Məhkəmə qərarları › İş №2(012)-3018/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3018/2021

18.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3018/2021 18.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun vəkili X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı övladları ilə birlikdə fərdi yaşayış evinə köçürülmələri barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi barədə ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış 06.07.2013-cü il tarixli ev bağışlanma müqaviləsinin və cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 20.07.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh isə öz növbəsində cavabdeh İddiaçı qarşı onun övladları ilə birlikdə fərdi yaşayış evinə köçürülmələri barədə qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək ilkin iddia ərizəsinin rədd edilməsi, X8, K.H.Hüseynovanın oğlu X4 və digərlərinin ona məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5A saylı evdən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi, övladları X17 və X20 ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5A saylı evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh İddiaçı qarşı onun övladları ilə birlikdə fərdi yaşayış evinə köçürülmələri barədə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ona qarşı iddia tələbinin rədd edilməsi, onun övladları X17 və X20 ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5A saylı evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 0.022 ha torpaq sahəsində yerləşən 162.7 kv.m sahəsi olan 5 otaqlı, 5A saylı fərdi həyət evini onun həyat yoldaşı 2002-ci ildə inşa etdirmiş, 2004-cü ildə isə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra qeyd olunan ev onun mülkiyyətinə keçmişdir. Onun oğlu fərdi yaşayış evinin satılması ilə bağlı dəfələrlə ona müraciət etmişdir. Lakin sonradan onun qızı Cavabdeh nikahı pozulmuş və qızı uşaqları ilə birlikdə onun evinə gələrək birlikdə yaşamışlar. O, mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 0.022 ha torpaq sahəsində yerləşən 162.7 kv.m sahəsi olan 5 otaqlı, 5A saylı fərdi həyət evini 06.07.2013-cü ildə qızı Cavabdeh bağışlamış, həmin fərdi yaşayış evini bağışlama müqaviləsi ilə bağışladıqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 20.07.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən daşınmaz əmlak hazırda qızının mülkiyyətindədir. Mübahisəli fərdi yaşayış evi yeganə yaşayış yeri olduğundan o, qızı ilə bağışlama müqaviləsi bağladıqdan sonra da qızının birincin nikahından olan uşaqları ilə birlikdə həmin evdə yaşamalarına dair razılığa gəlmişlər. O, qızı və nəvələri ilə birlikdə 2013-cü ilin iyul ayından birlikdə yaşamışlar və indi də yaşayırlar. Qızı Cavabdeh birinci həyat yoldaşından boşanmışdır. Sonradan qızı ona tanış olduğu X21 ilə evlənəcəyini bildirmiş, o isə qızına “Sənin 20 yaşında oğlun var, nə evlənmək?” deyərək qızına iradını bildirmişdir. Lakin bir müddət sonra 2020-ci ilin avqust ayında qızı tanış olduğu X21 adlı birini evə gətirərək onunla qeyri-rəsmi nikah münasibətində yaşamışdır. Həmin günü o, qızı ilə mübahisə etmişdir. Sonradan onlara X10 narkoman olduğu, heç yerdə işləmədiyi və tüfeyli həyat tərzi keçirdiyi, qızını və onun uşaqlarını da narkotik istifadəçisinə çevirdiyi məlum olmuşdur. X21 onun evində birgə yaşadığı 6 ay ərzində hədə-qorxu gələrək pul tələb etmiş, qızı Cavabdeh dəfələrlə döymüş, onun pensiyasını isə zorla alaraq narkotikə olan tələbatını ödəmişdir. Pul verməyəndə öz çirkin əməllərinə Cavabdeh da cəlb edərək cavabdehlə birlikdə onu döymüşlər, belə hal isə bir neçə dəfə təkrar olunmuşdur. Sonuncu dəfə 23.01.2021-ci il tarixdə X21 ilə qızı Cavabdeh yenidən onu döyərək ağır xəsarətlər yetirmişlər. Bu barədə Azərbaycan Respublikası DİN-nin 102 çağrı mərkəzinə və Abşeron rayon Polis idarəsinə müraciət etmiş, Abşeron Rayon Polis İdarəsinin Tədqiqat Şöbəsində araşdırma aparılmış və təqsirkar X21 barəsində İXM-nin 157-ci maddəsinə uyğun tədbir görülmüşdür. X6 yaşadıqdan sonra o, evi satdırmaq, borclarını ödəmək məqsədilə isə qızı Cavabdeh da istifadə edərək onu evi satdırmağa məcbur etmişdir. Əgər ev satılsa nə ona nə də qızı Cavabdeh bir manat da olsun pul çatmayacaqdır. Beləliklə, o və qızı Cavabdeh evsiz qalaraq küçəyə atılmış vəziyyətdə olacaqlar. Bu səbəbdən də qızına bağışladığı evə dair bağlanmış bağışlanma müqaviləsinin və həmin evə dair verilmiş çıxarışın ləğv edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, anası İddiaçı iddia tələbini qəti şəkildə qəbul etmir, belə ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətləri əks etdirmir. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5A saylı evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 20.07.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən həmin ev hazırda onun mülkiyyətindədir. Qeyd olunan ev atasından miras qalmış evdir. Atası vəfat etdikdən sonra evin sahibi anası olmuş, anası İddiaçı isə 06.07.2013-cü il tarixdə həmin evi ona bağışlamışdır. Ev bağışlama müqaviləsi ilə ona verildikdən sonra o, öz adına çıxarış əldə etmişdir. Lakin xüsusi mülkiyyətində olan evdən qəti şəkildə istifadə edə bilmir. Belə ki, həmin evdə qeyri-şəxslər yaşayır. O isə övladları ilə birlikdə küçədə qalmamaq xatirinə məcbur olub kirayə yaşayır. Həmin ev onun, azyaşlı övladlarının və xəstə anasının yeganə yaşayış evidir. O, anası ilə aralarında söz-söhbət olan günə qədər o və övladları anasının qulluğunda dayanmış və aralarında heç bir problem olmadan yaşamışlar. Lakin dayıları, dayılarının həyat yoldaşları araya söz-söhbət salana qədər hər şey qaydasında idi. Onun xüsusi mülkiyyətində olan evdə özü yox, qeyri-şəxslər yaşayır. O, hətta bununla bağlı Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X5 və X7 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən, 0.022 ha torpaq sahəsi üzərində yerləşən, 162.7 kv.m sahəsi olan 5 otaqlı, 5A saylı evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən evə bildiriş gelən kimi hərə öz evinə yığışaraq, məhkəməyə anasını gətirmiş və onun ailəsini yerdən-yerə vurmağa çalışmışlar. Hakim anasının ahıl yaşlı olduğunu, ona qarşı münasibətinin anasının öz münasibəti olmadığını, kimlərinsə dolduruşa gəldiyini başa düşərək, aralarında barışıq etmiş və ona məhkəməyə verdiyi ərizəsini geri götürməsini izah etmişlər. O da anasının xatirinə məhkəmə iclaslarında iştirak etməmişdir. Sonradan isə ona, anasının hazırki iddia ərizəsi ilə ona qarşı məhkəməyə müraciət etməsi bəlli olmuşdur. Hətta mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5A saylı evdə tanımadığı yeni şəxslər X11 və X12 qeydiyyatdadır. Həmin şəxsləri də tanımır və bircə dəfə də olsun həmin evə qeyd olunan şəxslər gəlməmişlər. Bu səbəbdən də hesab edir ki, mülkiyyətçi kimi onun mənzili boşaldılaraq ona təhvil verilməlidir. Onun dayısı Ramiz və həyat yoldaşı anasının xəstəliyindən istifadə edərək, evə yerləşmiş və onu öz mülkiyyətindən məhrum etməyə çalışmışlar. Artıq söz-söhbət olmasın deyə o da məcbur olub, öz evi olduğu halda kiçik, şəraitsiz bir evdə kirayə yaşayır. Ramiz dayısı və onun həyat yoldaşı Naibənin niyyəti anasının amansız xəstəliyindən istifadə edərək, evi satmaq və pulları mənimsəməkdir. O da mülkiyyətçi kimi atasından miras qalmış yeganə yaşayış evini satmadığı üçün ona düşmən münasibət bəsləmişlər. Belə ki, onu el-aləm içində rüsvay edirlər. Qonşular içərisində daha da alçalmamaq üçün o da məcbur olub kirayə yaşayır. Anası özünü ifadə edə bilmir. Ağlı kəmləşmiş, nə dediyini və bir sözlə özünü idarə edə bilmir. Dayısı və dayısı arvadı anasını ona qarşı dolduraraq, bu günə kimi qulluğunda dayandığı anası onu görmək belə istəmir. Onların dolduruşuna gələrək, anası ona evi satmağını, pulu isə ona verməyini bildirir. O isə ev satılacağı təqdirdə evin satılmasından əldə olunmuş pul vəsaitlərindən ona və anasına bir manat olsun belə çatmayacağını bilir. Belə ki, dayısı və dayısı arvadının niyyəti də elə məhz budur. O, anasının ona qarşı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsindən sonra anası ilə məsələni aydınlaşdırmağa çalışmış, anası isə ona məhkəmə iclaslarından və iddia ərizəsinin varlığından xəbəri olmadığını bildirmişdir. Anasının xasiyyətinə bələd olan bir övladı kimi anasının ona qarşı olan bu mövqeyinin onun kimlərinsə dolduruşuna gəlməsi ilə əlaqələndirir. Anası keçirilən məhkəmə iclaslarından xəbərsizdir. Onun adından məhkəməyə iddia verilmişdir. İlkin iddia ərizəsində onun və həyat yoldaşının anası İddiaçı döydüyü və ona fiziki təzyiqlər irəli sürüldüyü qeyd edilsə də, həmin faktlar həqiqətə uyğun deyildir. Eyni zamanda, onun həyat yoldaşının narkoman olması, tüfeyli həyat tərzi keçirməsi də doğru deyildir, əksinə o, ona və evə çox yaxşı baxaraq öhdəliklərini layiqincə yerinə yetirmişdir. Göstərilənlərə əsasən, ilkin iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili X1 Gültəkin Asif qızının izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 20.07.2013-cü il tarixli **********19-10301 reyestr nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 1 5A saylı ev Cavabdeh mülkiyyətindədir və bu barədə 20.07.2013-cü il tarixdə 1441 nömrəli inventar nömrəsi ilə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.07.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 yaşayış sahəsi 83.4 kv.m, yardımçı sahəsi 79.3 kv.m, ümumi sahəsi 162.7 kv.m olmaqla 5 otaqlı 5A saylı ev Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1 saylı reyestr kitabının 43 saylı vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli arayışdan görünür ki, 16.09.1970-ci il təvəllüdlü X11, 05.06.1992-ci il təvəllüdlü X12, 11.04.2009-cu il təvəllüdlü X17 və 23.08.2001-ci il təvəllüdlü X3 rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5A saylı evdə qeydiyyatdadır. - Abşeron rayonu 1 saylı notariat ofisində bağlanmış hədiyyə verən İddiaçı ilə hədiyyə alan Cavabdeh arasında bağlanmış 06.07.2013-cü il tarixli ev bağışlanma müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 05.07.2013-cü il tarixdə verilmiş 6464 saylı arayışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Abşeron Ərazi İdarəsi tərəfindən 28.06.2012-ci il tarixdə reyestr nömrəsi **********19-10301 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 1 ünvanında istifadəsində olan 0.022 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 162.7 kv.m olan 5 otaqlı 5A nömrəli fərdi yaşayış evini hədiyyə alanın mülkiyyətinə verməyi, hədiyyə alan isə fərdi yaşayış evini öz mülkiyyətinə götürməyi öhdəsinə götürmüşdür. Hədiyyə verənin fərdi yaşayış evi verməsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməmişdir. - Müqavilənin 3.1-ci bəndindən görünür ki, fərdi yaşayış evinə mülkiyyət hüququ hədiyyə alana daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. - Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş 06.07.2013-cü il tarixli etibarnamədən görünür ki Cavabdeh İddiaçı DT və XK-nin Abşeron rayon Şöbəsində ƏMDK yanında DƏDRX-nin ərazi idarələrində və digər idarələrdə nümayəndəsi olmağı, özəlləşdirmə işlərini görməyi və sair hərəkətləri etməyi etibar etmiş və etibarnamə 1 (bir) il müddətinə olmaqla 06.07.2014-cü ilədək qüvvədə olması nəzərdə tutulmuşdur. - Abşeron rayon Polis İdarəsinin tədqiqat şöbəsinin vətəndaş İddiaçı ünvanladığı 08.02.2021-ci il tarixli 9349 saylı məktubdan görünür ki, 26.01.2021-ci il tarixdə Abşeron RPİ-nə yazdığı ərizə əsasında Abşeron RPİ-in Təhqiqat Şöbəsində araşdırma aparılmış, faktda cinayət tərkibi müəyyən edilmədiyindən, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərardan narazılığı olduğu təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna, yuxarı prokurora və ya Abşeron Rayon Məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilmişdir. - Abşeron Rayon Polis İdarəsinin 05.02.2021-ci il tarixli cinayət işinin bağışlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X10 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati təsir tədbiri görülməsi məqsədi ilə qərarın aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi, tərəflər arasında gələcəkdə baş verə biləcək hüquqa zidd hadisələrin qarşısını almaq və qabaqlayıcı profilaktik söhbətlər aparmaq məqsədi ilə qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. - Qərardan daha sonra görünür ki, ünvan 3-da yaşayan İddiaçı 26.01.2021-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək 23.01.2021-ci il tarixdə yaşadığı evdə kürəkəni İltifat tərəfindən söyülməsi barədə məlumat vermiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. İddiaçı 26.01.2021-ci il tarixdə DİN-in 102 xidmətinə verdiyi eyni məzmunlu müraciəti də materiala əlavə edilmişdir. İzahatı alınmış İddiaçı bildirmişdir kı, qızı Cavabdeh və onun qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı İltifat adlı şəxs ilə eyni evdə 5 aydır ki, birlikdə yaşamış, İltifatın onun evində yaşaması onun xoşuna gəlmədiyi üçün 23.01.2021-ci il tarixdə, saat 12.00 radələrində o, İltifata arvadı Gültəkini də götürüb evdən çıxıb getməsini demişdir. Bu zaman İltifat onun başından tutub mətbəxdə yerə yıxmış, sonra başından tutub başını döşəməyə vurmağa başlamış, daha sonra təpiklə də bir neçə dəfə onun başına zərbələr vurmaqla onu döymüşdür. Sonra onun səsinə mətbəxə gələn qızı Gültəkin onları ayırmışdır. - Qərardan daha sonra görünür ki, izahatı alınmış X21, İddiaçı onun barəsində yazdığı ərizə ilə tanış olduğunu, Nübarın qızı Gültəkinlə 2 ildir ki, ər-arvad münasibətlərində yaşadıqlarını, təxminən 2 aydır ki, Gültəkinin istəyi ilə anası Nübarın evində yaşadığını bildirmişdir. 23.01.2021-ci il tarixdə saat 12.00 radələrində evdə Nübarla qızı Gültəkin arasında mübahisə olduğunu eşidib mətbəxə onların yanına gəlmiş, orada Nübarın qızı Gültəkindən evindən çıxmasını tələb etdiyini və bir-birləri ilə qışqıraraq danışdıqlarını eşidib onların arasına girərək əvvəl Gültəkini, sonra isə Nübarı itələyib onları ayırmışdır. O, Nübarı itələyən zaman Nübar mətbəxdə olan stulun üzərinə oturmuş, sonra Nübar Gültəkinə həmin evdən getməsini bildirmiş, bundan sonra isə o, Gültəkinlə birlikdə həmin gün həmin evdən Sabirabad rayonuna getmişlər. O, Nübarla aralarında yalnız sözlə mübahisə olduğunu, Nübarı hər hansısa formada vurmadığını əlavə etmişdir. - Qərardan daha sonra görünür ki, izahatı alınmış Cavabdeh da əri X10 izahatına uyğun izahat vermişdir. - Qərardan daha sonra görünür ki, şahid qismində izahatı alınmış X13 da müvafiq izahatı alınaraq materiala əlavə edilmişdir. O, izahatında İltifat Əkbərovun onun nənəsi İddiaçı itələyərək yerə yıxdığını, yerə yıxılan zaman Nübarın başının stolun kənarına dəydiyini, sonra Nübarın İltifatın və Gültəkinin arxasınca qapını bağlamağa gedən zaman pilləkənlərdən yıxıldığını, İltifatın Nübarın başından tutaraq yerə çırpması və təpiklə Nübarın başına vurması barəsində sonuncunun yazdıqlarının yalan olduğunu bildirmişdir. - Qərardan daha sonra görünür ki, məhkəmə-tibbi ekspertizasının 03.02.2021-ci il tarixli, 205 saylı rəyində göstərilmişdir ki, 1956-cı il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-ənsə nahiyəsinin dərialtı hematoması; sağ gözaltı, sağ çənə oynağı, sağ yanaq nahiyəsini, sol dirsək oynağı nahiyəsinin sıyrıqları; sağ bazu nahiyəsinin orta 1/3-nin qançırı bərk-küt əşya (əşyaların) təsirindən törənmişdir: qərarda qeyd olunan müddətdə və şəraitdə; yəni 23.01.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi: sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. Beləliklə, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 23.01.2021-ci il tarixdə, saat 12.00 radələrində İddiaçı ilə kürəkəni X21 və Cavabdeh arasında ünvan 3 ünvanında İddiaçı İltifat Əkbərovu və Cavabdeh yaşadığı evdən qovması səbəbindən mübahisə yaranmış, mübahisə zamanı X2 Nübar Mahmud qızına qəsdən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə onu döymüşdür. Bununla da X21 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmanı törətmişdir. Odur ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməlidir. - İddiaçı Cavabdeh ünvanlandığı 25.03.2021-ci il tarixli təklifdən görünür ki, İddiaçı 06.07.2013-cü il tarixli bağışİama müqaviləsinin ləğv edilməsinə yazılı razılıq verməsi təklif edərək 10 gün müddətində yazılı münasibət bildirməsini xahiş etmiş, bağışlama müqaviləsi ləğv edildikdən sonra əvvəlki kimi uşaqları ilə birlikdə həmin evdə yaşamağına zəmanət etmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məktub 27.03.2021-ci il tarixdə xəbərnaməli məktubla Cavabdeh ünvanına göndərilmişdir. - Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli 98 saylı arayışdan görünür ki, Şuşa rayonundan məcburi köçkün olmuş 1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 5A saylı evdə müvəqqəti məskunlaşmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 5A saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitutsiyasının 13-cü maddəsinə əsasən, 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13.2. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Belə ki, Azərbaycan Respublikası MM-in 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası isə bağışlama sayılmır (MM-in 666.2 və 666.3-cü maddələri). Azərbaycan Respublikası MM-in 146.1-ci və 146.2-ci maddələrinə əsasən 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası MM-in 668.1-ci maddəsinə əsasən 668.1.1 daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı hədiyyə verən İddiaçı 06.07.2013-cü il tarixdə bağışlama müqaviləsi əsasında mülkiyyətində olan ünvan 1 5A saylı evi hədiyyə alan qismində çıxış edən qızı Cavabdeh bağışlamış və bu barədə Daşınmaz əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 20.07.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bağışlanma müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etsə də, müqavilənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Göründüyü kimi, qanunvericiliklə nəzərdə tutulmuş əsaslar üzrə bağışlama müqaviləsinin ləğvinə səbəb olan əsaslar olmadığından, hədiyyə alanın həyat yoldaşı tərəfindən hədiyyə verənə fiziki təzyiqlər irəli sürülməsi və barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati təsir tədbirinin tətbiq edilməsi və bu halın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.1-ci maddəsinin təsiri altına düşməməsi öz təsdiqini tapdığından, habelə hədiyyə alanın həyat yoldaşı müqavilənin tərəfi olmadığından və onun hədiyyə verən qarşısında hər hansı öhdəlikləri olmadığından məhkəmə ilkin iddia ərizəsi üzrə iddiaçının müqavilənin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsini əsassız hesab edib təmin edilməməsi qərarına gəlir. Məhkəmə ilkin iddia üzrə Cavabdeh mənzilə köçürülmə tələbi ilə bağlı qeyd edir ki, ünvan 1 5 A saylı ev bağışlanma müqaviləsi əsasında Cavabdeh bağışlanıldığından və bu barədə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində rəsmi qaydada qeydə alındığından və eyni zamanda ilkin iddia üzrə iddiaçının mənzilin mülkiyyətçisinin evə daxil olmasına maneələr yaratması məhkəmə araşdırması zamanı müəyyən edildiyindən həmin evin mülkiyyətçisi mülkiyyətində olan evə daxil olmaqda maneələrlə qarşılaşmış olur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, ünvan 1 5A saylı evin mülkiyyətçisinin həmin evdən istifadə edə bilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından qarşılıqlı iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, fərdi yaşayış evinin mülkiyyəçisi olan Cavabdeh himayəsində olan uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə arasında 06.07.2013-cü il tarixdə bağlanmış ev bağışlama müqaviləsinin və cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 20.07.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh övladları 11.04.2009-cu il təvəllüdlü X17 və 23.08.2001-ci il təvəllüdlü X20 ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5A saylı evə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar