Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3065/2020 20.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının geri alınması” tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan paltaryuyan maşın, soyuducu, aspirator, dörd gözlü qaz piltəsi, ətçəkən maşın, mikser, şirəçəkən, mikrodalğalı soba, elektrik samovar, soba, qəhvə bişirən cihaz (kofemolka), tozsoran, televizor (108 dioqanal), iran istehsalı qızdırıcı təyinatlı soba, elektrik istilik cihazı, 2 ədəd gecə lampası, 3 ədəd lüstur, dvd pleyer, 2 hissəli tefal istehsalı elektrik çaydan, ütü və masası, divar saatı, tava, mətbəx mebeli, mətbəx masası 4 ədəd oturacağı ilə, yataq dəsti:- taxt, 2 tumba,1 ədəd kamot, 1 ədəd şfoner, sandıq, pufik, qonaq dəsti:- 1 ədəd qorka, ban, 1 ədəd kamot, televizor altı, stol 8 ədəd stul, yumşaq mebel-künc divanı, jurnal masası, xalça- 7 ədəd, 2 ədəd ayaq altı, yorğan döşək -2 ədəd yorğan, 1 ədəd taxt-döşəyi ilə birlikdə,2ədəd adi döşək,4 böyük yastıq,luşaq döşəyi, 2 uşaq yastığı,1 uşaq yorğanı, 1 ədəd taxt yorğanı, 1 ədəd uşaq beşiyi, uşaq arabası, 1 ədəd yataq tülü, 3 ədəd ədyal (qalın), 3 nazik ədyal, 6 ədəd yataq dəsti, 6 ədəd süfrə, 3 müşənbə, masa örtüsü jurnal masası üçün nəzərdə tutulmuş, 6 ədəd əl-üz dəsmalı, 2 ədəd hamam dəsmalı, 12 ədəd çay dəsmalı, 1 cənamaz, pərdələr - 3 ədəd günlük, 3 ədəd tül, 2 ədəd dekor, 2 ədəd jalüz, 1 ədəd termo ədyal, 12 ədəd asılqan, qab-qacaqlar:- 2 ədəd tam meyvə qabı. 1 ədəd güldan, 1 ədəd bıçaq çanta dəsti, 1 dəst qaşıq vilka çanta dəsti, qorka-142 parça çay, qəhvə, nahar dəsti, fujer- 6 rumka,l qrafın, 1 ədəd xrustal (behoma) qırmızı, 6 ədəd fujer, 1 qrafın, 1 xrustal (behoma)- ağ qara rəngli, 6 ədəd fujer, 1 qrafin, 6 qaşlı nəlbəki stəkan dəsti, 6 ədəd fujer, 1 ədəd böyük güldan, 6 qab, 1 ədəd bulud, duz qabı dəsti, 1 ədəd qapaqlı çərəz qabı, sadə meyvə qabı, sadə güldan, 12 ədəd limon qabı kiçik ölçülü,12 ədəd xrustal armudu stəkan, 12 ədəd qara nəlbəki, 12 ədəd balaca nəlbəki,1 ədəd zərli xrustal behoma), 2 ədəd xrustal (behoma), 6 ədəd fujer, 1 ədəd çay servis dəsti, 3 ədəd xrustal külqabı,12 ədəd araq stəkanı, 6 ədəd sarı zərli rumka,6 ədəd şəffaf rumka, 1 ədəd sadə meyvə qabı,l ədəd sadə qənd qabı,divan örtüyü,1 ədəd sadə güldan, uşaq ləyən dəsti 6 dənəli, 12 ədəd çay stəkanı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki böyük, 12 ədəd kiçik, 12 ədəd rozet, qara rəngli çay dəsti (servis), 12 ədəd su stəkanı, 12 ədəd içki qədəhi, 12 ədəd rumka, 3 mərtəbəli ləbləbi qabı, 2 ədəd konfet qabı qara rəngli, şüşə soba qabı, keks qabı, tort bişirmək üçün 3 qab, taxta qaşıq dəsti, taxta xəmir yaymaq üçün kiçik masa, pol silən, zibil yığan taxta, taxta dabankeş, 2 ədəd çaydan altlığı, 1 ədəd asqılı çay dəsti, ümumilikdə 6 ədəd padnos müxtəlif ölçü və materiallarda, 2 ədəd qrafın, 12 ədəd stəkan, 1 ədəd qırmızı qrafin, qara süzgəc, sarımsaq sıxan, mexaniki ət çəkən maşın, 48 ədəd yemək dəsti, 12 ədəd kasa, 1 ədəd tort qabı güllü naxışla bəzədilmiş, 6 ədəd ona məxsus qab, 1 ədəd tort qabı qırmızı qapaqlı, 6 ədəd ona məxsus qab, aşsüzən, aş üçün nəzərdə tutulan 4 ədəd qaşıq, qızıllar- komplekt qarnitur, 1 nişan üzüyü, 1 tək qaşlı üzük, 1 cüt halqa sırqa, 1 cüt naxışlı sırqa, 1 cüt uzun sırqa, 1 cüt sırqa, 1 sep 1 klonla, 1 ədəd üzük (qurd) əşyaların cavabdehdən alınaraq ona verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 112.1.2-ci maddəsinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda— tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 500 manatdan çox olduqda 30 (otuz) manat dövlət rüsumu ödənilməlidir. Belə ki, iddia tələbindən aydın olur ki, iddianın dəyəri 500 manatı aşdığından iddiaçı tərəfindən dövlət büdcəsinə 30 manat məbləğində rüsum ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddiaçı İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının geri alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Belə ki, İddiaçı tələbində sadaladığı cehiz əşyalarının dəyərini göstərməmişdir. Bu da işə mahiyyəti üzrə baxılan zaman cehiz əşyalarının qaytarılması mümkün olmadığı təqdirdə həmin əşyaların dəyərinin cavabdehdən alınması məsələsinin həll olunmasını qeyri-mümkün edir. Odur ki, iddiaçı iddia ərizəsində tələbini konkret ifadə etmədiyi üçün işin faktiki hallarını müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan versin. Başqa sözlə iddia ərizəsində tələb konkret ifadə olunmalı, tələbin fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməlidir. Əgər iddia ərizəsinin məzmunununda qeyd olunan xüsusiyyətlər göstərilməzsə, əks təqdirdə gələcəkdə çıxarılacaq qətnamənin icrasının qeyrimümkün olmasına kifayət qədər əsaslar verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinəəsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının geri alınması” tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3065/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3065/2020
20.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver