Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3062/2020 06.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «cehiz və qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, H.A.sİanov küçəsində yerləşən 127 saylı evdə ona məxsus olan cehiz əşyaları-Yataq dəsti (şfaner, taxt kravat, termo, 2 ədəd tumba) - 1 500 manat dəyərində, 108 ekran televizor - 1 000 manat dəyərində, köhnə model televizor (CV markalı) - 300 manat dəyərində, qonaq otağı mebeli (qorka) - 900 manat dəyərində, divan 2 ədəd kreslo dəsti - 600 manat dəyərində, balaca stol (jumalni) - 100 manat dəyərində 04 ədəd xalça - 800 manat dəyərində, 04 ədəd pərdə asılqanı - 90 manat dəyərində, 03 ədəd çilçıraq - 140 manat dəyərində, 01 ədəd stol və 06 ədəd stul dəsti - 250 manat dəyərində, 01 ədəd stol -100 manat dəyərində, soyuducu - 600 manat dəyərində, 02 ədəd paltaryuyan maşın - 450 manat dəyərində, 01 ədəd 4 göz qaz peçi - 150 manat dəyərində, pərdələr- 250 manat dəyərində, mətbəx əşyaları (qazan dəsti, çaynik dəsti, qaşıq, çəngəl) -550 manat dəyərində, ətçəkən maşın - 85 manat dəyərində, elektrik qazan - 155 manat dəyərində, 03 ədəd yorğan (yun) işlədilməmişdir-200 manat dəyərində, 03 ədəd döşək (01 ədəd taxt döşəyi, 02 ədəd tək döşək) - 250 manat dəyərində, 04 ədəd yastıq - 100 manat dəyərində, stul üstü üçün üzlüklər 04 ədəd (balaca döşəklər)-60 manat dəyərində, 03 gözlü şkaf-140 manat dəyərində, çay dəsti-120 manat dəyərində, yemək dəsti-180 manat dəyərində, qaşıq dəsti çomadan nabor-75 manat dəyərində, tozsoran - 140 manat dəyərində, ütü - 50 manat dəyərində, pastel dəstləri-13 ədəd-330 manat dəyərində, süfrələ4-05 ədəd-100 manat dəyərində, 20 ədəd çay dəsmalı-60 manat dəyərində əşyanın ona qaytarılması, əgər cehiz əşyalar aşkar edilməzsə, onların dəyəri olan 9 825 (doqquz min səkkiz yüz iyirmi beş) manat pul məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh - Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, qızıl-zinət əşyaları olan boyun bağı və qolbağ dəsti (yoluçnu), briliant qaşlarla bəzədilmiş sırğa və üzük (Gül formasında) qızılların ümumi dəyəri - 3 000 (üç min) manat olan qızıl-zinət əşyalarının və Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsində yerləşən 127 saylı evdə mənə məxsus olan cehiz əşyalarım-yataq dəsti (şfaner, taxt kravat, termo, 2 ədəd tumba) - 1 500 manat dəyərində, 108 ekran televizor - 1 000 manat dəyərində, köhnə model televizor (CV markalı) - 300 manat dəyərində, qonaq otağı mebeli (qorka) - 900 manat dəyərində, divan 2 ədəd kreslo dəsti - 600 manat dəyərində, balaca stol (jumalni)- 100 manat dəyərində, 04 ədəd xalça - 800 manat dəyərində, 04 ədəd pərdə asılqanı - 90 manat dəyərində 03 ədəd çilçıraq - 140 manat dəyərində, 01 ədəd stol və 06 ədəd stul dəsti - 250 manat dəyərində, 01 ədəd stol -100 manat dəyərində, soyuducu - 600 manat dəyərində, 02 ədəd paltaryuyan maşın - 450 manat dəyərində, 01 ədəd 4 göz qaz peçi - 150 manat dəyərində, pərdələr - 250 manat dəyərində, mətbəx əşyaları (qazan dəsti, çaynik dəsti, qaşıq, çəngəl) -550 manat dəyərində, ətçəkən maşın - 85 manat dəyərində, elektrik qazan - 155 manat dəyərində, 03 ədəd yorğan (yun) işlədilməmişdir - 200 manat dəyərində, 03 ədəd döşək (0*1 ədəd taxt döşəyi, 02 ədəd tək döşək) - dəyərində, 04 ədəd yastıq - 100 manat dəyərində stul üstü üçün üzlüklər 04 ədəd (balaca döşəklər) -60 manat dəyərində, 03 gözlü şkaf - 140 manat dəyərində, çay dəsti - 120 manat dəyərində, yemək dəsti- 180 manat dəyərində, qaşıq dəsti çomadan nabor - 75 manat dəyərində,tozsoran - 140 manat dəyərində, ütü - 50 manat dəyərində, pastel dəstləri - 13 ədəd - 330 manat dəyərində, süfrələr- 05 ədəd - 100 manat dəyərində, 20 ədəd çay dəsmalı - 60 manat dəyərində əşyanın ona qaytarılması, əgər cehiz əşyalar aşkar edilməzsə, onların dəyəri olan 12 825 (on iki min səkkiz yüz iyirmi beş) manat pul məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh - Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, onunla Cavabdeh xx.xx.2008-ci il tarixdə toyu olmuş, nikahlarını isə xx xxx 2009-cü il tarixində Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 236 saylı akt ilə rəsmiləşdirlər. Birgə nikahlarından iki övladları - xx xxxxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Onlar Cavabdeh ilə bir müddət normal ər-arvad münasibətlərində yaşasalar da sonradan aralarında olan ailə münasibətləri pozulmuş və dözülməz həddə çatmışdır. Ona görə də aralarında olan rəsmi nikah Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4528/2018 saylı qətnaməsi ilə ləğv edilmişdir. Nikahları məhkəmə qaydasında ləğv edildikdən sonra ona xx xxxx 2019-cu il tarixli, 85 saylı Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. O, Emil və Emilin anası X1 ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsində yerləşən 127 saylı evdə qeydiyyatda olmaqla yanaşı, həm də ailə həyatı qurduqdan sonra həmin evdə gəlin kimi yaşamışdır. Hazırda evin nömrəsi dəyişdirilərək 140 olmuşdur Gəlin köçən zaman onun bütün cehiz əşlayarı həmin evə yerləşdirilmiş və qızıl-zinət əşyaları da həmin evdə olmuşdur. Lakin sonradan onun cehiz əşyaları gəlin köçdüyü evdən cavabdeh tərəfindən aparıldığına görə, o, hal-hazırda cehiz əşyalarının yerini bilmir. Anası ona televizor və paltaryuyan hədiyyə almışdır. O, 4 ay müddətində vərəmə görə xəstəxanada yatdığı üçün uşaqlar qaynanasının yanında qalmışlar. Ona qaynanası baxmışdır. Cavabdeh isə onlara baxmamışdır. O, üzərində ancaq nişan üzüyünü aparmışdır, başqa qızıl aparmamışdır. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X5 məhkəmədə iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, iddia tələbində göstərilən 300 manat dəyərində köhnə model televizor (JVC markalı), 600 manat dəyərində divan 2 ədəd kreslo dəsti və 200 manat dəyərində 1 ədəd paltaryuyan maşını nikah dövründən əvvəl onun tərəfindən alındığı üçün və iddia ərizəsinə əlavədə göstərilən qızıl-zinət əşyaları iddiaçı tərəfindən xəstə olduğu dövrdə satıldığından iddia tələbini həmin hissələrdə qəbul etmir. İddia tələbində göstərilən digər cehiz əşyaları iddiaçı tərəfindən gətirilmiş və birgə nikah dövründə alınmışdır. Həmçinin o, iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsində qeyd edilən 31 siyahı üzrə qeyd edilmiş əşyalardan digər 19 siyahı üzrə əşyalar hal-hazırda mövcuddur və onun tərəfindən nəzərdə tutulmuş saxlanc yerində saxlanılmaqdadır. Hətta, İddiaçı nikahları pozulduqdan sonra özünə məxsus əşyaların gəlib götürməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdir. Lakin, hər dəfəsində etdiyi xəbərdarlıqlara baxmayaraq iddiaçı buna məhəl qoymamış, həmin əşyaları yerləşdirməyə yerinin olmadığını bildirmişdir. Ancaq, üzərindən xeyli müddət keçməsinə baxmayaraq ona qarşı əsassız iddia qaldıraraq cehiz əşyalarının sanki onun tərəfindən məhv edildiyini və cehiz əşyaları aşkar edilmədiyi halda isə dəyəri 9825 manat məbləğində olan pulun ondan tutulmasını istəyir. İddiaçının əsas məqsədi həmin siyahı üzrə qeyd edilən əşyaları aparmaq deyil, onunla şəxsi ədavət aparmaqdır. Bundan başqa iddiaçı iddia ərizəsinə əlavə ünvanlayaraq iddia ərizəsində qızıl tələbini qeyd etsə də, qızılların siyahısını iddia ərizəsində göstərməmişdir. İddiaçı özünə məxsus olan qızılzinət əşyaları olan boyun bağı və qolbağ dəsti (yoluçnu), brilliant qaşlarla bəzədilmiş sırğa və üzük (gül formasında) qızıllarının ümumi dəyəri - 3000 manat dəyərində olan qızılların iddia ərizəsinə əlavə olunmasını istəmişdir. İddia ərizəsinə əlavədə qeyd edilmiş qızıl-zinət əşyalarının ondan tələb edilməsi ilə razılaşmır. İddiaçı uzun müddət vərəm xəstəliyindən əziyyət çəkmişdir, iddiaçı X3 qeydiyyatdadır və xəstəliyi ilə bağlı xəstəxanaya yerləşdirilmişdir. Qızıllarını da həmin ərəfələrdə sataraq müalicəsinə xərcləmişdir. Çünki, 2017-ci ilin avqust tarixindən o, Azərbaycan Respublikasında olmamış və burada olmadığı təqdirdə mən həmin qızıl-zinət əşyalarını ondan ala bilməzdi Beləki, həmin ərəfələrdə o, Azərbaycan Respublikasının hüdudlarından kənarda (Rusiya Federasiyasında) işlədiyindən özü uşaqlarına və ailəsinə yetəcək miqdarda pul göndərmişdir. Əgər özü işləyib, qazanıb pul göndərirsə, deməli iddiaçının qızıllarına ehtiyyacı olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsində göstərilən cehiz əşyalarından köhnə model televizor (JVC markalı), divan 2 ədəd kreslo dəsti və 1 ədəd paltaryuyan maşını nikah dövründən əvvəl cavabdeh tərəfindən alındığından və iddia ərizəsinə əlavədə göstərilən qızıl-zinət əşyalarının siyahısı və iddiaçıda olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Lakin digər cehiz əşyalarının iddiaçıya məxsus olması cavabdeh tərəfindən etiraf edildiyindən məhkəmə hesab edirik, iddia tələbi qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Qızıl-zinət əşyaları cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddianın bu hissəsinin təmin edilməsinə əsas verən sübutlar kifayərt qədər olmadığından məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarına nisbətdə iddia tələbi rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsində yerləşən 127 saylı evdə yerləşən 1 ədəd-yataq dəsti (şfaner, taxt kravat, termo, 2 ədəd tumba)-1500 manat dəyərində, 1 ədəd-108 ekran televizor-1000 manat dəyərində, 1 ədəd-qonaq otağı mebeli (qorka)-900 manat dəyərində, 1 ədəd-balaca stol(jurnalni)-100 manat dəyərində, 4 ədədxalça-800 manat dəyərində, 4 ədəd-pərdə asılqanı-90 manat dəyərində, 3 ədəd-çilçıraq- 140 manat dəyərində, 1 ədəd stol və 6 ədəd-stul dəsti-250 manat dəyərində, 1 ədəd stol- 100 manat dəyərində, 1 ədəd-soyuducu-600 manat dəyərində, 1 ədəd-paltaryuyan maşın- 250 manat dəyərində, 1 ədəd-4 göz qaz peçi-150 manat dəyərində, pərdələr-250 manat dəyərində, mətbəx əşyaları (qazan dəsti, çaynik dəsti, qaşıq, çəngəl)-550 manat dəyərində, 1 ədəd-ətçəkən maşın-85 manat dəyərində, 1 ədəd-elektrik qazan-155 manat dəyərində, 3 ədəd-yorğan (yun)-200 manat dəyərində, 3 ədəd-döşək (0*1 ədəd taxt döşəyi, 02 ədəd tək döşək)-250 manat dəyərində, 4 ədəd-yastıq-100 manat dəyərində, 4ədəd-stul üstü üçün üzlüklər(balaca döşəklər)-60 manat dəyərində, 1 ədəd-3 gözlü şkaf- 140 manat dəyərində, 1 ədəd-çay dəsti-120 manat dəyərində, 1 ədəd-yemək dəsti-180 manat dəyərində, 1 ədəd-qaşıq dəsti çomadan nabor-75 manat dəyərində, 1 ədədtozsoran-140 manat dəyərində, 1 ədəd-ütü-50 manat dəyərində, 13 ədəd-pastel dəstləri- 330 manat dəyərində, 5 ədəd süfrələr-100 manat dəyərində, 20 ədəd-çay dəsmalı-60 manat dəyərində və ya onların dəyəri alınıb İddiaçı verilsin. İddia tələbinin qızıl-zinət əşyaları olan boyun bağı və qolbağ dəsti (yoluçnu), briliant qaşlarla bəzədilmiş sırğa və üzük (Gül formasında) qızıl-zinət əşyalarının, köhnə mode1 ədəd televizor (JVC markalı), divan, 2 ədəd kreslo dəsti və 1 ədəd paltaryuyan maşınının cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində rədd edilsin. İddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3062/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3062/2020
06.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver