Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3033/2025 18.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” X12rşı ərizə ilə məhkəməyə müraciət edərək, onun atası X1 16 mart 2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “xahiş etdi” hissəsinin 1930-cu il təvəllüdlü atası X1 16 mart 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi kimi qeyd edilməsini, həmçinin maraqlı şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” X15 Maraqlı şəxs ilə əvəz edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun atası X3 1930-cu ildə Kəlbəcər şəhərində anadan olmuşdur. Onlar 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşərək Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” məcburi köçkün qəsəbəsində yerləşən ev 13, mənzil 46 ünvanında müvəqqəti məskunlaşmışlar. Onun atası illər uzunu Kəlbəcər həsrəti ilə yaşamış və çox şükürlər olsun ki, iki il bundan öncə o, oğlu olaraq atasını doğulduğu, uzun illər yaşadığı vətənə - Kəlbəcərə aparmış və doğma torpağı ziyarət etmək atasına nəsib olmuşdur. Bildirir ki, atası iki dəfə beyin insultu keçirmişdir. Buna görə də 95 yaşlı atasına övladları olaraq qulluq etmək üçün hər biri atasının qulluğunda durmuş və atasını ölümündən bir ay qabaq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gətirmişdir. O zaman artıq hiss olunmuşdur ki, atası çox zəif düşmüşdür. 16 mart 2025-ci il tarixdə onun atasının halı pisləşmiş və o, tez Təcili və X5 Mərkəzinə - “102” xidmətinə zəng etmiş, təxminən 1 saata Binəqədi TTTYS-nin 17 saylı bölmənin təcili tibbi yardım briqadasından həkim gəlmiş və həkim müayinə edənə qədər artıq atası vəfat etmişdir. Bundan sonra onlar atalarının adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi üçün müraciət etsələr də nə Binəqədi rayon xəstəxanası, nə də Abşeron rayon xəstəxanası ölümün baş vermə səbəbi məlum olmadığını bəhanə gətirərək “ölüm haqqında tibbi şəhadətnamə”ni onlara vermişdirlər. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, mərhum atası X8 rayonu, Müşfiqabad qəbiristanlığında dəfn olunmuşdur. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X6 ərizəni qəbul etdiklərini, X1 16 mart 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X3 onun qayınatası olmuşdur. Vəfat etməmişdən əvvəl Haxverdi Mamedov onların evinə qonaq gəlmişdir. X3 16 mart 2025-ci ildə vəfat etmiş və Müşfiqabad qəsəbəsində dəfn olunmuş, mərhumun yas mərasimində o da iştirak etmişdir. İş materiallarında olan AZE seriyalı, 03424349 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 XX.XX.1930-cu il tarixdə Kəlbəcər şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan SSR Kəlbəcər rayonu VVAQ bürosu tərəfindən АЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1969-cu il tarixdə Kəlbəcər şəhərində doğulmuşdur, atası X3, anası X4r. İş materiallarında olan “Respublika Təcili və X5 Mərkəzi” PHŞ Binəqədi Təcili və X5 Stansiyasının xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 ünvan 3 ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli, 18-1-20/2-M-954-42- 779/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. H.Mamedovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan Azərbaycan Respublikası Qaradağ rayon Müşfiqabad bələdiyyəsi tərəfindən verilmiş 16 may 2025-ci il tarixli, 62 nömrəli arayışdan görünür ki, Ərizəçi atası X3 xx.xx.2025-ci il tarixində vəfat etmişdir və Qaradağ rayonu, Müşfiqabad qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, həmçinin şahidin ifadəsini dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, XX.XX.1930-cu il təvəllüdlü X1 16 mart 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktı ərizəçinin izahatı, şahid ifadəsi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1930-cu il təvəllüdlü X1 16 mart 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3033/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3033/2025
18.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver