Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2927/2024 21.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1933-cü il təvəllüdlü X1 xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, O, Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuşdur. Ailələri 6 nəfərdən ibarət olmuşdur-valideynlər və onlar, iki bacı iki qardaş valideynləri ilə birlikdə, ünvan 2 ünvanında yaşamış, digər bacı qardaşları ailə quraraq başqa ünvanlara köçmüş, o isə bu ünvanda indi ailəsi ilə birlikdə yaşayır. Hazırda hər iki valideyni, atası-X5, 24 may 2000-ci il tarixdə, anası -X3, 19 noyabr 1933-cü ildə anadan olmuş, 1996-cı ilin iyul ayının 15-də isə vəfat etmişdir. Anası ölüm ayağında olarkən onlar təcili yardım xidmətinə müraciət etmişlər. Həmin xidmətdən gələn həkimlər o zaman anasına baxış keçirərkən anası sağ olmuş, ona görə də məsləhət verib getmişlər. Lakin, anası vəfat edərkən həkimə müraciət etməyi unutmuşlar və bunu onlara deyən olmamışdır. O səbəbdən ölüm kağızını ala bilməmiş və nə zamansa lazım olacağını da bilə bilməzlər. Anası vəfat edərkən, təcili yardım xidmətinə istifadə etməmişlər. Ona görə də ölümünə dair hər hansı sənəd əldə edə bilməmişlər. Ancaq, anası üçün ölüm şəhadətnaməsinin verilməsindən ötrü rəsmi şəkildə, maraqlı şəxs-Cavabdehnə ərizə ilə müraciət etmişlər. Maraqlı şəxs 16 mart 2024-cü il tarixli 3-16-5-/8-15-654/2024 saylı cavab məktubunda, müraciət olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Anasının ölüm faktının qeydə alınması ilə bağlı müraciəti əsası və məqsədi ondan ibarətdir ki, valideynlərinin hər ikisi vəfat etdiyindən, onlardan qalmış mirasın qəbulu ilə bağlı olan çatışmamazlıqlardır. Beləki, onların nikahı ilə bağlı sənədlərlə eyni zamanda onların ölümünü təsdiq edən sənədlər də tələb olunur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Ərizəçi anası ilə qalmışdır. ərizəçinin anası Fatma xanım 1990-cı ilin oralarında öz əcəli ilə vəfat etmişdir. Ərizəçinin anasını Xırdalan qəbristanlığında dəfn etmişlər. Fatma xanımın ölümünə səbəb hər hansı bədbəxt hadisə və xəsarət alması olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. O, 1955-ci ildən həmin ünvanda yaşayır. Ərizəçinin anası 1996-cı ilin iyul ayında qocalıqdan vəfat etmişdir. Ölməsinin səbəbi yaşlı olması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Ona anasının halının pisləşməsi barədə məlumat verilmiş, anasının yaşadığı evə gələrək xəstəxanaya aparmaq lazım olduğunu bildirdikdə, ona anasını tərpətməməyi demişlər. Anası 08 iyul 1996-cı ildə vəfat etmişdir. Anasının vəfat etməsinə səbəb onun yaşlı qoca olması olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, aparılmış yoxlama nəticəsində X1 1995-2001-ci illərə dair ilkin, 1998-2004-cü illərə dair bərpa akt qeydləri aşkar edilməmişdir. -Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, XB87 saylı arayışdan görünür ki, mərhum X3 xx.xx.1996-cı il tarixdə Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. -Tibbi Ərazi Bölmələrini X8 X13 Rayon Mərkəzi Xəstəxanası X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-20/2-S-224-xx-xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. F.Sadıqovanın ölümünün baş vermə səbəbi məlum olmadığından görə “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X3 ərizəçinin anası olmuş, sonuncu xx.xx.1996-cı il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X1 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadələrində X1 xx.xx.1996-cı il tarixdə ev şəraitində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin anası X3 xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1936-cı il tarixdə anadan olmuş X1 xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il tarixdə anadan olmuş X1 xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2927/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2927/2024
21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver