Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3017/2020 25.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, mülkiyyət hüquqlarının pozulmasının qarşısının aradan qaldırılması” tələbi barədə iddia tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilən tikilinin sökülməsi, iddiaçının mülkiyyət hüquqlarının pozulmasının qarşısının aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda tərəflər- İddiaçı və Cavabdeh xx xxxxxx 2020-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Hazırda məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, tərəflər aşağıdakı şərtlərlə razılaşır. Bu sazişə uyğun olaraq Cavabdeh İddiaçı iddiadan imtina etmək üçün tikdirdiyi binadan tam təmirli olmaqla 35 kvm yaşayış mənzili verməyi təklif edir. Cavabdeh öhdəsinə götürür ki, mənzili iddiaçıya 2021 -ci ilin mart ayında təhfil verəcəkdir və bunun müqabilində İddiaçı heç bir ödəniş tələb etməyəcək. Həmin 35 kv.m yaşayış sahəsini iddiadan imtina müqabilində iddiaçıya təklif edir. Cavabdeh eyni zamanda öhdəsinə götürür ki, tikdirdiyi binanın İddiaçı evi tərəfinə aid hissədə birinci və ikinci mərtəbəsində pəncərə qoymayacaq. Bu sazişə uyğun olaraq İddiaçı cavabdehin verdiyi təklifləri, yəni heç bir ödəniş etmədən tam təmirli 35 kvm yaşayış mənzilini qəbul edir. Eyni zamanda binanın onun həyətinə olan tərəf hissəsinə pəncərələrin qoyulmaması təklifini bəyənir və bunu arzu edir, İddiaçı üzərinə öhdəlik götürür ki, hazırki tələblə bağlı bundan sonra cavabdehə qarşı hər hansı bir məhkəmə mübahisəsi açmayacaq. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunandan sonra cavabdeh 2021 - ci ilin mart ayına kimi tam təmirli 35 kvm yaşayış mənzilini heç bir ödəniş tələb etmədən iddiaçıya təqdim edəcək. İddiaçı iddiasından imtina edəcək. Bu sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. Barışıq sazişinin tələblərinə əməl olunacağı təqdirdə tərəflər bir-birlərinə qarşı gələcəkdə hər hansı əmlak və maddi tələblər barəsində iddia qaldırmaq hüququndan imtina edirlər. Barışıq sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, ya da təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. Bu razılaşma tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. Tərəflər bu müqavilə ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Müqavilənin şərtlərinin pozulmasında təqsirli oian tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Bu Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. Tərəflər barışıq sazişinin şərtlərini və öhdəliklərinin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edildiklərini bu müqaviləni imzalamaqla təsdiq edirlər. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, mülkiyyət hüquqlarının pozulmasının qarşısının aradan qaldırılması” tələbi barədə iddia tələbinə dair mülki iş üzrə tərəflər arasındakı aşağıdakışərtlər ilə bağlanmış xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilsin. 1) Bu sazişə uyğun olaraq Cavabdeh İddiaçı iddiadan imtina etmək üçün tikdirdiyi binadan tam təmirli olmaqla 35 kv.metr yaşayış mənzili verməyi təklif edir. Cavabdeh öhdəsinə götürür ki, mənzili iddiaçıya 2021 -ci ilin mart ayında təhfil verəcəkdir və bunun müqabilində İddiaçı heç bir ödəniş tələb etməyəcək. Həmin 35 kv.metr yaşayış sahəsini iddiadan imtina müqabilində iddiaçıya təklif edir. 2) Cavabdeh eyni zamanda öhdəsinə götürür ki, tikdirdiyi binanın İddiaçı evi tərəfinə aid hissədə birinci və ikinci mərtəbəsində pəncərə qoymayacaq. 3) Bu sazişə uyğun olaraq İddiaçı cavabdehin verdiyi təklifləri, yəni heç bir ödəniş etmədən tam təmirli 35 kv.metr yaşayış mənzilini qəbul edir. Eyni zamanda binanın onun həyətinə olan tərəf hissəsinə pəncərələrin qoyulmaması təklifini bəyənir və bunu arzu edir, İddiaçı üzərinə öhdəlik götürür ki, hazırki tələblə bağlı bundan sonra cavabdehə qarşı hər hansı bir məhkəmə mübahisəsi açmayacaq. 4) Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunandan sonra cavabdeh 2021 - ci ilin mart ayına kimi tam təmirli 35 kv.metr yaşayış mənzilini heç bir ödəniş tələb etmədən iddiaçıya təqdim edəcək. 5) İddiaçı iddiasından imtina edəcək. 6) Bu sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. 7) Barışıq sazişinin tələblərinə əməl olunacağı təqdirdə tərəflər bir-birlərinə qarşı gələcəkdə hər hansı əmlak və maddi tələblər barəsində iddia qaldırmaq hüququndan imtina edirlər. 8) Barışıq sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, ya da təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 9) Bu razılaşma tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. 10) Tərəflər bu müqavilə ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Müqavilənin şərtlərinin pozulmasında təqsirli oian tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. 11) Bu Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. Tərəflər barışıq sazişinin şərtlərini və öhdəliklərinin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edildiklərini bu müqaviləni imzalamaqla təsdiq edirlər. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, mülkiyyət hüquqlarının pozulmasının qarşısının aradan qaldırılması” tələbi dair 2(012)-3017/2020 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3017/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3017/2020
25.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver