Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-290/2023 24.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh2, Üçüncü şəxslər X8 və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X4, X8, X9, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin Abşeron Rayon Şöbəsi və Abşeron Rayonu 2 saylı Notariat Ofisinə qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin isə Cavabdeh2 adına qeydə alınması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız sayılması və həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2021ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin isə Cavabdeh2 adına qeydə alınması barədə Abşeron Rayonu 2 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə verilmiş 2V-49 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, X10 ilə 02 iyul 1972-ci il tarixdə nikah qeyd etdirməklə evlənmişdir. Həmin nikahdan 05 yanvar 1974-cü il təvəllüdlü Zülfiyyə, xx xxx 1975-ci il təvəllüdlü Zaur, 22 fevral 1977-ci il təvəllüdlü Sevinc, 30 noyabr 1981-ci il təvəllüdlü Əminə və xx xxxx 1983-cü il təvəllüdlü Seymur adlı övladları dünyaya gəlmişdir. X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evi 09 iyul 2013-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə mərhum həyat yoldaşı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evini mərhum X5 ilə birgə nikah dövründə əldə etmişlər və həmin əmlak onların ümumi birgə mülkiyyətlərində olmuşdur. Abşeron Rayon Məhkəməsində miras əmlakın bölünməsi barədə mülki işə baxılarkən məlum olmuşdur ki, Cavabdeh1 həmin fərdi yaşayış evinə dair Abşeron 2 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnaməyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsi onun adına qeydə alınmış, 1/3 hissəsi açıq saxlanılmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsi adına qeydə alınmış, 1/3 hissəsi isə Cavabdeh2 adına qeydə alınmışdır. Mərhum həyat yoldaşından miras qalmış hazırkı mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı 2 ədəd 2 mərtəbəli fərdi yaşayış evlərini birgə nikah dövründə əldə etmişlər. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, mərhumun ölümündən 6 ay keçməmiş o, birgə nikah dövründə əldə etdikləri əmlaklara dair sərəncam vermişdir. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindəki çıxarış ləğv edilməlidir. O, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evindən ona düşən 1/2 hissə paydan imtina etməmişdir. O, heç vaxt notariat kontoruna getməmiş və həmin məzmunlu ərizələr yazmamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin yarısı mərhuma məxsus olmuşdur. Həyat yoldaşının razılığı olmadan və ya qanun üzrə vərəsələr dairəsi müəyyən edilmədən o həmin qeyri-yaşayış sahəsi üzərində sərəncam verə bilməzdi. Qanunvericiliyin həmin tələbləri müqaviləni təsdiqləmiş notarius tərəfindən pozulmuşdur. Qeyd edilənlərə əsasən, ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 məhkəmədə iddiaçının izahatına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 213.1 və 213.2-ci maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirlmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdiilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızıdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqdin həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin ona düşən 1/2 hissəsini Cavabdeh1 notarial qaydada təsdiqlənmiş müqavilə əsasında verə bilərdi, aralarında belə bir müqavilə bağlanmamışdır.İddiaçı ərizə ilə miras əmlakdan ona çatası hissədən imtina edə bilərdi. Notariat icraatından görünür ki, iddiaçı, ünvan 2 ünvanda 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 218,48 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evindən və 146,2 kv.m ümumi sahəsi olan 2 mərtəbəli evlərdən və həyətyani torpaq sahəsindən ona düşən 1/2 hissə paydan imtina etmişdir. Ərizəsində payından kimi xeyrinə imtina etməyi qeyd edilməmişdir. Həmin payın hansı əsasla Cavabdeh1 adına qeydiyyata alınması əsassızdır. Miras əmlakdan iddiaçıya çatası paydan Cavabdeh1 xeyrinə imtina etməsi barədə ərizə də əsassızdır. Ərizədəki imza iddiaçıya məxsus deyildir. Ərizədə ’’Xalıqov” sözü pozularaq əl ilə yazılmışdır. X4 və X9 onlara miras əmlakdan çatası payı qəbul etməmiş və onlara miras əmlakdan çatası paydan imtina etmişlər. X8 miras əmlakdan çatası paydan Cavabdeh1 xeyrinə imtina etmişdir. Ərizədə ’’Xalıqov” sözü pozularaq əl ilə yazılmışdır. Qeyd edilən ünvanda iki yaşayış evi vardır, həmin fakt ərizələrdə də qeyd olunmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinə aid hissədə verilmişdir. Həmin ünvanda yerləşən 2 mərtəbəli ümumi sahəsi 146,2 kv.m olan evə dair şəhadətnamə verilməmişdir. Lakin hər iki evə dair 2/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin isə Cavabdeh2 adına qeydə alınması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız sayılmalı, həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında göstərdi ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 80-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından aydın olur ki, cavabdehlərin atası X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ondan ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evi miras əmlak kimi qalmışdır. Həmin əmlak birgə nikah dövründə əldə olunduğundan, 1/2 hissəsi ümumi birgə mülkiyyət kimi hazırki iş üzrə iddiaçıya məxsus olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək həyat yoldaşı Şirinbala Xalıqovdan miras qalmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evindən ona qanun üzrə vərəsə kimi çatacaq paydan oğlu X7 xeyrinə imtina etmiş, ona notarius tərəfindən Mülki Məcəllənin 1256, 1268 və 1269-cu maddələrinin tələbləri izah olunmuşdur. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək Şirinbala Xalıqovun adına reyestrdə qeydə alınmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evinin 1/2 hissəsindən (əmlak payından) imtina etmişdir. Eyni zamanda X3 digər vərəsələri X9, X11 və X4 da Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək Şirinbala Xalıqovdan miras qalmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evindən onlara qanun üzrə vərəsə kimi çatacaq paylardan imtina etmişlər. Qeyd edilən əqdlər 2021-ci ilin mart ayında icra olunmuşdur. Bu zaman əqdləri imza edən şəxslərə heç bir təyziq olmamış, onlar sərbəst surətdə iradə ifadələrini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261 və 1262-ci maddələrinə görə vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Göründüyü kimi, iddiaçı və hazırki iş üzrə üçüncü şəxslərin qanun üzrə vərəsəlik hüququ ilə onlara çatacaq paydan imtina etməsi tam qanunidir, eyni zamanda həmin imtinanın geri götürülməsi Mülki Məcəllənin 1268.1-ci maddəsinə görə qadağandır. Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.6-cı madəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Yenə Mülki Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. İş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək Şirinbala Xalıqovun adına reyestrdə qeydə alınmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evinin və həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən (əmlak payından) imtina etmiş, öz payına münasibətdə sərəncam vermiş və heç kəsin (digər payçının) mənafeyinə toxunmamışdır. Odur ki, Abşeron 2 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin eibarsızlığı üçün heç bir əsas olmamışdır. İddiaçı tərəf iddiasının əsası kimi Mülki Məcəllənin 337-ci maddəsinə (əqdin etibarsızlığı) istinad etmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsini də qeyd edərək mülkiyyətlə bağlı mübahisələrə iddia müddətinin tətbiq edilməməsini göstərmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində qeyd edilən müddətlər iddia müddəti deyildir, kəsici müddətdir, həmin müddətin ötürülməsi ilə bağlı məhkəməyə ərizə vermək tələb olunmur, məhkəmə özü bu müddətin ötürülməsini aşkar edərək müvafiq prosessual hərəkətlər etməlidir. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi də mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Hazırki halda iddia qanunvericiliyin müəyyən etdiyi 1 il ərzində qaldırılmamış, bununla da əqdlərin etibarlılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd olunanları əsas götürərək, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi tələbinin əsassız olması ilə yanaşı həmçinin müəyyən edilmiş müddət ərzində iddia qaldırılmaması nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, bölünən 2 evin də sənədləri yoxdur. Evlərin necə qeydiyyatdan keçərək bölünməsi ona məlum deyildir. O, qardaşı Cavabdeh1 ilə danışmır və əlaqələri yoxdur. Odur ki, o, vərəsələrə eyni payda əmlakın bölünməsini məhkəmədən xahiş edir. Üçüncü şəxs X8 və X9 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.3-cü maddəsinə əsasən məhkəmə işə digər üçüncü şəxslərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 139247 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Abşeron Rayonu 2 saylı Notariat Ofisində yazılmış 03 mart 2021-ci il tarixli ərizədən görünür ki, onun mərhum həyat yoldaşı X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra mərhumdan ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli evlər və həyətyani torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakdan ona düşən qanun üzrə vərəsəlik payı qəbul etməmiş və etmir. Mirasın ona çatası hissəsindən oğlu X12 xeyrinə imtina etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Abşeron Rayonu 2 saylı Notariat Ofisində yazılmış 15 mart 2021-ci il tarixli ərizədən görünür ki, onun mərhum həyat yoldaşı X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra mərhumdan birgə nigah dövrlərində əldə etdikləri və miras qalmış ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında 0,0644 ha torpaq sahsində yerləşən 218,48 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli evlər və həyətyani torpaq sahəsindən ona düşən 1/2 hissə əmlakdan imtina etmişdir. İş materiallarında olan Abşeron Rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri:-Cavabdeh1 2/3 hissədə pay almalıdır və digər vərəsə Cavabdeh2 miras əmlakdan düşən 1/3 hissə açıq saxlanılır, şəhadətnamə verilən miras əmlak: X6 verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evindən ibarətdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutlar araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhumdan ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evi miras əmlak kimi qalmışdır. Həmin əmlak iddiaçı ilə birgə nikah dövründə əldə olunduğundan, 1/2 hissəsi ümumi birgə mülkiyyət kimi hazırki iş üzrə iddiaçıya məxsus olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək həyat yoldaşı Şirinbala Xalıqovdan miras qalmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evindən ona qanun üzrə vərəsə kimi çatacaq paydan oğlu X7 xeyrinə imtina etmişdir. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək Şirinbala Xalıqovun adına reyestrdə qeydə alınmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evinin 1/2 hissəsindən (əmlak payından) imtina etmişdir. İddia ərizəsində və məhkəmədə verdiyi ilkin izahatında iddiaçı Abşeron 2 saylı Notariat ofisinə getmədiyini, paydan imtina barədə ərizələrin ona məxsus olmadığını bildirsədə,lakin məhkəmə tərəfindən notarial işində olan sənədlərin əsli notariusdan götürülərək,məhkəmədə tədqiq olunan zaman İddiaçı Abşeron 2 saylı Notariat ofisinə getdiyini, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il ərizələrin onun tərəfindən könüllü olaraq imzalandığını bildirmişdir.Beləliklə işin faktiki hallarından göründüyü kimi, qeyd edilən əqdlər 2021ci ilin mart ayında Abşeron 2 saylı Notariat ofisinə icra olunarkən həmin əqdləri imza edən şəxslərə heç bir təyziq olmamış, onlar sərbəst surətdə iradə ifadələrini bildirmiş, həmin əqdlərin könüllü icra olunmaması ilə bağlı məhkəmədə hər hansı bir mötəbər sübut müəyyən edilməmiş, iddiaçı və hazırki iş üzrə üçüncü şəxslərin qanun üzrə vərəsəlik hüququ ilə onlara çatacaq paydan imtina etməsi tam qanuni olmuşdur, eyni zamanda həmin imtinanın geri götürülməsi qanunda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1 və 213.2-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.6-cı madəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Yenə Mülki Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək Şirinbala Xalıqovun adına reyestrdə qeydə alınmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evinin və həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən (əmlak payından) imtina etmiş, öz payına münasibətdə sərəncam vermiş və heç kəsin (digər payçının) mənafeyinə toxunmamışdır. Odur ki, Abşeron 2 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354-cü maddəsi də məhkəməyə iddianın rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyinə əsaslanaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354-cü maddəsində qeyd edilən müddətlər iddia müddəti deyildir, kəsici müddətdir, həmin müddətin ötürülməsi ilə bağlı məhkəməyə ərizə vermək tələb olunmur, məhkəmə özü bu müddətin ötürülməsini aşkar edərək müvafiq prosessual hərəkətlər etməlidir. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara istinad edərək hesab edir ki,iddiaçı tərəf mülkiyyətlə bağlı mübahisələrə iddia müddətinin tətbiq edilməməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsaslanmaqla göstərməkdə də haqlı olmamışlar. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Hazırki halda iddia qanunvericiliyin müəyyən etdiyi 1 il ərzində qaldırılmamış, bununla da əqdlərin etibarlılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X4, X8, X9, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin Abşeron Rayon Şöbəsi və Abşeron Rayonu 2 saylı Notariat Ofisinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin isə Cavabdeh2 adına qeydə alınması barədə Abşeron Rayonu 2 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə verilmiş 2V-49 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-290/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-290/2023
24.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver