Məhkəmə qərarları › İş №2(012)-304/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-304/2021

21.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-304/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı1 vəkili-nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qızının Cavabdeh1 qarşı (maraqlı şəxslər: Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4) paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair mülki işə 21 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 qızı Cavabdeh1 qarşı (maraqlı şəxslər: Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4) paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 21 yanvar 2020-ci il tarixli texniki pasport əsasında verilmiş çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2 qızına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin payı 1/6 hissə olmaqla onların mülkiyyətindədir. Cavabdehin təqsirinə görə iddiaçılar mülkiyyət hüququndan məhrum olmuşdur. Belə ki, evin bir giriş-çıxış qapısı olduğundan cavabdeh iddiaçını evə buraxmır və mülkiyyət hüququnu ciddi şəkildə pozur. Bu səbəbdən də evin naturada bölgüsü texniki cəhətcə mümkün olmadığından paylar məhkəmə qaydasında bölünməlidir. İddiaçı1 vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının vəkili-nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər İddiaçı2 qızı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, 1974-cü ildən həmin evdə yaşayır. Anası 30 ildir ki, köçüb gedib,ayrı yerdə evi var. Razılığa gəlmək istəyir, lakin maddi imkanı aşağıdır. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməli, İddiaçı2 qızına münasibətdə isə işin icraatına xitam verilməlidir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən ********** qeydiyyat nömrəli, 22.01.2020-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, mülkiyyət hüququ ilə İddiaçı1 adına rəsmiləşdirilən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı1, İddiaçı2 qızının, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin payı 1/6 hissə olaraq müəyyən edilmişdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən 21 yanvar 2020-ci il tarixli, 9244 inventar nömrəli Texniki Pasportdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyektləri olan İddiaçı1, İddiaçı2 qızının, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin payı 1/6 hissədən ibarətdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 10/3340 №-li rəyindən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən mənzilin naturada paylara uyğun olaraq 1/6 hissədə naturada təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, iş üzrə məhkəmə ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, iddia əsassız olduğundan, iddiaçılar İddiaçı1 Cavabdeh1 qarşı (maraqlı şəxslər: Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu və ekspertiza xərcindən ibarətdir. İddia tələbi təmin edilmədiyindən ödənmiş dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Bundan başqa da həmçinin, iddia tələbi təmin edilmədiyinə görə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti də İddiaçı1 alınıb Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 Cavabdeh1 qarşı (maraqlı şəxslər: Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi barədə iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti də İddiaçı1 alınıb Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar