cavabdehin anası tərəfindən qanunsuz olaraq saxlanılmış, ona qaytarılmamışdır. Cavabdeh narkotik aludəçisidir və 2019-cu ildə evi satanda içindəki mebelləri də satmış, onun qızıllarını və hətta onun telefonunu da satmışdır. Odur ki, onun konstitusiya ilə qorunan mülkiyyət və əmlak hüquqları pozulmuşdur. Ona görə də o, pozulmuş hüquqlarının bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. O İddiaçı qızı ilə ailə həyatı quran zaman iddiaçıya Qaraçuxur qəsəbəsindən 2750 manat dəyərində boyunbağı, sırğa, üzük və qolbağında ibarət olan dəst və 250 manat dəyərində nişan üzüyü almışdır.Yuxarıda adıçəkilən qızıllardan başqa İddiaçı heçnə almamış, eyni zamanda, o zinət əşyalarını iddiaçı ilə birgə nikahda olarkən sataraq zərərli vərdişləri üçün sərf etmişdir. İddiaçının öz evindən gətirdiyi qızılların harada olduğunu bilmir və o onları satmamışdır. İddia ərizəsində qeyd edilən mobil telefonu İddiaçı özü 550 manata almış və 4 il istifadə etmişdir. Mobil telefonunda nasazlıq olduğuna görə onu təmir etdirmək üçün iddiaçı telefonu ona vermiş və o da telefonu 100 manata sataraq digər bir telefon iddiaçıya almışdır. Belə ki, telefona ilkin ödəniş olaraq 100 manat onun tərəfindən edilmiş və aylıq kreditlərini isə İddiaçı ödəmişdir. Mikrodalğalı sobanı zərərli vərdişlərim üçün 25 manata satmış və iddiaçı sonradan həmi sobanı geri satın almışdır. O Xırdalan şəhərində yerləşən fərdi yaşayış evini borcları olduğu üçün 60500 manata satmış, alqı-satqıdan əldə etdiyi məbləğdən 25000 manatını borclarını ödəmiş, qalan puldan isə iddiaçıya verməmişdir. İddiaçının cehiz əşyaları olan qaz peçi, mətbəx mebeli, su kranları, aspirator, moyka, yataq dəstini də evi satarkən satmış, mikrodalğalı sobanı isə 25 manata satmış, daha sonra iddiaçı ona 25 manat ödəməklə sobanı geri almışdır. Mikrodalğalı soba onda deyil, iddiaçının öz evindədir. Onun Xırdalanda evi var idi. Qaz peçi, aspirator, moyka satdığı evlə birlikdə satılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belı ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı qızına 2750 manat dəyərində boyunbağı, sırğa, üzük və qolbağında ibarət olan dəst və 250 manat dəyərində nişan üzüyü almışdır və qeyd olunan qızıl-zinət əşyaları cavabdeh tərəfindən iddiaçının iradəsinə zidd olaraq satılmış və satışdan əldə olunmuş vəsait ailə büdcəsi üçün sərf edilməmişdir.Göstərilən xüsusatları cavabdeh məhkəmədə öz izahatında təstiq etmişdir.Ona görə də məhkməmə hesab edir ki, iddia tələbinin qızıl-zinət əşyaları hissəsi ilə bağlı bu hisədə təmin olunmalı və qızıllar satıldığından təmin olunmuş hissədə qızılların ümumi dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.İddiaçı yuxarıda qeyd olunan qızılların dəyərini başqa cür qiymətləndirmiş, həmçinin yuxarıda qeyd olunanlardan başqa digər qızıllar da tələb etmiş, lakin həm digər qızıllarla və dəyərlərlə bağlı iddiaçı hər hansı bir mötəbər sübuta istinad etmədiyindən, məhkəmə cavabdehin etiraf etdiyini əsas götürmüşdür. Bundan başqa məhkəmə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, qaz peçi 4 gözlü “öztürklülər" firması -250 manat, aspirator “öztürklülər" firması gümüşü rəngdə-300 manat, moyka gümüşü mat-55 manat, su krantı mətbəxdə-45 manat, mətbəxt mebeli 4 paqon metr -1600 manat, yataq mebeli -1500 manat cehiz əmlakları da iddiaçının iradəsinə zidd olaraq satılmış və satışdan əldə olunmuş vəsait ailə büdcəsi üçün sərf edilməmişdir.Göstərilən xüsusatları da cavabdeh məhkəmədə öz izahatında təstiq etmişdir. Ona görə də məhkəmə müəyyən edilmiş işin faktiki hallarına əsasən hesab edir ki, iddia tələbi yuxarıda qeyd olunan əmlaklara aid hissədə də təmin edilməli,həmin əmlakların dəyəri iddiaçıya ödənilməli, iddia ərizəsində göstərilən digər cehiz əmlakları ilə bağlı sübutlar müəyyən edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 14 manatı cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəyəri 2750 manat olan boyunbağı, sırğa, üzük, qolbağında ibarət olan dəst və 250 manat dəyərində olan nişan üzüyü, qaz peçi 4 gözlü “öztürklülər" firması -250 manat, aspirator “öztürklülər" firması gümüşü rəngdə-300 manat, moyka gümüşü mat-55 manat, su krantı mətbəxdə-45 manat, mətbəxt mebeli 4 paqon metr -1600 manat, yataq mebeli -1500 manat , ümumilikdə 6750 (altı min yeddi yüz əlli) manat alınaraq İddiaçı qızına verilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. İddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 14 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar