Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3033/2023 10.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X6 kаtibliyi ilə, İddiaçı ləğv prosesində olan “X16” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 X8 nümayəndəsi və vəkili Vəkil2 Aftandil oğlunun iştirakları ilə, İddiaçı ləğv prosesində olan “X16” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 X10 və Cavabdeh2 qarşı borcun tutulması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “X16” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 X10 və Cavabdeh2 qarşı borcun tutulması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit müqaviləsi üzrə 2.773.955,27 (iki milyon yeddi yüz yetmiş üç min doqquz yüz əlli beş manat iyirmi yeddi qəpik) manat məbləğində əsas, 117.003,23 (yüz on yeddi min üç manat iyirmi üç qəpik) manat məbləğində faiz, cəmi 2.890.958,50 (iki milyon səkkiz yüz doxsan min doqquz yüz əlli səkkiz manat əlli qəpik) manat, xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı kredit xətti müqaviləsi üzrə 800.000 (səkkiz yüz min) manat əsas, 177.288,89 (yüz yetmiş yeddi min iki yüz səksən səkkiz manat səksən doqquz qəpik) manat faiz, cəmi 977.288,89 (doqquz yüz yetmiş yeddi min iki yüz səksən səkkiz manat səksən doqquz qəpik) manat, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı kredit müqaviləsi üzrə 150.000 (yüz əlli min) manat əsas, 21.989.84 (iyirmi bir min doqquz yüz səksən doqquz manat səksən dörd qəpik) manat faiz, cəmi 171.989,84 (yüz yetmiş bir min doqquz yüz səksən doqquz manat səksən dörd qəpik) manat, xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı kredit müqaviləsi üzrə 250.000 (iki yüz əlli min) manat əsas, 59.777,78 (əlli doqquz min yeddi yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat faiz, cəmi 309.777.78 (üç yüz doqquz min yeddi yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit xətti müqaviləsi üzrə 400.000 (dörd yüz min) manat əsas, 16.733,33 (on altı min yeddi yüz otuz üç manat otuz üç qəpik) manat faiz, cəmi 416.733,33 (dörd yüz on altı min yeddi yüz otuz üç manat otuz üç qəpik) manat kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu və bank rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat pulun Cavabdeh1 X7 tutularaq iddiaçı ləğv prosesində olan “X16” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə ödəmənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* №-li çıxarışına əsasən, xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 kəndli-fermer təsərrüfatına məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin tərtib etdiyi plan və ölçüyə görə 2.2414 ha torpaq sahəsinə və Milli Depozit Mərkəzinin Depo hesabından çıxarışa əsasən, cavabdeh X1 məxsus olan, nominalı 2 (iki) manat olmaqla, 42.124,0 (qırx iki min yüz iyirmi dörd) ədəd, cəmi dəyəri 84.248,0 (səksən dörd min iki yüz qırx səkkiz) manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı “X16” ASC-yə ödənilməsi və ipoteka predmeti olan torpaq sahəsi satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, həmçinin xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit xətti müqaviləsi və xx.xx.2015-ci il tarixli, 2015-00- 56 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05-2520- 12 saylı kredit müqaviləsinə əsasən, cavabdehə avadanlıqların alınması, tikintiquraşdırma işlərinin yerinə yetirilməsi üçün 84 ay müddətinə, illik 4 % hesablanmaqla kredit xətti açılaraq, 3.000.000 (üç milyon) manat məbləğində kredit verilmişdir. Cavabdehlə ləğv prosesində olan “X16” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 kəndli-fermer təsərrüfatına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* №-İi çıxarışına əsasən, Cavabdeh1 kəndli-fermer təsərrüfatına xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, İpoteka müqaviləsi bağlanarkən 2.500.000 (iki milyon beş yüz min) manat dəyərində qiymətləndirilmiş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin tərtib etdiyi plan və ölçüyə görə 2.2414 ha torpaq sahəsi banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli, 02-2520-12 saylı təkrar “İpoteka müqaviləsi” bağlanmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin “İpoteka müqaviləsi” qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* №-İi ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə “X16” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı saylı kredit müqaviləsinin təminatı qismində, Milli Depozit Mərkəzinin Depo hesabından çıxarışa əsasən, cavabdeh X1 məxsus olan, nominalı 2 (iki) manat olmaqla, 42.124 (qırx iki min yüz iyirmi dörd) ədəd, cəmi dəyəri 84.248 (səksən dörd min iki yüz qırx səkkiz) manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhm banka girov qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli, 07-2520-12 saylı “Girov müqaviləsi” bağlanmış və buna əsasən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən həmin “Girov müqaviləsi” qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən xx.xx.2012-ci il tarixli, 06/2-3204 №-li yüklülüyünə dair çıxarış verilmişdir. İddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə quşçuluğun inkişafı üçün 12 ay müddətinə, illik 18 % hesablanmaqla kredit xətti açılaraq, 200 000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə 1 saylı Əlavə kimi iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı 100.000 (yüz min) manat artırılaraq, 300.000 (üç yüz min) manat həcmində müəyyən edilmişdir. Həmin müqaviləyə 2 saylı Əlavə kimi iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı 150.000 (yüz əlli min) manat artırılaraq, 450.000 (dörd yüz əlli min) manat həcmində müəyyən edilmişdir. Həmin müqaviləyə 3 saylı Əlavə kimi iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı 50.000 (əlli min) manat artırılaraq, 500.000 (beş yüz min) manat həcmində müəyyən edilmişdir. Həmin müqaviləyə 4 saylı Əlavə kimi iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında xx.xx.2013cü il tarixdə imzalanmış razılaşmaya əsasən, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı 50.000 (əlli min) manat artırılaraq, 550.000 (beş yüz əlli min) manat həcmində müəyyən edilmişdir. Həmin müqaviləyə 5 saylı Əlavə kimi iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı 250000 (iki yüz əlli min) manat artırılaraq, 800.000 (səkkiz yüz min) manat həcmində müəyyən edilmişdir. Həmin müqaviləyə 6 saylı Əlavə kimi iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, cavabdehə ayrılmış kreditin müddəti 12 ay müddətinə, yəni xx.xx.2014-cü il tarixinədək uzadılmışdır. İddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı “Kredit müqaviləsi’nə əsasən, cavabdehə quşçuluğun inkişafı üçün 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla, 150.000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir. İddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 Kəndli-fermer Təsərrüfatı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə avadanlıqların alınması, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla, 250.000 (iki yüz əlli min) manat məbləğində kredit verilmişdir. İddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə quşçuluğun inkişaf etdirilməsi və quş əti məhsullarının istehsalı üçün 60 ay müddətinə, illik 4 % hesablanmaqla, 400.000 (dörd yüz min) manat məbləğində kredit verilmişdir. Cavabdehlə ləğv prosesində olan “X16” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı “Kredit müqaviləsi”nin təminatı qismində, Cavabdeh1 kəndlifermer təsərrüfatına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* №-li çıxarışına əsasən Cavabdeh1 kəndli-fermer təsərrüfatına xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, İpoteka müqaviləsi bağlanarkən 2.500.000 (iki milyon beş yüz min) manat dəyərində qiymətləndirilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “X16” ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmiş, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron ərazi idarəsinin tərtib etdiyi plan və ölçüyə görə 2.2414 ha torpaq sahəsi banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2015-ci il tarixli, 2015-00- 34 saylı təkrar “Sonrakı ipoteka müqaviləsi” bağlanmışdır. Cavabdehlə “X16” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı “Kredit müqaviləsi”nin təminatı qismində, Milli Depozit Mərkəzinin Depo hesabından çıxarışa əsasən cavabdeh X1 məxsus olan, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “X16” ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 06/2-3204 №-li yüklülüyünə dair çıxarış verilmiş, nominalı 2 (iki) manat olmaqla, 42124 (qırx iki min yüz iyirmi dörd) ədəd, cəmi dəyəri 84.248.0 (səksən dörd min iki yüz qırx səkkiz) manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhm banka girov qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2012-ci il tarixli, 2015-00-33 saylı “Sonrakı girov müqaviləsi” bağlanmışdır. Qeyd edilən kredit müqavilələrinin 2.3-cü bəndlərinə əsasən, “Borcalan”ın ssuda hesabına Bank” tərəfindən kredit vəsaitinin köçürüldüyü tarix, kredit üzrə istifadə tarixi hesab olunur. Həmin kredit müqavilələrinin 2.4-cü və 2.5-ci bəndlərinə və xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı müqaviləyə edilmiş 6 saylı əlavəyə əsasən, “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti -xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı “Kredit xətti müqaviləsi” üzrə 84 ay olmaqla, kredit müddəti xx.xx.2019-cu il tarixində, xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı “Kredit müqaviləsi” üzrə 24 ay olmaqla, kredit müddəti xx.xx.2014-cü il tarixində, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı “Kredit xətti müqaviləsi” üzrə 12 ay olmaqla, kredit müddəti xx.xx.2014-cü il tarixində, xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı “Kredit müqaviləsi” üzrə 18 ay olmaqla kredit müddəti xx.xx.2014-cü il tarixində, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı “Kredit müqaviləsi” üzrə 60 ay olmaqla, kredit müddəti xx.xx.2020ci il tarixində bitir. Kredit müqavilələrinin 2.7-ci bəndlərinə əsasən, kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin “Bank”ın hesabına daxil olduğu tarix hesab olunur. Qeyd olunan kredit müqavilələrinin 3.1-ci bəndlərinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı “Kredit xətti müqaviləsi” üzrə hər gün illik 4 %, xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı “Kredit müqaviləsi” üzrə hər gün illik 18 %, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı “Kredit xətti müqaviləsi” üzrə hər gün illik 18 %, xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı “Kredit müqaviləsi” üzrə hər gün illik 18 %, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı “Kredit xətti müqaviləsi” üzrə hər gün illik 4 %-lə hesablanır. xx.xx.2012-ci il tarixli 05-2520-12 saylı, xx.xx.2012-ci il tarixli 79-360-12 saylı kredit müqavilələrinin 3.2-ci bəndlərinə əsasən, borcalan verilmiş kreditlər üzrə faiz borclarını hər rübün son iş günü, xx.xx.2013-cü il tarixli 77-360-13 saylı, xx.xx.2013-cü il tarixli 174-360-13 saylı, xx.xx.2015-ci il tarixli 2015-00-56 saylı müqavilələrin 3.2-ci bəndlərinə əsasən, kredit üzrə faizlər bu müqavilənin 2.3-cü bəndində nəzərdə tutulan tarixdən hesablanır və hər ayın 30-u tarixindən gec olmayaraq "Borcalan” tərəfindən “Bank”a ödənilir. xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələrinin 5.1-ci bəndlərində nəzərdə tutulmuş hallardan hər hansı biri baş verdikdə, “Bank” tərəfindən verilmiş kredit məbləği vaxtından əvvəl “Borcalan”dan geri tələb edilə bilər. Cavabdeh1 kəndli-fermer təsərrüfatı bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı “Kredit müqaviləsi” üzrə xx.xx.2016 tarixə 2.773.955,27 (iki milyon yeddi yüz yetmiş üç min doqquz yüz əlli beş manat 27 qəpik) manat əsas, 117.003,23 (yüz on yeddi min üç manat 23 qəpik) manat faiz, cəmi 2.890.958,50 (iki milyon səkkiz yüz doxsan min doqquz yüz əlli səkkiz manat 50 qəpik) manat, xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı “Kredit xətti müqaviləsi” üzrə müqavilənin bitdiyi xx.xx.2014 tarixə 800.000 (səkkiz yüz min) manat əsas, 104.400 (yüz dörd min dörd yüz) manat faiz, müqavilənin bitdiyi tarixdən xx.xx.2016-cı il tarixə kimi 72.888.89 (yetmiş iki min səkkiz yüz səksən səkkiz manat 89 qəpik) manat 5%-lik, cəmi 977.288.89 (doqquz yüz yetmiş yeddi min iki yüz səksən səkkiz manat 89 qəpik) manat, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı “Kredit müqaviləsi” üzrə müqavilənin bitdiyi xx.xx.2014 tarixə 150.000 (yüz əlli min) manat əsas, 8.323,17 (səkkiz min üç iyirmi üç manat 17 qəpik) manat faiz, müqavilənin bitdiyi tarixdən xx.xx.2016-cı il tarixə kimi 13.666,67 (on üç min altı yüz altmış altı manat 67 qəpik) manat 5%-lik, cəmi 171.989.84 (yüz yetmiş bir min doqquz yüz səksən doqquz manat 84 qəpik) manat, xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı “Kredit müqaviləsi” üzrə müqavilənin bitdiyi xx.xx.2014 tarixə 250.000 (iki yüz əlli min) manat əsas, 37.000 (otuz yeddi min) manat faiz, müqavilənin bitdiyi tarixdən xx.xx.2016-cı il kimi 22.777.78 (iyirmi iki min yeddi yüz yetmiş yeddi manat 78 qəpik) manat 5%-lik, cəmi 309.777,78 (üç yüz doqquz min yeddi yüz yetmiş yeddi manat 78 qəpik) manat, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı “Kredit xətti müqaviləsi” üzrə xx.xx.2016 tarixə 400.000 (dörd yüz min) manat əsas, 16.733,33 (on altı min yeddi yüz otuz üç manat 33 qəpik) manat faiz, cəmi 416.733.33 (dörd yüz on altı min yeddi yüz otuz üç manat 33 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Beləliklə, Cavabdeh1 kəndli-fermer təsərrüfatının 5 “Kredit müqaviləsi” üzrə əsas borcu cəmi 4. 373.955,27 (dörd milyon üç yüz yetmiş üç min doqquz yüz əlli beş manat iyirmi yeddi qəpik) manat, faiz borcu cəmi 392.793,07 (üç yüz doxsan iki min yeddi yüz doxsan üç manat yeddi qəpik) manat, ümumilikdə 4.766.748,34 (dörd milyon yeddi yüz altmış altı min yeddi yüz qırx səkkiz manat otuz dörd qəpik) manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, həmçinin yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan "Kredit müqaviləsi” üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş, onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan “X16” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iş üzrə alınmış ipoteka predmetinin qiymətləndirilməsinə dair rəy ilə razıdırlar, ipoteka predmetinin həmin məbləğdə müəyyən edilməsinə etiraz etmirlər. Cavabdeh1 X8 nümayəndəsi və vəkili Vəkil2 Aftandil oğlu iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəmənin elektron sisteminə müraciət edərək bildirmişdir ki, iş materiallarından görünür ki, kredit müqavilələri üzrə 3 illik iddia müddəti bitmişdir. İddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi iddia müddətinin axımına təsir etməyib. Belə ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi üçün Mülki- Prosessual Məcəllə (MPM) işdə iştirak edən şəxslərə 2 cür imkan müəyyən edib, həmin qərardaddan şikayət vermək və həmin qərardadın ləğv edilməsi üçün vəsatət vermək. İş materiallarından görünür ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad həmin qərardadın ləğv edilməsi üçün vəsatət verməklə ləğv edilib. Yəni iddiaçı MPM-in 260.5-ci maddəsinə istinad edərək vəsatət verib, məhkəmə isə həmin maddəyə istinad edərək qərardadı ləğv edib. Bu isə o deməkdir ki, baxılmamış saxlama barədə qərardad qanunsuz sayılmayıb, 3 il ərzində iddia ərizəsinin baxılmamış qalması qanuni olub. Ona görə də həmin müddətin daxilində iddia müddətinin axımının başlanması və bitməsi etibarlı sayılır. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh iddia müddəti daxilində borcu etiraf edən hərəkətlər etməyib. Belə ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş 8 il əvvəl edilib. Bundan sonra hər hansı ödənişin edildiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Ona görə də iddia müddətinin axımı kəsilməyib. Qeyd edilən hüquqi mövqe Ali Məhkəmənin 2(102)-6339/2021 saylı Qərarının 44 və 45-ci bəndlərində də əks edilib. Bu səbəbdən hazırki iddia tələbləri üzrə Mülki Məcəllədə nəzərdə tutulmuş 3 illik iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 X8 nümayəndəsi və vəkili Vəkil2 Aftandil oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia müddəti keçmişdir. Odur ki, iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Borcverən “X16” ASC ilə borcalan Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2012ci il tarixli, 05-2520-12 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 84 ay müddətinə, illik 4%-lə 3.000.000 manat məbləğində kredit vermişdir. -Kredit müqaviləsi üzrə ödəniş planından görünür ki, Cavabdeh1 X12 xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində 42 ay güzəşt müddəti tətbiq olunmaqla borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -İpoteka saxlayan “X16” ASC ilə borclu Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 02-2520-12 saylı təkrar ipoteka müqaviləsindən görünür ki, ipoteka verən mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsini “X16” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri Bank tərəfindən 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində qiymətləndirilmişdir. -Girov saxlayan “X16” ASC ilə girov qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 07-2520-12 saylı girov müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit xətti müqaviləsinin təminatı olaraq, girovqoyan X3 ona məxsus olan, nominalı 2 (iki) manat olmaqla, 42124 (qırx iki min yüz iyirmi dörd) ədəd, cəmi dəyəri 84.248.0 (səksən dörd min iki yüz qırx səkkiz) manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmləri banka girov qoymuşdur. Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qiymətli kağız sertifikatından görünür ki, X3 nominalı 2 (iki) manat olmaqla, 42124 (qırx iki min yüz iyirmi dörd) ədəd "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmin mülkiyyətçisidir. -JN-0030, KOD 30800036 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Abşeron rayonu, Hökməli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 33 saylı qərarına əsasən, Abşeron rayonu, Hökməli kəndi ərazisində yerləşən 9.00 ha torpaq sahəsi sahibkarlıqla məşğul olması üçün tikiti məqsədi ilə Cavabdeh1 X10 satılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, Seriya MA, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 5.9818 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 X8 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 232 saylı reyestr kitabının 49 saylı vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 X8 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 232 saylı reyestr kitabının 50 saylı vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixli, 05-2520-12 kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi xx.xx.2019-cu il tarixədək “X16” ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 06/2-3204 saylı çıxarışdan görünür ki, cavabdeh X1 məxsus olan, nominalı 2 (iki) manat olmaqla, 42.124 (qırx iki min yüz iyirmi dörd) ədəd, cəmi dəyəri 84.248 (səksən dörd min iki yüz qırx səkkiz) manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhm xx.xx.2012-ci il tarixli, 05-2520-12 kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi xx.xx.2012-ci il tarixli, 07-2520-12 saylı Girov müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixədək “X16” ASC qarşısında girov ilə yüklülüyü qeydə alınmışdır. -Borcverən “X16” ASC ilə borcalan Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2012ci il tarixli, 79-360-12 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 12 ay müddətinə, illik 18%-lə 200.000 manat məbləğində kredit vermişdir. xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 1 saylı Əlavə-dən görünür ki, borcverən “X16” ASC tərəfindən borcalan Cavabdeh1 kəndlifermer təsərrüfatına verilmiş kredit vəsaitinin miqdarı 100.000 (yüz min) manat artırılaraq, 300.000 (üç yüz min) manat həcmində müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 2 saylı Əlavə-dən görünür ki, borcverən “X16” ASC tərəfindən borcalan Cavabdeh1 kəndlifermer təsərrüfatına verilmiş kredit vəsaitinin miqdarı 150.000 (yüz əlli min) manat artırılaraq, 450.000 (dörd yüz əlli min) manat həcmində müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 3 saylı Əlavə-dən görünür ki, borcverən “X16” ASC tərəfindən borcalan Cavabdeh1 kəndlifermer təsərrüfatına verilmiş kredit vəsaitinin miqdarı 50.000 (əlli min) manat artırılaraq, 500.000 (beş yüz min) manat həcmində müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 4 saylı Əlavə-dən görünür ki, borcverən “X16” ASC tərəfindən borcalan Cavabdeh1 kəndlifermer təsərrüfatına verilmiş kredit vəsaitinin miqdarı 50.000 (əlli min) manat artırılaraq, 550.000 (beş yüz əlli min) manat həcmində müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 5 saylı Əlavə-dən görünür ki, borcverən “X16” ASC tərəfindən borcalan Cavabdeh1 kəndlifermer təsərrüfatına verilmiş kredit vəsaitinin miqdarı 250000 (iki yüz əlli min) manat artırılaraq, 800.000 (səkkiz yüz min) manat həcmində müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 6 saylı Əlavə-dən görünür ki, borcverən “X16” ASC tərəfindən borcalan Cavabdeh1 kəndlifermer təsərrüfatına ayrılmış kreditin müddəti 12 ay müddətinə, yəni xx.xx.2014-cü il tarixinədək uzadılmışdır. -Borcverən “X16” ASC ilə borcalan Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2013cü il tarixli, 77-360-13 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 12 ay müddətinə, illik 18%-lə 150.000 manat məbləğində kredit vermişdir. -Borcverən “X16” ASC ilə borcalan Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2013cü il tarixli, 174-360-13 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 12 ay müddətinə, illik 18%-lə 250.000 manat məbləğində kredit vermişdir. -Borcverən “X16” ASC ilə borcalan Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 2015-00-56 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 60 ay müddətinə, illik 4%-lə 400.000 manat məbləğində kredit vermişdir. -Kredit müqaviləsi üzrə ödəniş planından görünür ki, Cavabdeh1 X12 xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində 2 il 6 ay güzəşt müddəti tətbiq olunmaqla hər ay 13333.33 manat ödəmək şərti ilə borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -İpoteka saxlayan “X16” ASC ilə borclu Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015-00-34 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqaviləsinin təminatı olaraq, ipoteka verən mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsini “X16” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri Bank tərəfindən 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində qiymətləndirilmişdir. -Girov saxlayan “X16” ASC ilə girov qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı girov müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqaviləsinin təminatı olaraq, girovqoyan X3 ona məxsus olan, nominalı 2 (iki) manat olmaqla, 42124 (qırx iki min yüz iyirmi dörd) ədəd, cəmi dəyəri 84.248.0 (səksən dörd min iki yüz qırx səkkiz) manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmləri banka girov qoymuşdur. -“X16” ASC Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş qeydə alınmaqla 31 manat dövlət rüsumu ödənilmişdir. -“X16” ASC Milli Depozit Mərkəzinin İdarə Heyətinə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, bank girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. -xx.xx.2016-cı il tarixli, g/2357 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 X8 xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas borcu 2.773.955,27 manat, faiz borcu 117.003,23 manat olmaqla, cəmi borcu 2.890.958,50 manat təşkil edir. -xx.xx.2016-cı il tarixli, g/2356 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 X8 xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı kredit müqaviləsi üzrə müqavilənin bitdiyi xx.xx.2014-cü il tarixə əsas borcu 800.00 manat, faiz borcu 104.400 manat, müqavilənin bitdiyi tarixdən illik 5 faizlə hesablanmış faiz borcu 72.888,89 manat olmaqla, cəmi borcu 977.288,89 manat təşkil edir. -xx.xx.2016-cı il tarixli, g/2353 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 X8 xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı kredit müqaviləsi üzrə müqavilənin bitdiyi xx.xx.2014-cü il tarixə əsas borcu 150.000 manat, faiz borcu 8323,17 manat, müqavilənin bitdiyi tarixdən illik 5 faizlə hesablanmış faiz borcu 13.666,67 manat olmaqla, cəmi borcu 171.989,84 manat təşkil edir. -xx.xx.2016-cı il tarixli, g/2359 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 X8 xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı kredit müqaviləsi üzrə müqavilənin bitdiyi xx.xx.2014-cü il tarixə əsas borcu 250.000 manat, faiz borcu 37.000 manat, müqavilənin bitdiyi tarixdən illik 5 faizlə hesablanmış faiz borcu 22777,78 manat olmaqla, cəmi borcu 309.777,78 manat təşkil edir. -xx.xx.2016-cı il tarixli, g/2358 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 X8 xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas borcu 400.000 manat, faiz borcu 16.733,33 manat olmaqla, cəmi borcu 416.733,33 manat təşkil edir. -“X16” ASC-nin Cavabdeh1 X10 ünvanladığı xəbərdarlıqlardan görünür ki, bank kredit müqavilələri üzrə borcun 7 iş günü ərzində Banka ödənilməsini təmin etməyi barədə xəbərdarlıq etmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6339/2021 saylı qərarından görünür ki, iddiaçı LPO “X16” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli 2(103)-6084/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan daha sonra görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2505/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, cavabdehdən 28.600 manat əsas, 11430 manat faiz borcu olmaqla, cəmi 40.030 manat məbləğində borcun tutularaq, iddiaçı LPO iddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi və LPO olan iddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli, İ-234 saylı kredit müqaviləsinin ləğv olunması qət edilmişdir. Həmin qərardan daha sonra görünür ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7156/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2505/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-197/2022 saylı qərarından görünür ki, Dövlət ittihamçısının kassasiya protesti təmin edilməmiş, zərərçəkmiş hüquqi şəxs X4 kassasiya şikayəti təmin edilməmiş, məhkumun müdafiəçisi Vəkil2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinməsi və ona cəza təyin edilməsi hissəsində ləğv edilmiş, Cavabdeh2 ittihamdan Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinin xaric edilməsi, hökmdən Cavabdeh2 Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən qəti cəzanın təyin edilməsinə dair müddəanın xaric edilməsi, Cavabdeh2 üzərində hökmlə ona Azərbaycan Respublikası CM-nin 195.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun həbsdə və ev dustaqlığında saxlanıldığı 1 il 1 ay 7 gün ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 2 il 10 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Hökmlə mülki iddia təmin edilmiş, Cavabdeh2 3.400.000 (üç milyon dörd yüz min) manat tutularaq Azərbaycan Respublikasının X5 ödənilməsi, zərərçəkmiş şəxs “X16” Açıq Səhmdar Cəmiyyətin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəymiş ziyanla bağlı Cavabdeh2 qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, təqsirləndirilən şəxs Cavabdeh2 sahibliyində olan, Müşahidə Şurasının sədri olduğu "xxxx" ASC-yə məxsus Qəbələ rayonu Böyük Əmili kəndi ərazisində yerləşən 17.000.000-22.000.000 manat dəyərində istehsal sahəsinin və avadanlıqların üzərinə qoyulmuş həbsin hökmün mülki iddiaya aid hissəsi tam icra olunanadək qüvvədə saxlanılması hökm edilmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -“X13 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, 012-085/2022 saylı arayışından görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0.06 ha torpaq sahəsinin hal-hazırda, bazar qiyməti: 33100 manat; likvid qiyməti: 30000 manat təşkil edir. -“X15” MMC-nin xx.xx.2023-cü il tarixli, LBC-011-2023 saylı hesabatından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsinin hal-hazırda, bazar qiyməti: 3.362.000 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5527 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı və tərəflər arasında imzalanmış kredit müqavilələrinin və həmin müqavilələrin əsasında imzalanmış razılaşmanın qeyd olunan şərtləri nəzərə alınaraq, Cavabdeh1 X8 iddiaçı LPO “X16” ASC-yə qeyd olunan müqavilələr üzrə onun tərəfindən aparılmış bütün ödənişlər nəzərə alınmaqla, maliyyə arayışlarında borcun hesablandığı xx.xx.2016-cı il tarixə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı müqavilə üzrə əsas borc 2773955,27 manat, faiz borcu 117003,23 manat, xx.xx.2012-ci il tarixli, 79- 360-12 saylı müqavilə üzrə əsas borc 800000,00 manat, faiz borcu 177288,89 manat, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı müqavilə üzrə əsas borc 150000,00 manat, faiz borcu 21989,84 manat, xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı müqavilə üzrə əsas borc 250000,00 manat, faiz borcu 59777,78 manat, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı müqavilə üzrə əsas borc 400000,00 manat, faiz borcu 16733.33 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 500 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, LPO “X16” ASC ilə Cavabdeh1 X12 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit xətti müqaviləsinə əsasən borcalana 84 ay müddətinə illik 4 faiz olmaqla 3.000.000 manat kredit xətti açılmış, cavabdehlə ləğv prosesində olan “X16” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 kəndli-fermer təsərrüfatına məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsi banka ipotekaya qoyulmuş, həminçinin həmin kredit müqaviləsinin təminatı qismində, digər cavabdeh X1 məxsus olan, nominalı 2 (iki) manat olmaqla, 42.124 (qırx iki min yüz iyirmi dörd) ədəd, cəmi dəyəri 84.248 (səksən dörd min iki yüz qırx səkkiz) manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhm banka girov qoyulmuşdur. Bundan başqa, iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə quşçuluğun inkişafı üçün 12 ay müddətinə, illik 18 % hesablanmaqla kredit xətti açılaraq, 200 000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə 1 saylı Əlavə kimi iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı 100.000 (yüz min) manat artırılaraq, 300.000 (üç yüz min) manat, həmin müqaviləyə 2 saylı Əlavə kimi iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı 150.000 (yüz əlli min) manat artırılaraq, 450.000 (dörd yüz əlli min) manat, həmin müqaviləyə 3 saylı Əlavə kimi iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı 50.000 (əlli min) manat artırılaraq, 500.000 (beş yüz min) manat həcmində, həmin müqaviləyə 4 saylı Əlavə kimi iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı 50.000 (əlli min) manat artırılaraq, 550.000 (beş yüz əlli min) manat həcmində, həmin müqaviləyə 5 saylı Əlavə kimi iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, cavabdehə verilmiş kredit vəsaitinin miqdarı 250000 (iki yüz əlli min) manat artırılaraq, 800.000 (səkkiz yüz min) manat həcmində müəyyən edilmiş və müqaviləyə 6 saylı Əlavə kimi iddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, cavabdehə ayrılmış kreditin müddəti 12 ay müddətinə, yəni xx.xx.2014-cü il tarixinədək uzadılmışdır. İddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı “Kredit müqaviləsi’nə əsasən, cavabdehə quşçuluğun inkişafı üçün 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla, 150.000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir. İddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 Kəndli-fermer Təsərrüfatı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə avadanlıqların alınması, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla, 250.000 (iki yüz əlli min) manat məbləğində kredit verilmişdir. İddiaçı ləğv prosesində olan “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə quşçuluğun inkişaf etdirilməsi və quş əti məhsullarının istehsalı üçün 60 ay müddətinə, illik 4 % hesablanmaqla, 400.000 (dörd yüz min) manat məbləğində kredit verilmişdir. Cavabdehlə ləğv prosesində olan “X16” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı “Kredit müqaviləsi”nin təminatı qismində, Cavabdeh1 kəndlifermer təsərrüfatına məxsus olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. Cavabdehlə “X16” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı “Kredit müqaviləsi”nin təminatı qismində, digər cavabdeh X1 məxsus olan, nominalı 2 (iki) manat olmaqla, 42124 (qırx iki min yüz iyirmi dörd) ədəd, cəmi dəyəri 84.248.0 (səksən dörd min iki yüz qırx səkkiz) manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhm banka girov qoyulmuşdur. Kredit müqavilələri üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqavilələri üzrə borcun tutulmasına, tələbin ipoteka və girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilə üzrə cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin qərardadına əsasən iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmə ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, verilmiş rəy əsaslıdır və Azərbaycan Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, Cavabdeh1 kəndli-fermer təsərrüfatının xx.xx.2012-ci il tarixli, 05- 2520-12 saylı müqavilə üzrə 2.773.955,27 manat əsas, 117.003,23 manat faiz, cəmi 2.890.958,50 manat, xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı müqavilə üzrə 800.000,00 manat, 177.288,89 manat faiz, cəmi 977.288.89 manat, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı müqavilə üzrə 150.000,00 manat əsas, 21.989,84 manat faiz, cəmi 171.989,84 manat, xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı müqavilə üzrə 250.000,00 manat əsas, 59.777,78 manat faiz, cəmi 309.777,78 manat, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı müqavilə üzrə 400.000,00 manat əsas, 16.733,33 manat faiz, cəmi 416.733,33 manat təşkil edir. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, maliyyə arayışları və ekspert rəyini parallel şəkildə qiymətləndirib xx.xx.2012-ci il tarixli, 05-2520- 12 saylı müqavilə üzrə əsas borca görə 2.773.955,27 manat, faiz borcuna görə 117.003,23 manat, xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı müqavilə üzrə əsas borca görə 800.000,00 manat, faiz borcuna görə 177.288,89 manat, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı müqavilə üzrə əsas borca görə 150.000,00 manat, faiz borcuna görə 21.989,84 manat, xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı müqavilə üzrə əsas borca görə 250.000,00 manat, faiz borcuna görə 59.777,78 manat, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı müqavilə üzrə əsas borca görə 400.000,00 manat, faiz borcuna görə 16.733.33 manat borcu yaranmışdır. Eyni zamanda işin araşdırılan hallarından görünür ki, Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilməklə barəsində hökm çıxarılmışdır. Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-197/2022 saylı qərarından görünür ki, Hökmlə mülki iddia təmin edilmiş, Cavabdeh2 3.400.000 (üç milyon dörd yüz min) manat tutularaq Azərbaycan Respublikasının X5 ödənilməsi, zərərçəkmiş şəxs “X16” Açıq Səhmdar Cəmiyyətin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəymiş ziyanla bağlı Cavabdeh2 qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qərardan və sənədlərdən göründüyü kimi X9 sahibkarlığın inkişafı üçün 3.400.000 manat pul vəəsaitinin sahibkara verilmsi üçün “X16” Açıq Səhmdar Cəmiyyətinə ayırmış, nəticədə isə Cavabdeh2 məbləğdən sui-istifadə etdiyindən həmin məbləğin X2ytarılması barədə hökm çıxarılmışdır. Hökm qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, hökümlə artıq cavabdehdən 3.400.000 manat pul məbləği tutulmuşdur. Hazırkı iddia tələbi ilə müqavilələr əsasında iddiaçının tələb etdiyi pul məbləğlərinin cavabdehlərdən tutulması cavabdehləri təkirarən maliyyə yükü ilə yüklənməsinə, tutlmuş məbləğin təkirarən tutulmasına səbəb ola bilər. Odur ki, iddia tələbi təmin edilərkən Cavabdeh2 tutulmuş 3.400000 manat məbləğ nəzərə alınmalı, həmin məbləğin hazırkı müqavilələr üzrə götürülmüş əsas borclar ilə əvəz olunması İddiaçı “X16” ASC-nə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında Qanun” adlanacaq) 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, Cavabdeh1 kəndlifermer təsərrüfatının xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsini iddiaçı LPO «X16» ASC qarşısında ipoteka ilə yüklü etmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ipoteka predmetinin dəyərinin 2.500.000 (iki milyon beş yüz min) manat olması müəyyən edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. “İpoteka haqqında Qanun”un 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh1 kəndli-fermer təsərrüfatına məxsus torpaq sahəsinin ilkin satış qiyməti göstərilmədiyindən tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən, ipoteka predmetinin dəyərinin 2.500.000 (iki milyon beş yüz min) manat olması və aradan keçən müddətdə daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və mübahisəli olduğundan məhkəmə “X15” MMC-nin xx.xx.2023-cü il tarixli, LBC-011/2023 saylı rəyinə əsasən, ipoteka predmeti olan daşınmaz əmlakın likvid qiymətinin 3.362.000 manat olmaqla açıq hərracda satılması qərarına gəlir. Belə ki, Ali Məhkəmə Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında Qanun”un 47.4-cü maddəsinə əsasən, həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 kəndlifermer təsərrüfatına qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh1 kəndli-fermer təsərrüfatından tutulmalıdır. “İpoteka haqqında Qanun”un: 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 kəndli-fermer təsərrüfatına məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsi açıq hərraca çıxarılıb satıldıqdan bir ay sonra həmin torpaq sahəsi boşaldılaraq alıcıya təhvil verilməlidir. Bundan əlavə, məhkəmə iddia tələbinin xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə tələbin girov predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş girov müqavilələrinə əsasən, girovqoyan Cavabdeh2 xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə öhdəliklər icra edilmədiyi təqdirdə girovsaxlayana ona məxsus olan, nominalı 2 (iki) manat olmaqla, 42124 (qırx iki min yüz iyirmi dörd) ədəd, cəmi dəyəri 84.248.0 (səksən dörd min iki yüz qırx səkkiz) manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmləri banka girov qoymuşdur. Bununla da, bankın girov müqavilələri bağlandığı və girov predmeti olan əmlakın ona təhvil verildiyi andan həmin əmlaka münasibətdə girov hüququ yaranmışdır. Mülki Məcəllənin: 281.1. maddəsinə əsasən, girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 281.2. maddəsinə əsasən, əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). 298-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Məhkəmə iddia tələbinin xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1., 421.2., 422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələrinin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilə 60 ay müddətinə götürüldüyündən və müddəti artıq bitdiyindən həmin müqavilənin ləv edilməsinə zərurət yoxdur. xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı müqavilə üzrə isə müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. İddia müddətinin tədbiqinə dair cavabdehin ərizəsinə münasibət bildirilərək məhkəmə qeyd edir ki, iddiaçı Abşeron rayon Məhkəməsinə xx.xx.2016-ci il tarixdə müraciət etmiş, məhkəmə araşdırılması xx.xx.2019-cu il tarixinədək davam etdirilmiş və Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. İddiçı tərəf xx.xx.2022-ci il tarixdə icraatın təzələnməsi barədə vəsatət vermiş, rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının məhkəmə iclasına gəlməməsi üzürlü hesab edilərək vəsatət təmin edilərək icraat təzələnmiş, mülki işin baxılıması davam etdirilmişdir. Buradan görünür ki iddiaçı tərəfindən müddət ötürülməmişdir. Ona görə də Məhkəmə cavabdehin müddətin ötürülməsi ərizəsini əsaslı hesab etməyərək nəzərə alınmaması qərarına gəlmişdir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 kəndlifermer təsərrüfatının iddiaçı LPO “X16” ASC-dən aldığı kreditləri faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmamış, bununla da, Cavabdeh1 kəndli-fermer təsərrüfatı kredit müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, LPO “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləsi ləğv edilməli, LPO “X16” ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2.773.955,27 manat, faiz borcuna görə 117.003,23 manat, xx.xx.2012-ci il tarixli, 79- 360-12 saylı kredit müqaviləsi üzrə əsas borca görə 800.000,00 manat, faiz borcuna görə 177.288,89 manat, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı kredit müqaviləsi üzrə əsas borca görə 150.000,00 manat, faiz borcuna görə 21.989,84 manat, xx.xx.2013-cü il tarixli, 174-360-13 saylı müqavilə üzrə əsas borca görə 250.000,00 manat, faiz borcuna görə 59.777,78 manat, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı müqavilə üzrə əsas borca görə 400.000,00 manat, faiz borcuna görə 16.733.33 manat olmaqla, cəmi 4.766.748,34 manat pul vəsaiti tutulmalı, Cavabdeh2 tutulmuş 3.400000 manat məbləğ nəzərə alınmalı, həmin məbləğin hazırkı müqavilələr üzrə götürülmüş əsas borclar ilə əvəz olunması iddiaçı “X16” ASC-nə həvalə edilməlidir. xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə tutma ipoteka qoyulmuş Cavabdeh1 kəndli-fermer təsərrüfatının mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsinə və Cavabdeh2 məxsus, nominalı 2 (iki) manat olmaqla, 42124 (qırx iki min yüz iyirmi dörd) ədəd, cəmi dəyəri 84.248.0 (səksən dörd min iki yüz qırx səkkiz) manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmlərə yönəldilməli, həmin torpaq sahəsi və sənədsiz adlı adi səhmlər açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 3.362.000 manat müəyyən edilməli, ipoteka predmetinin və "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmlərin satışından əldə olunmuş pul vəsaitindən xx.xx.2012-ci il tarixli, 05-2520- 12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə yaranmış borc ödənilməli, iddiaçıya həmin kredit müqavilələri üzrə borc tam ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1 kəndli-fermer təsərrüfatına və Cavabdeh2 qaytarılmalı, torpaq sahəsinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra boşaldılmalı, ödənilmiş 62 manat məhkəmə xərclərinin (dövlət rüsumu 31 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu) Cavabdeh1 kəndli-fermer təsərrüfatından alınaraq iddiaçıya ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 31 manat dövlət rüsumu cavabdehə aid edilməli, ekspertiza tədqiqatının dəyərinə görə müəyyən edilmiş 500 manat pul vəsaitinin 250 manat hissəsi iddiaçıya, 250 manat hissəsi isə cavabdehlərə, qiymətləndirmə tədqiqatının dəyəri görə müəyyən edilmiş 350 manat pul vəsaitinin isə 175 manat hissəsi iddiaçıya, 175 manat hissəsi isə cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. İddiaçı LPO “X16” ASC ilə Cavabdeh1 kəndli-fermer təsərrüfatı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 kəndli-fermer təsərrüfatından xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı müqavilə üzrə əsas borca görə 2.773.955,27 manat, faiz borcuna görə 117.003,23 manat, xx.xx.2012-ci il tarixli, 79-360-12 saylı müqavilə üzrə əsas borca görə 800.000,00 manat, faiz borcuna görə 177.288,89 manat, xx.xx.2013-cü il tarixli, 77-360-13 saylı müqavilə üzrə əsas borca görə 150.000,00 manat, faiz borcuna görə 21.989,84 manat, xx.xx.2013cü il tarixli, 174-360-13 saylı müqavilə üzrə əsas borca görə 250.000,00 manat, faiz borcuna görə 59.777,78 manat, xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı müqavilə üzrə əsas borca görə 400.000,00 manat, faiz borcuna görə 16.733.33 manat olmaqla, cəmi 4.766.748,34 (dörd milyon yeddi yüz altmış altı minyeddi yüz qırx səkkiz manat otuz dörd qəpik) manat borc və məhkəmə xərclərinə görə cəmi 62 (altmış iki) manat pul vəsaiti iddiaçı LPO “X16” ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 Məhkəmə hökmü ilə tutulmuş 3.400000 manat məbləğ nəzərə alınmalı, həmin məbləğin hazırkı müqavilələr üzrə götürülmüş əsas borclar ilə əvəz olunması İddiaçı “X16” ASC-nə həvalə edilsin. xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə yaranmış borc məbləğinə görə tutma Cavabdeh1 kəndli-fermer təsərrüfatının mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsinə yönəldilsin, həmin torpaq sahəsinin likvid satış qiyməti 3.362.000 (üç milyon üç yüz altmış iki min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən həmin kredit borcu üzrə yaranmış pul vəsaiti LPO “X16” ASC-nin hesabına keçirilsin, LPO “X16” ASC-yə tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 kəndlifermer təsərrüfatına qaytarılsın. xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015-00-56 saylı kredit müqavilələri üzrə yaranmış borc məbləği iddiaçı LPO “X16” ASC-yə girov qismində qoyulmuş Cavabdeh2 məxsus, nominalı 2 (iki) manat olmaqla, 42124 (qırx iki min yüz iyirmi dörd) ədəd, cəmi dəyəri 84.248.0 (səksən dörd min iki yüz qırx səkkiz) manat olan, "xxxx" ASC-yə aid sənədsiz adlı adi səhmlərə yönəldilsin, həmin səhmlərin satışından əldə olunmuş vəsaitdən xx.xx.2012-ci il tarixli, 05-2520-12 saylı və xx.xx.2015-ci il tarixli, 2015- 00-56 saylı kredit müqavilələri üzrə yaranmış borc məbləği LPO “X16” ASC-nin hesabına keçirilsin. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.2414 ha torpaq sahəsinə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh1 kəndli-fermer təsərrüfatı torpaq sahəsini boşaldaraq 1 (bir) ay sonra həmin torpaq sahəsindən çıxarılsın. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 500 (beş yüz) manat pul vəsaitinin 250 (iki yüz əlli) manat hissəsi iddiaçı LPO “X16” ASC-dən, 250 (iki yüz əlli) manat hissəsi isə cavabdeh Kəndimiz” kəndli-fermer təsərrüfatından alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mülki iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi tədqiqatının dəyərinə görə 350 (üç yüz əlli) manat pul vəsaitinin 175 (yüz yetmiş beş) manat hissəsi iddiaçı LPO “X16” ASCdən, 175 (yüz yetmiş beş) manat hissəsi isə cavabdeh Kəndimiz” kəndli-fermer təsərrüfatından alınaraq “X15” MMC-nin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov