Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3018/2022 30.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ünvan 1 ünvanına gəlin köçərkən özüylə apardığı ona verilən-komplekt sırğa tek qaş 10 qram 583 prob-670 manat, nişan üzüyü tek qaş 10 qram 583 prob-670 manat, boyunbağı italyan kale ürək qolbaq italyan 35 qram 750 prob-4400 manat, qolbaq 5 qaş 20 qram 750 prob (ailəsindən hədiyyə)-1200 manat, boyunbağı tek qaş 30 qram 750 prob-4000 manat, yataq mebel dolabı -1100 manat, qonaq mebel dolabı-850 manat, televizor altdığı-200 manat, künc divan-400 manat, soyuducu-670 manat, televizor Plazma-800 manat, ət çəkən maşını-100 manat, toz sovuran maşın-100 manat, paltaryuyan maşını-670 manat, duxovka "İltimat"-150 manat, xalçalalar 3 ədəd-700 manat, kilim- 200 manat, çuqun vedrə-20 manat, çaystəkanı təlisi-5 manat, əl üz dəsmalı qaşlı təlis naboru-13 manat, podnus dəsti (nerj)-120 manat, diplomat-70 manat, armudu stəkan dəsti-50 manat,şirniyyat qabı dəsti-50 manat, ləpə qabı dəsti-60 manat, çuqun ləyənlər dəsti-17 manat, çömçə dəsti-12 manat, qazan dəsti (çuqun)-150 manat, rumka stəkan dəsti-35 manat, kartof əzən-45 manat, girdəkan qıran-20 manat, qənd kəsən-5 manat, miksel qarışdırıcı-30 manat, tava Tefal-15 manat, tyorka-5 manat, ərişdə kəsən-33 manat, çixol dəsti-117 manat, ləyən dəsti-38 manat, soğan çəkən- 23 manat, ədyal 8 ədəd-110 manat, pastel 8 ədəd-110 manat, pakrival 2 ədəd-45 manat, taxt döşəyi 1 ədəd-150 manat, yer döşəyi 2 ədəd-100 manat, yorğan 3 ədəd-200 manat, balış 20 ədəd- 200 manat, mişka 6 ədəd-12 manat, yay yorğanı 2 ədəd-40 manat, çay dəsmalı 10 ədəd-10 manat, hamam dəsmalı 4 ədəd-40 manat, əl üz dəsmalı 14 ədəd-28 manat, stol üstü süfrə 3 ədəd-6 manat, tort qabı naboru 12 ədəd-48 manat, meyvə qabı naboru (Vaz) 4 ədəd-32 manat, konfet qabı 4 ədəd-8 manat, dondurma qabı naboru 6 ədəd-12 manat, çaşka naboru 2 qutu-48 manat, şirniyat qabı (böyük)-50 manat, qrafinka dəsti 3 qutu-50 manat, sok stəkanı 3 qutu nabor-36 manat, salat qabı 2 qutu-20 manat, tavalar 4 ədəd (bilincik)-32 manat, naçnik 2 ədəd-4 ədəd, bıçaq dəsti 12 ədəd-24 manat, ərişdə kəsən 3 ədəd-9 manat, ət taxtası 2 ədəd-6 manat, stul 8 ədəd-220 manat, stol 1 ədəd-200 manat, miz jurnalnı-150 manat, kamot 1 ədəd-200 manat, bufet 2 ədəd-85 manat, termo 1 ədəd-145 manat, taxt 1 ədəd-300 manat, termo tumbası 1 ədəd-28 manat, uşaq yataqı 1 ədəd-200 manat, uşaq (kalyaskası) arabası 1 ədəd-55 manat, künc güldanı 2 ədəd-45 manat, nerj qazan 1 ədəd-60 manat, su dəsti sadə 1 ədəd-40 manat, stopka xırda stəkan 3 ədəd-9 manat, rumka stəkan dəsti 1 ədəd-55 manat, konqralet 1 ədəd-100 manat, aşsüzən 1 ədəd-8 manat, düşpərə kəsən 1 ədəd-21 manat, bulud 2 ədəd-10 manat, piyalə 7 ədəd-14 manat, ütü mizi 1 ədəd-50 manat, sok çəkən 1 ədəd-60 manat, taxta qaşıq dəsti-5 manat, abedni 142 ədəd-50 manat, kabab şişi 10 ədəd-20 manat cehiz əmlakının 10448 manatlıq pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh məxsus ünvan 1 ünvanına gəlin köçərkən özüylə apardığı ona verilən-komplekt sırğa tek qaş 10 qram 583 prob-670 manat, nişan üzüyü tek qaş 10 qram 583 prob-670 manat, boyunbağı italyan kale ürək qolbaq italyan 35 qram 750 prob-4400 manat, qolbaq 5 qaş 20 qram 750 prob (ailəsindən hədiyyə)-1200 manat, boyunbağı tek qaş 30 qram 750 prob-4000 manat, yataq mebel dolabı-1100 manat, qonaq mebel dolabı-850 manat, televizor altdığı-200 manat, künc divan-400 manat, soyuducu-670 manat, televizor Plazma-800 manat, ət çəkən maşını-100 manat, toz sovuran maşın-100 manat, paltaryuyan maşını-670 manat, duxovka "İltimat"-150 manat, xalçalalar 3 ədəd- 700 manat, kilim-200 manat, çuqun vedrə-20 manat, çaystəkanı təlisi-5 manat, əl üz dəsmalı qaşlı təlis naboru-13 manat, podnus dəsti (nerj)-120 manat, diplomat-70 manat, armudu stəkan dəsti-50 manat,şirniyyat qabı dəsti-50 manat, ləpə qabı dəsti-60 manat, çuqun ləyənlər dəsti-17 manat, çömçə dəsti-12 manat, qazan dəsti (çuqun)-150 manat, rumka stəkan dəsti-35 manat, kartof əzən- 45 manat, girdəkan qıran-20 manat, qənd kəsən-5 manat, miksel qarışdırıcı-30 manat, tava Tefal- 15 manat, tyorka-5 manat, ərişdə kəsən-33 manat, çixol dəsti-117 manat, ləyən dəsti-38 manat, soğan çəkən-23 manat, ədyal 8 ədəd-110 manat, pastel 8 ədəd-110 manat, pakrival 2 ədəd-45 manat, taxt döşəyi 1 ədəd-150 manat, yer döşəyi 2 ədəd-100 manat, yorğan 3 ədəd-200 manat, balış 20 ədəd-200 manat, mişka 6 ədəd-12 manat, yay yorğanı 2 ədəd-40 manat, çay dəsmalı 10 ədəd-10 manat, hamam dəsmalı 4 ədəd-40 manat, əl üz dəsmalı 14 ədəd-28 manat, stol üstü süfrə 3 ədəd-6 manat, tort qabı naboru 12 ədəd-48 manat, meyvə qabı naboru (Vaz) 4 ədəd-32 manat, konfet qabı 4 ədəd-8 manat, dondurma qabı naboru 6 ədəd-12 manat, çaşka naboru 2 qutu-48 manat, şirniyat qabı (böyük)-50 manat, qrafinka dəsti 3 qutu-50 manat, sok stəkanı 3 qutu nabor-36 manat, salat qabı 2 qutu-20 manat, tavalar 4 ədəd (bilincik)-32 manat, naçnik 2 ədəd-4 ədəd, bıçaq dəsti 12 ədəd-24 manat, ərişdə kəsən 3 ədəd-9 manat, ət taxtası 2 ədəd-6 manat, stul 8 ədəd-220 manat, stol 1 ədəd-200 manat, miz jurnalnı-150 manat, kamot 1 ədəd-200 manat, bufet 2 ədəd-85 manat, termo 1 ədəd-145 manat, taxt 1 ədəd-300 manat, termo tumbası 1 ədəd-28 manat, uşaq yataqı 1 ədəd-200 manat, uşaq (kalyaskası) arabası 1 ədəd-55 manat, künc güldanı 2 ədəd-45 manat, nerj qazan 1 ədəd-60 manat, su dəsti sadə 1 ədəd-40 manat, stopka xırda stəkan 3 ədəd-9 manat, rumka stəkan dəsti 1 ədəd-55 manat, konqralet 1 ədəd-100 manat, aşsüzən 1 ədəd-8 manat, düşpərə kəsən 1 ədəd-21 manat, bulud 2 ədəd-10 manat, piyalə 7 ədəd-14 manat, ütü mizi 1 ədəd-50 manat, sok çəkən 1 ədəd-60 manat, taxta qaşıq dəsti-5 manat, abedni 142 ədəd-50 manat, kabab şişi 10 ədəd-20 manat cehiz əmlakının 21373 manatlıq pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 16 iyun 2020-ci ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş və ünvan 2 ünvanına gəlin köçmüşdür. Birgə yaşadıqları müddətdə həmin nikahdan xx.xx.2021 ci il tarixdə X8 bir övladları dünyaya gəlmişdir. Əvvəllər mehriban yaşaslar da, son dövrdə cavabdehlə münasibətləri pozulmuş, birgə yaşamaqımız dözülməz həddə çatmışdır. Artıq ayrı-ayrı ünvanlarda yaşayırlar. Cavabdeh onu xx.xx.2021-ci il tarixində döymüş, qızıl zinyət əşyalarını əlindən alaraq evdən qovmuşdur. Gəlin köçərkən atası evindən apardığı cehiz və zinət əşyaları Cavabdeh yaşadığı ünvan 1 ünvanında qalmışdır. Həmin cehiz və qızıl zinyət əşyalarını cavabdehin yaşadığı ünvandan çıxara bilmir və cehiz əmlakının sahibliyini itirməli olmuşdur. Cavabdeh ona məxsus əşyalarını evində istifadə etməklə bərabər müəyyən qismini işlədərək qərəzli şəkildə xarab edib sıradan çıxarmış, qızıl zinyət əşyalarını sataraq mənimsəmişdir. Qızıl-zinyət əşyalarının olmasını təsdiqləyən toy görüntülərində olan foto və vidio görüntülərdə və apardığı məişət və ev əşyaları isə aldığı şirkətlərdə qəbzlərlə öz əksini tapmışdır. O, məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında və ünvanlandığı iddia ərizəsinə etirazda bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, onunla İddiaçı arasında 16 iyun 2020-ci il tarixdə Sumqayıt “ASAN Xidmət” X6 tərəfindən 960 saylı nikah qeydə alınmışdır. Bizim birgə nikahlarından bir övladları xx.xx.2021-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Onlar hazırda cavabdehlə ayrı ünvanlarda yaşayırlar. Cavabdeh azyaşlı övladı ilə birlikdə ünvan 3nında valideynlərinin himayəsində, o isə ünvan 4 ünvanında öz valideynləri ilə birlikdə yaşayır. O, nikahın pozulması ilə bağlı qərarı qəti olduğu üçün Masallı Rayon Məhkəməsinə nikahın pozulması İlə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı səhhətində ciddi problemlər vardır. Belə ki, o dəfələrlə əsəb xəstəliyinə görə Psixoloji Dispanserdə yatmış və müalicələr almışdır. Onların ailəsində yaranmış söz-söhbətin ən böyük günahkarı iddiaçının anası və bacısıdır. İddiaçı ondan tələb etdiyi cehiz əmlakların çox hissəsi yalandan yazılmış və ümumiyyətlə iddiaçı evə gəlin gələn zaman həmin əmlakları gətirməmişdir. Bundan əlavə iddiaçı tələb etdiyi və şişirdilmiş şəkildə yazıdığı cehiz əmlaklarının qramını və əyarını yüksək yazmışdır. İddiaçı 750 əyyar yox, 585 əyyar qızıl-zinət əşyaları alınmış və həmin əşyalarda naməlum şəraitdə evdən oğurlanmışdır. Belə ki, qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı atası X1 Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin iş Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 icraatına verilmişdir. xx.xx.2021-ci il tarixli cinayət işi başlama və icraata qəbul etmə və zərərçəkmiş şəxs qismində tanınma haqqında qərar qəbul edilmiş və faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılması və icraatına qəbul edilərək ibtidai istintaq aparılmışdır. O,aşağıda qeyd etdiyi əşyaların iddiaçıya qaytarılmasına razıdır, belə ki, ümumi dəyəri 3500 manat olmuş komplekt qızıl (üzük, sırğa, boyunbağı, qolbağ) və nişan üzüyüoğlurlanmışdır, yataq dəsti (dolab)-1 ədəd, termo-1 ədəd, taxt-1 ədəd, yataq termosu-1 ədəd, tumbuçka-2 ədəd, televizor altlığı-1 ədəd, künc divanı-1 ədəd, kamot-1 ədəd, miz jurnalni-1 ədəd, qonaq mebel dolabı-2 ədəd, stol-1 ədəd, stul-8 ədəd, soyuducu-1 ədəd, televizor-1 ədəd, ət çəkən maşın-1 ədəd, tozsoran-1 ədəd, soba-1 ədəd, künc güldanı-1 ədəd, xalça-3 ədəd, podnis dəsti(nerj)-1 ədəd, diplomat (qaşıq dəsti)-1 ədəd, armudu stəkan dəsti-1 paçka(6 ədəd), şirniyyat qabı-1 ədəd, ləpə qabı-3 ədəd, çömçə dəsti-1 ədəd, çuqun ləyən-2 ədəd, çuqun qazan dəsti-1 ədəd, rumka dəsti-1 paçka (6 ədəd), kartof əzən-1 ədəd, qozqıran-2 ədəd, qənd kəsən -1 ədəd, miksel qarışdırma-1 ədəd, tyorka-1 ədəd, əriştəkəsən-1 ədəd, plasmas ləyən-2 ədəd, soğançəkən- 1 ədəd, çuxol dəsti-4 ədəd, ədyal-6 ədəd, uşaq ədyalı-1 ədəd, pakrival-1 dəst, taxt döşəyi-1 ədəd, yer döşəyi-2 ədəd, yorğan-2 ədəd, taxt yorğanı-1 ədəd, balış yekə-6 ədəd, balış kiçik-12 ədəd, taxt üçün balış-2 ədəd, mişka-5 ədəd, yay yorğanı-1 ədəd, çay dəsmalı-8 ədəd, hamam dəsmalı-1 ədəd, üz dəsmalı-14 ədəd, stolüstü süfrə-3 ədəd, tort qabı-12 ədəd, meyvə qabı-4 ədəd, konfet qabı-2 ədəd, fincan dəsti-1 qutu (6 ədəd), qrafinka dəsti-3 qutu, sok stəkanı(fujel)-2 qutu, tava (blinçik)-1 ədəd, bıçaq dəsti-12 ədəd (meyvə üçün), aşsüzən-1 ədəd, düşbərə kəsən-1 ədəd, bulud-1 ədəd, ütü stolu-1 ədəd, sok çəkən-1 ədəd, taxta qaşıq-3 ədəd, kabab şişi-6 ədəd, abedni servis-128 ədəd, paltar yuyan-1 ədəd, tapcan-1 ədəd, çilçıraq (lüstur)-1 ədəd, qonaq otağı pərdələri-3 ədəd, yataq otağı pərdəsi-1 ədəd ütü-1 ədəd. Odur ki, o, iddia tələbinin qeyd etdiyi hissələrdə təmin edilməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X6 tərəfindən verilmiş 5511/05/70 №-li sənəddən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 16 iyun 2020-ci il tarixli, 960 saylı rəsmi nikah bağlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3500 manat dəyərində olan komplekt qızıl (üzük, sırğa, boyunbağ, qolbağ) və nişan üzüyü, yataq dəsti (dolab)-1100 manat, termo-1 ədəd-145 manat, taxt-1 ədəd-300 manat, yataq termosu, tumbuçka-1 ədəd-28 manat, televizor altlığı-200 manat, künc divanı-400 manat, kamot-1 ədəd-200 manat, miz jurnalni-150 manat, qonaq mebel dolabı-850 manat, stol-1 ədəd-200 manat, stul-8 ədəd-220 manat, soyuducu- 670 manat, televizor-800 manat, ət çəkən maşın-100 manat, tozsoran-100 manat, soba-150 manat, künc güldanı-2 ədəd-45 manat, xalça-3 ədəd-700 manat, podnis dəsti(nerj)-120 manat, diplomat (qaşıq dəsti)-70 manat, armudu stəkan dəsti-50 manat, şirniyyat qabı dəsti-50 manat, ləpə qabı dəsti-60 manat, çömçə dəsti-12 manat, çuqun ləyən-17 manat, çuqun qazan dəsti-150 manat, rumka stəkan dəsti-35 manat, kartof əzən-45 manat, qozqıran (girdəkan qıran)-20 manat, qənd kəsən-5 manat, miksel qarışdırma-30 manat, tyorka-5 manat, əriştəkəsən-33 manat, ləyən dəsti (plasmas)-38 manat, soğançəkən-23 manat, çuxol dəsti-117 manat, ədyal-6 ədəd-82 manat, uşaq ədyalı, pakrival-1 ədəd-22 manat, taxt döşəyi-1 ədəd-150 manat, yer döşəyi-2 ədəd-100 manat, yorğan-2 ədəd-140 manat, taxt yorğanı, balış 20 ədəd-200 manat, mişka-5 ədəd-10 manat, yay yorğanı-1 ədəd-20 manat, çay dəsmalı-8 ədəd-8 manat, hamam dəsmalı-1 ədəd-10 manat, üz dəsmalı-14 ədəd-28 manat, stolüstü süfrə-3 ədəd-6 manat, tort qabı naboru 12 ədəd-48 manat, meyvə qabı naboru vaz 4 ədəd-32 manat, konfet qabı-2 ədəd-4 manat, fincan dəsti 1 qutu-24 manat, qrafinka dəsti 3 qutu-50 manat, sok stəkanı 2 qutu nabor-24 manat, tava (blinçik) 1 ədəd-8 manat, bıçaq dəsti 12 ədəd-24 manat, aşsüzən-1 ədəd-8 manat, düşbərə kəsən-1 ədəd-21 manat, bulud-1 ədəd-5 manat, ütü stolu-1 ədəd-50 manat, sok çəkən-1 ədəd-60 manat, taxta qaşıq dəsti-5 manat, kabab şişi-6 ədəd-12 manat, abedni servis 128 ədəd-50 manat, paltar yuyan-670 manat cavabdeh tərəfindən qəbul edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Cavabdeh tərəfindən etiraf olunan əmlaklardan başqa iddia ərizəsində göstərilən digər qızılzinət və cehiz əşyaları cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddianın bu hissəsinin təmin edilməsinə əsas verən sübutlar kifayət qədər olmadığından məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3500 manat dəyərində olan komplekt qızıl (üzük, sırğa, boyunbağ, qolbağ) və nişan üzüyü, yataq dəsti (dolab)-1100 manat, termo-1 ədəd-145 manat, taxt-1 ədəd-300 manat, yataq termosu, tumbuçka-1 ədəd-28 manat, televizor altlığı-200 manat, künc divanı-400 manat, kamot-1 ədəd-200 manat, miz jurnalni-150 manat, qonaq mebel dolabı-850 manat, stol-1 ədəd-200 manat, stul-8 ədəd-220 manat, soyuducu-670 manat, televizor-800 manat, ət çəkən maşın-100 manat, tozsoran-100 manat, soba-150 manat, künc güldanı-2 ədəd-45 manat, xalça-3 ədəd-700 manat, podnis dəsti(nerj)-120 manat, diplomat (qaşıq dəsti)-70 manat, armudu stəkan dəsti-50 manat, şirniyyat qabı dəsti-50 manat, ləpə qabı dəsti-60 manat, çömçə dəsti-12 manat, çuqun ləyən-17 manat, çuqun qazan dəsti-150 manat, rumka stəkan dəsti-35 manat, kartof əzən-45 manat, qozqıran (girdəkan qıran)-20 manat, qənd kəsən-5 manat, miksel qarışdırma-30 manat, tyorka-5 manat, əriştəkəsən-33 manat, ləyən dəsti (plasmas)-38 manat, soğançəkən-23 manat, çuxol dəsti- 117 manat, ədyal-6 ədəd-82 manat, uşaq ədyalı, pakrival-1 ədəd-22 manat, taxt döşəyi-1 ədəd-150 manat, yer döşəyi-2 ədəd-100 manat, yorğan-2 ədəd-140 manat, taxt yorğanı, balış 20 ədəd-200 manat, mişka-5 ədəd-10 manat, yay yorğanı-1 ədəd-20 manat, çay dəsmalı-8 ədəd-8 manat, hamam dəsmalı-1 ədəd-10 manat, üz dəsmalı-14 ədəd-28 manat, stolüstü süfrə-3 ədəd-6 manat, tort qabı naboru 12 ədəd-48 manat, meyvə qabı naboru vaz 4 ədəd-32 manat, konfet qabı-2 ədəd- 4 manat, fincan dəsti 1 qutu-24 manat, qrafinka dəsti 3 qutu-50 manat, sok stəkanı 2 qutu nabor-24 manat, tava (blinçik) 1 ədəd-8 manat, bıçaq dəsti 12 ədəd-24 manat, aşsüzən-1 ədəd-8 manat, düşbərə kəsən-1 ədəd-21 manat, bulud-1 ədəd-5 manat, ütü stolu-1 ədəd-50 manat, sok çəkən-1 ədəd-60 manat, taxta qaşıq dəsti-5 manat, kabab şişi-6 ədəd-12 manat, abedni servis 128 ədəd-50 manat, paltar yuyan-670 manat və ya onların dəyəri alınıb İddiaçı verilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3018/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3018/2022
30.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver