Məhkəmə qərarları › İş №2(012)-3083/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3083/2024

25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3083/2024 25.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü atası X5 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü atası X5 ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1959-ci il təvəllüdlü atası X8 qəflətən ürək tutması səbəbindən xx.xx.2024-ci il tarixdə gecə saat 21 radələrində evdə səhhəti pisləşmiş və həmən günü vəfat etmişdir. Vəfat etdiyi günün səhəri yəni xx.xx.2024-ci il tarixdə Mehdiabad qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Bakı şəhər Təcili və X11 Stansiyası tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən onlara ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı tərəflərindən müraciət olunsa da, sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Maraqlı şəxs tərəfindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün, ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, ölüm faktının məhkəmə qətnaməsi ilə müəyyən edilməsi zərurəti meydana gəlmişdir. Bu səbəblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, atası X5 ürəyində damar tıxanıqlığı olmuşdur. Davamlı olaraq təzyiqi yüksək olmuş, sonuncu dəfə də təzyiqi yüksək olanda özünü pis hiss elədiyini söyləmişdir. xx.xx.2024-cü il tarixində qəfildən halı pisləşdiyindən vəfat etmişdir. Təcili yardım çağırılmasına baxmayaraq, təcili yardım gələndə atası artıq vəfat etmişdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi anasıdır və mərhum X8 onun həyat yoldaşı olmuşdur. Mərhumun ürəyində ciddi problemlər olduğundan əməliyyat olmuşdur. Daima mərhum müalicə olunmuşdur. xx.xx.2024-cü il tarixində qəfildən halı pisləşmiş və vəfat etmişdir. Mərhumun vəfat etməsinə səbəb hər hansı bir bədbəxt hadisə və ya xəsarət olmamış təbii-bioloji ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. X2 təzyiqi qalxdığından ürək tutması olduğuna görə xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Mərhum Mehdiabad qəbristanlığında dəfn olunmuş, dəfn mərasimində iştirak etmişdir. Mərhumun vəfat etməsinə səbəb hər hansı bir bədbəxt hadisə və ya xəsarət olmamış təbii-bioloji ölüm olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.1987-ci il tarixli, Xİİ-ЖГ № 464672 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 109 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X8, anası X6r. -xx.xx.2024-cü il tarixli Təcili və X11 X4 görünür ki, X5 adına həmin tarixdə, saat 21:27 radələrində ünvan 1 ünvanına çağırış daxil olmuş, həkimə qədər kişi cinsindən meyid olmaqla ölüm halı aşkar edilmişdir. -Tibbi Ərazi Bölmələrini X16 X19 Rayon Mərkəzi Xəstəxanası X20 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-20/2-M-225-xx-xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. İ.Məmmədovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-845/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -İş materiallarına əlavə olunmuş tibbi müayinələrdən keçməsi barədə olan sənədlərdən görünür ki, X1 ilə əlaqədar müalicə almışdır. -Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 31 saylı arayışdan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə rəhmətə getmiş, Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. -İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, X8 dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, xx.xx.1959-cu il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş X3 rayonu, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsi, ev 24 ünvanında qeydiyyatda olmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X8 ərizəçinin atası olmuş, sonuncu xx.xx.2024-cü il tarixdə halı pisləşdiyindən vəfat etmiş və X5 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X5 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin atası X8 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1959-cu il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar