Məhkəmə qərarları › İş №2(012)-3061/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3061/2025

16.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3061/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə nikaha daxil olaraq gəlin olaraq köçdüyü Abşeron rayon Məhəmmədi kəndində yerləşən fərdi yaşayış evinə aparılmış siyahıda olan-qızıl dəsti, boyunbağı, qolbaq, sırğa, üzük 1 dəst 22 qr. 583 əyar Dəyəri 3000 manat, Qızıl üzük 4 əd . hər biri 3 qr. 583 əyar Ümumi dəyəri 800 manat, qızıl boyunbağı və qızıl klon (paxlava) 1 dəst 4 qr. Dəyəri 500 manat, yataq mebeli dəsti:-iki nəfərlik yataq, termo, şkaf, tumbuçka çəmi: 4000 manat, qonaq otağı dəsti: - Stol 1 ədədstul 8 ədəd, Divan-kreslo, Televizor altı, Böyük kamod, Kiçik kamod cəmi 6000 manat, uşaq yatağı 300 manat, mətbəx mebeli 3000 manat, mətbəx masası və stol dəsti 4 nəfərlik 350 manat, aspirator 150 manat, qaz sobası 4 gözlü 150 manat, şkaf 1 əd. 300 manat, televizor Samsung 1 əd 1500 manat, lüstur 5 ədəd cəmi 1300 manat, xalça 5 ədəd cəmi 1200 manat, tozsoran LG 1 ədəd 250 manat, miksel Gepas 1 ədəd 70 manat, ət çəkən maşın Gepas 1 ədəd 70 manat, paltaryuyan Samsung 1 ədəd 1000 manat, paltar asılqanı 1 ədəd 250 manat, pərdə dəsti 6 ədəd 1000 manat, qab-qacaq, xırdavat ev əşyaları cəmi 3000 manat, yataq dəsti 1 komlekt 450 manat, masa örtüsü 12 ədəd cəmi 300 manat, bədən dəsmalı 8 ədəd 150 manat, çay dəsmalı 30 ədəd 200 manat, əl-üz dəsmalı 20 ədəd 180 manat, cehiz əmlakın cavabdehdən alınaraq ona verilməsi, cehiz əmlaklar olmadıqda isə dəyərinin müəyyən edilərək cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151-ci maddələrinin tələblərinə cavab vermədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 150.1.2 maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 151.1. maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5. maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3. maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilməlidir. İddia tələbindən göründüyü kimi, iddiaçı cehiz əmlakın qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin, yəni ümumilikdə 29470 manat pulun ona ödənilməsini xahiş etmişdir. Lakin həmin tələb üzrə rüsum ödənilməmiş, iddiaçı tərəfindən məhkəməyə 178,41 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Beləliklə, məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən və bununla da iddia ərizəsinin forma və məzmununa riayət olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərarına gəlmişdir. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149.1. 150.1. 151.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar