Məhkəmə qərarları › İş №2(012)-3036/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3036/2021

20.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3036/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı 11410 manat dəyərində cehiz əmlakının və qızıl-zinyət əşyalarının tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı 11410 manat dəyərində cehiz əmlakının və qızıl-zinyət əşyalarının tələbinə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində qeyd olunmuş 11410 manat dəyərində cehiz əmlakının və qızıl-zinyət əşyalarının özünün, özü olmadıqda isə dəyəri olaraq 11410 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh1 ilə 16.01.2013-cü il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuş, birgə nikahlarından 02.04.2013-cü il təvəllüdlü X7 və 05.05.2015-ci il təvəllüdlü X11 anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra ilkin olaraq ayrı-ayrı ünvanlarda müvəqqəti olaraq yaşasalar da sonradan, Cavabdeh1 valideynlərinə məxsus evə, yəni Abşeron rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi 124 saylı evin 11 saylı mənzilinə daimi olaraq qeydiyyata düşərək ailəsi ilə birgə yaşamışdır. O, özünə məxsus cehiz əşyalarını da həmin ünvanda yerləşən mənzilə aparmışdır. Sonradan isə ailə münasibətləri pozulmuş və nəticədə Abşeron rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2(012)-452/2020 saylı qətnaməsi ilə nikah qeydi pozulmuşdur. Ailə üzvlərinin şəxsi vəsaiti hesabına ona hədiyyə verilmiş qızıl-zinyət əşyaları yuxarıda qeyd etdiyi və yaşadığı mənzildə saxlanılmış və o, həmin qızıl əşyalarından istifadə edirdi. Ailə münasibətləri pozulduğu zaman ona hədiyyə verilmiş qızıl-zinyət əşyaları və cehiz əmlakları ondan alınaraq cavabdehlər tərəfindən evdən qovulmuşdur. Hal-hazırda ata evindən ona verilmiş cehiz əmlakları və toy vaxtı hədiyyə olunmuş qızıl-zinyət əşyalarını cavabdehlərdən könüllü olaraq tələb etmiş, cavabdehlər ona cehiz əmlakları və qızıl-zinyət əşyalarını qaytaracaqlarına dair vəd vermişlər. O, buna inansa da, lakin sonradan cavabdehlərin cehiz əmlaklarını və qızıl zinyət əşyalarını qaytarmaq istəmədiklərini anlamışdır. Nəhayət, cavabdehlərin onu aldatmaqlarını bilib, məhkəməyə müraciət etməli olmuşdur. Aşağıda qeyd etdiyi əmlak və qızıl-zinyət əşyaları ona məxsusdur. Adları qeyd olunan əmlaklar ata evindən ona verilmişdir: 1. dəyəri 1800 manat olan 1 dəst mətbəx mebeli, 2. dəyəri 500 manat 1 dəst olan serviz mətbəx üçün, 3. dəyəri 120 manat olan 1 ədəd elektrik duxovkası, 4. dəyəri 150 manat olan 1 ədəd elektrik şirə çəkən, 5. dəyəri 40 manat olan 1 ədəd vaz meyvə tərəvəz, 6. dəyəri 50 manat olan 1 ədəd ütü, 7. dəyəri 150 manat olan 1 ədəd tozsoran, 8. dəyəri 800 manat olan 1 ədəd paltaryuyan maşın, 9. dəyəri 150 manat olan 1 ədəd ətçəkən maşın, 10. dəyəri 20 manat olan 1 ədəd qazan, 11. dəyəri 60 manat olan 12 ədəd stəkan, 12. dəyəri 50 manat olan 1 ədəd su nasosu, 13. 1 ədədinin dəyəri 400 manat olan 6 ədəd stol-stul, 14. dəyəri 1300 manat olan 4 ədəd 3x4 ölçüdə olan xalça, 15. dəyəri 220 manat olan 3 dəst yorğan, 16. dəyəri 400 manat olan 3 dəst döşək, 17. dəyəri 150 manat olan 6 ədəd balış, 18. dəyəri 90 manat olan 6 ədəd döşəkcə, 19. dəyəri 180 manat olan 2 ədəd yun örtük, 20. dəyəri 200 manat olan 1 ədəd örtük, 21. dəyəri 120 manat olan 12 dəst əl-üz dəsmalı, 22. dəyəri 60 manat olan 4 ədəd hamam dəsmalı, 23. dəyəri 150 manat olan 6 dəst döşəkağı, 24. dəyəri 60 manat olan 1 ədəd ütü stolu. Qeyd olunan cehiz əmlaklarının ümumi dəyəri 7340 manat təşkil edir. Toy hədiyyəsi kimi verilmiş qızıl-zinyət əşyaları isə bunlardır: 1. Rusiya istehsalı olan 585 əyarlı 40 qr ölçüdə 3000 manat dəyərində olan komplekt sırğa, sep, qolbağı, üzük, 2. İtaliya istehsalı olan 750 əyarlı 10 qr ölçüdə 750 manat dəyərində olan brilyant tək qaşlı üzük, 3. Rusiya istehsalı olan 585 əyarlı 4 qr ölçüdə 250 manat dəyərində olan uşaq üçün sep, 4. Rusiya istehsalı olan 585 əyarlı 1 qr ölçüdə 70 manat dəyərində olan uşaq üçün sırğa. Cəmi: 4070 manat, ümumi dəyəri isə 11410 manat təşkil edir. Valideynlərinin zəhmətləri hesabına verilmiş əmlakın məhv olmasını istəmədiyindən cavabdehlərə məxsus mənzilə yerləşdirilmiş həmin əmlakların həqiqətən də olmasını istənilən qədər şahid və toy şəkilləri təsdiq edilə bilər. Belə ki, cavabdehlər yuxarıda adları göstərilən cehiz əmlakını və qızıl-zinyət əşyalarını ona vermək istəmir və onun çoxsaylı müraciətləri nəticəsiz qalmışdır. Sonuncu dəfə toy mərasiminə gedib qayıtdıqdan sonra o, cavabdeh tərəfindən fiziki təzyiqə məruz qalaraq döyülmüşdür. Sonradan o, nənəsinin yas mərasiminə getmiş və bir daha geri qayıtmamışdır. Gedərkən özü ilə heç bir əşyasını götürməmişdir. Sonradan ona Cavabdeh1 ona məxsus olan qızıl-zinyət əşyalarını Xaçmazda yerləşən torpaq sahəsində olan mal-qarasına ot almaq üçün satdığı bəlli olmuşdur. Bu səbəbdən də o, toya gedərkən baldızının bijüteriyalarını taxmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı onun oğlu Cavabdeh1 qoşulub qaçmış və 16.01.2013-cü il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuş, onların birgə nikahlarından 02.04.2013-cü il təvəllüdlü X7 və 05.05.2015-ci il təvəllüdlü X11 anadan olmuşdur. İddiaçı onun oğlu ilə nikaha daxil olduqdan sonra ona məxsus olan Abşeron rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi 124 saylı evin 11 saylı mənzilinə gəlin gəlmiş və orada yaşamışlar. İddiaçının onun oğlu ilə nikah münasibətlərinə xitam verildikdən sonra iddiaçı mənzili tərk etmiş, sonra o, iddiaçıya cehiz olaraq gətirdiyi əmlaklarını geri aparmasını təklif etsə də, iddiaçı bu təklifi yerinə yetirməmişdir. Ümumi götürdükdə, iddiaçı tərəfindən çox sayda olmayan cehiz əmlakı gətirilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin cehiz əmlaklarına münasibətdə qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Abşeron Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli 2(012)-452/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında 16 yanvar 2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış 42 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 02.04.2013-cü il təvəllüdlü X2 və 05.05.2015-ci il təvəllüdlü X8 anası İddiaçı yanında qalması, Cavabdeh1 İddiaçı xeyrinə 02.04.2013-cü il təvəllüdlü X2 və 05.05.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14.11.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. -X10 Mərkəzi MMC-nin 13.07.2021-ci il tarixli YDN 086 saylı məktubundan görünür ki, İddiaçı sifarişi əsasında müxtəlif adlı qızıl-zinyət əşyalarının bazar dəyərinin müəyyən edilməsi məqsədilə qızıl-zinyət əşyalarına baxış keçirilmədən sifarişçi tərəfindən təqdim edilmiş fotoşəkillər və özünün verdiyi məlumatlar əsasında bazar dəyəri hesablanmış, aparılan təhlil və hesablamalar nəticəsində qiymətləndirmə obyektinin bazar dəyəri 5510 manat müəyyən edilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 19.08.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağayeva X3 rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi 124 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 31.10.2019-cu il tarixli arayışdan görünür ki, Ağayev X4 rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi 124 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ağayev X5 rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi 124 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ağayeva X6 rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi 124 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 16 yanvar 2013-cü il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, onların birgə nikahlarından 02.04.2013-cü il təvəllüdlü X9 və 05.05.2015-ci il təvəllüdlü X11 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan bir müddət sonra Cavabdeh1 valideynlərinə məxsus olan Abşeron rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi 124 saylı evin 11 saylı mənzilində yaşamış, iddiaçı özünə məxsus olan cehiz əmlaklarını və ailə üzvləri tərəfindən verilmiş qızıl-zinyət əşyalarını həmin mənzilə gətirmişdir. Tərəflərin ailə nikah münasibətləri Abşeron Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli 2(012)-452/2020 saylı qətnaməsi ilə pozulduğundan iddiaçı həmin mənzili tərk etmiş və həmin mənzildə qalmış ona məxsus olan cehiz əmlaklarının və qızıl-zinyət əşyalarının cavabdehlər tərəfindən ona qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına əsasən, iddiaçının nikaha daxil olduqdan sonra yaşadığı və cehiz əşyalarının gətirdiyi Abşeron rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi 124 saylı evin 11 saylı mənzilini həmin əşyaları aparmadan könüllü şəkildə tərk etməsi, cavabdehin isə iddiaçıya məxsus olan cehiz əmlaklarının həqiqətən də həmin mənzildə olması və iddiaçının özü tərəfindən aparmasına dair iddiaçıya təklif irəli sürməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, məhkəmə cavabdehin etirafının təsdiq edilməklə, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələblərinin cehiz əmlaklarının qaytarılması hissəsində əsaslı hesab edib təmin edilməsi qərarına gəlir. Belə ki, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı bu hissədə etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə iddia tələblərinin qızıl-zinyət əşyalarının qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ona toy ərəfəsində hədiyyə şəklində verilmiş qızıl-zinyət əşyalarının qiyməti, ölçüsü, dəyəri barədə mötəbər, təkzibedilməz sübutlarını, onların cavabdeh tərəfindən həqiqətən də satılmasına dair sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə iddia tələblərini bu hissədə əsaslı hesab etmir. Məhkəmə həmçinin, qeyd edir ki, X10 Mərkəzi MMC-nin 13.07.2021-ci il tarixli YDN 086 saylı rəyi iddiaçının sifarişi əsasında onun tərəfindən təqdim edilmiş fotoşəkillərə istinad edilərək real şəkildə baxış keçirilmədən verdiyi məlumatlar əsasında qızıl-zinyət əşyalarının bazar dəyərini hesabladığından həmin rəyə əsasən verilmiş məbləğlərin qızılzinyət əşyalarının həqiqətən də real qiymətini əks etdirməsi şübhə doğurduğundan məhkəmə həmin rəylə razılaşmır. Eyni zamanda ümumityyətlə iddiaçı tərəfindən iddia tələbində qızıl zinyət əşyalarının cavabdehlərdə olması sübut olunmadığından, məhkəmə rəyi sübut kimi nəzərə alınmaması qərarına gəlir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin etirafı ilə ona məxsus olan mənzildə yerləşdirilmiş iddiaçıya məxsus cehiz əmlaklarının qiymətlərini əks etdirən sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından, məhkəmə cehiz əmlaklarının yalnız 1 dəst mətbəx mebeli, 1 dəst mətbəx üçün olan serviz, 1 ədəd elektrik duxovkası, 1 ədəd elektrik şirə çəkən, 1 ədəd vaz meyvə tərəvəz, 1 ədəd ütü, 1 ədəd tozsoran, 1 ədəd paltaryuyan maşın, 1 ədəd ətçəkən maşın, 1 ədəd qazan, 12 ədəd stəkan, 1 ədəd su nasosu, 1ədət stol və 6 ədəd stul, 4 ədəd 3x4 ölçüdə olan xalça, 3 dəst yorğan, 3 dəst döşək, 6 ədəd balış, 6 ədəd döşəkcə, 2 ədəd adiyal puxovi, 1 ədəd pokruval örtük, 12 dəst əl-üz dəsmalı, 4 ədəd hamam dəsmalı, 6 dəst döşəkağı (prostina, çuxol), 1 ədəd ütü stolu əmlaklarının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1 dəst mətbəx mebeli, 1 dəst mətbəx üçün olan serviz, 1 ədəd elektrik duxovkası, 1 ədəd elektrik şirə çəkən, 1 ədəd vaz meyvə tərəvəz, 1 ədəd ütü, 1 ədəd tozsoran, 1 ədəd paltaryuyan maşın, 1 ədəd ətçəkən maşın, 1 ədəd qazan, 12 ədəd stəkan, 1 ədəd su nasosu, 1ədət stol və 6 ədəd stul, 4 ədəd 3x4 ölçüdə olan xalça, 3 dəst yorğan, 3 dəst döşək, 6 ədəd balış, 6 ədəd döşəkcə, 2 ədəd adiyal puxovi, 1 ədəd pokruval örtük, 12 dəst əl-üz dəsmalı, 4 ədəd hamam dəsmalı, 6 dəst döşəkağı (prostina, çuxol), 1 ədəd ütü stolu alınaraq İddiaçı qaytarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normasına istinad edərək qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələb olunmadığından dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1 dəst mətbəx mebeli, 1 dəst mətbəx üçün olan serviz, 1 ədəd elektrik duxovkası, 1 ədəd elektrik şirə çəkən, 1 ədəd vaz meyvə tərəvəz, 1 ədəd ütü, 1 ədəd tozsoran, 1 ədəd paltaryuyan maşın, 1 ədəd ətçəkən maşın, 1 ədəd qazan, 12 ədəd stəkan, 1 ədəd su nasosu, 1ədət stol və 6 ədəd stul, 4 ədəd 3x4 ölçüdə olan xalça, 3 dəst yorğan, 3 dəst döşək, 6 ədəd balış, 6 ədəd döşəkcə, 2 ədəd adiyal puxovi, 1 ədəd pokruval örtük, 12 dəst əl-üz dəsmalı, 4 ədəd hamam dəsmalı, 6 dəst döşəkağı (prostina, çuxol), 1 ədəd ütü stolu alınaraq İddiaçı qaytarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar