Məhkəmə qərarları › İş №2(012)-2928/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2928/2025

07.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2928/2025 07.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1939-cu ildə anadan olmuş, xx.xx.2008-ci ildə ünvan 2ristanlığında dəfn olunmuş mərhum X1nın ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin xahiş edirəm hissəsinin “xx.xx.1939-cu ildə anadan olmuş, xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanda ev şəraitində vəfat etmiş və xx.xx.2008-ci il tarixdə ünvan 2ristanlığında dəfn olunmuş mərhum X1nın ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi” kimi nəzərə alınmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1967-ci ildə anadan olmuşdur. X1 xx.xx.2008-ci ildə ev şəraitində vəfat etmiş və el adəti ilə Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Abşeron rayon Masazır kənd Qəbirstanlığında dəfn edilmişdir. Mərhumun xx.xx.2008-ci ildə vəfat etməsi onlarla eyni ünvanda yaşayan şəxslərin imzaları ilə təsdiq edilmişdir. Ərizəçi mərhum anasının adına ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, xx.xx.2025-ci il tarixli, 3-16/5/8-15-756/2025 saylı cavab məktubu ilə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Hazırda ərizəçi mərhum atası X3 məxsus Sumqayıt şəhəri ünvanda yerləşən fərdi qarajı mülkiyyətinə qeydə aldırmaq istəyir, lakin mərhum anasının ölüm haqqında şəhadətnaməsi olmadığına görə qarajı mülkiyyətinə keçirə bilmir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, mərhum anası xx.xx.2008-ci il tarixdə Masazır qəsəbəsində vəfat etmişdir. Həmin vaxt təcili tibbi yardım çağırmasına baxmayaraq, arayışı almağı unutmuşdur. Hazırda isə əmlakla bağlı bir məsələdə mərhumun adına ölüm haqqında şəhadətnamə alınması zəruri olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mаrаqlı şəхs Abşeron Rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə mülki işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. Mərhum anası xəstə olmuş, 2008-ci ilin avqust ayında Masazır qəsəbəsində vəfat etmişdir. Qeyd etmişdir ki, o, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. Mərhum anası 2008-ci ilin avqust ayında Masazır qəsəbəsində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçi həm atası, həm anası vəfat etmişdir. Mərhum anası artıq yaşlanmış, avqust ayında ərizəçinin evində - Masazır qəsəbəsində rəhmətə getmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/7-69-239/2025 saylı arayışdan görünür ki, X5 ilə X2 nikahı haqqında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.1961-ci il tarixdə 838 nömrəli akt qeydi tərtib olunmuşdur. Eyni zamanda xx.xx.2007-ci ildə vəfat etmiş İ.X.Babakişiyevin ölümü xx.xx.2007-ci il tarixdə 18 nömrəli akt qeydi ilə Abşeron rayon Masazır kənd icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. -AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. -Sumqayıt qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1155 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X5, X1dır. -Abşeron rayon Masazır kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 448753 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə qaraciyər koması səbəbindən Abşeron rayonu, Masazır qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 nömrəsi ilə qeyd edilmişdir. -Masazır Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 01/01-06/A-74 saylı arayışından görünür ki, Ərizəçi mərhum X1 xx.xx.2008-ci il tarixdə Masazır kənd qəbiristanlığında dəfn olunmuşdur. -Fotoşəkildən görünür ki, X2 məzarlığında xx.xx.1939-cu ildə anadan olduğu, xx.xx.2008-ci ildə vəfat etməsi qeyd olunmuşdur. -Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron Rаyоn Qеydiyyаt Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-756/2025 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -X8, X7 və X13 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktla qonşuluqda yaşayan X2 xx.xx.2008-ci il tarixdə vəfat etməsi imzaları ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X6 ərizəçinin anası olmuş, xx.xx.2008-ci il tarixdə yaşadığı evdə ölmüşdür. X2 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahid ifadələrində X2 xx.xx.2008-ci il tarixdə Abşeron rayonunda, Masazır qəsəbəsində vəfat etməsi təsdiq edilmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi anasının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirilmişdir ki, həqiqətən, ərizəçinin X1 xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanda ölmüşdür. Mülki Prosessual Məcəllənin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1939-cu il təvəllüdlü X2 xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanda ölməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü X2 xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanda ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar