Məhkəmə qərarları › İş №2(012)-3090/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3090/2025

25.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3090/2025 25.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyasının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyasının qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus, çəkisi brilyant qaşla birlikdə 41 qram olmaqla bir cüt sirğa, sep və qolbaqdan ibarət İtaliya istehsali komplekdən ibarət qizil-zinnət əşyalarin qaytarılması, həmçinin məhkəmə xərclərinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinə əlavə ünvanlanaraq bildirilmişdir ki, qaynatası Cavabdeh ilə mübahisəsi 2017- ci ilin oktyabr ayından başlamışdır. O zaman həyat yoldaşı X9 işsiz idi maddi sixintilar yaşayırdılar. Atası maddi dəstək verəndə qaynatasıyla münasibət yaxşı olmuş, dəstək kəsiləndə isə münasibət korlanmışdır. Evi qaynatası idarə edirdi. Qizilları satmaq fikrini qaynatası irəli sürmüşdür. İclasda deməsə də İsmayıl işə düzəltmək məqsədi ilə satılmışdır. (Sadəcə olaraq olaraq sözün düzün deməyə ehtiyat edir, çünki qaynatasının dediyinə görə oğlunu rüşvət verib işə düzəltmişdi, ona görə də məhkəmə zalında qızıl-zinyət əşyalari hansi məqsədlə satıldığı deyilmir) Faktiki olaraq qaynatası iclasda da qeyd etmişdir ki, 3000 manat pulu bankdan qaynanasının boyunbağını satib “Problemlərini həll edib”. Həmin ərəfələrdə ona şiddət işlətdiyi ücün Abşeron poliş idarəsinə mürəciət etmişdir. Qaynatası qaynanasıyla qızılları otağından götürmüş və ona bildirmişlər ki, o, qızıla laiq deyildir. 2019-ci ilə fevral ayinda qaynatası 1 yaşli uşaqla hamilə olarkən ona zor işlədib qaynatası evdən qovmuşdur. Yoldan keçən tanımadığı qadın şəkilini çəkib atasını çağırmışdır. Həmin vaxt atası gəlib onu öz evinə aparmışdır. Mart ayında o, məhkəməyə mürəciət etmiş, evə köçürülmə, mənimsənmiş əşyaların geri qaytarma məqsədi ilə, həmin vaxt “nikahin ləğvi” idda ərizə ilə mürəciət etmişdir. Sonradan Abşeron rayon Məhkəmənin 2(012)-2144/2019 qətmamə ilə iddası təmin olunmuşdur. Həmin qətnamə ilə bağlı qaynatası Cavabdeh apellyasiya şikayəti vermişdir. Lakin şikayət təmin olnmamışdır. Sənəd Abşeron probasiya şöbəsinə icraya göndərilmişdir. Qaynatası məhkəmə qərarlarına tab gətirməyib utandığından qaynanasını 3 dəfə atası evindən yalvararaq evə gəlməyini xahiş etmişdir. Müvəqqəti barışığa nail oldular və kəsilmiş alimenti ləğv etdirdi. Lakin kinli qaynatası 2021-ci ildə evi gizli olaraq 14 yaşlı baldızı X6 adina keçirərək dolayı yolla 2024-cü ilə idda qaldırmışdır. Qaynatası hökmlü, zəhmlidir, qaynatasının ixtiyari olmadan evdə hec kim hec nə edə bilməz. Ona görə cavabdehin dəyişməsini istəmir. Məhkəmədən yayınmaq üçün qaynatası öz oğlunu qabağa vermişdir. X1 isə bu işdə heç bir rolu olmamışdır, qaynatası çirkin əməllərini örtmək üçün anasını şərik qoşmuşdur. Hal-hazirda yoldaşı və o işsizdir, atası tərəfindən maddi dəstək alir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, övladı-İddiaçı xx.xx.2015-ci ildə X10 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin toyları olduqdan sonra İddiaçı , X4 atasi evinə, yəni Saray qəsəbəsi, Aşiq İmran küçəsi, 4 nömrəli evə gəlin köçmüşdür. 2019-ci ilin fevral ayında iddiaçı 2 yaşlı X13 ilə hamilə olarkən qaynatası Cavabdeh tərəfindən gəlin köçdüyü evdən fiziki zorakılıq işlədilərək qizil-zinnət əşyaları əlindən alınmaqla evdən cixarilib ata evinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsindən sonra, iddia təmin olunaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2019 tarixli 2(012)-2144/2019 nömrəli qətnaməsi ilə iddiaçı Saray qəsəbəsi, Aşiq İmran küçəsi, ev 4 ünvanında yerləşən evə köçürülmüşdür. Cavabdehin iddiaçıya söz verməsinə baxmayaraq bugünə kimi qızıl- zinyət əşyalarını geri qaytarmamişdır. Cavabdeh hesab edir ki, qızıl-zinyət əşyaları nikah ərəfəsində cavabdehin vəsaiti hesabına alınmış və hədiyyə edilmiş əşyalar cavabdehə məxsusdur. Bu səbəbdən cavabdehin qızılları iddiaçıya qaytarmaq fikri yoxdur. İddiaçıya məxsus qizil-zinyət əşyalarının çəkisi brilyant qaşla birlikdə 41 qram olmaqla bir cüt sırğa, sep və qolbaqdan ibarət İtaliya istehsalı komplektdən ibarətdir. Komplektin ümumi dəyəri 8000 manat təşkil edir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, iddiaçını və nəvələrini çölə atmış olsaydı, 15000 manat məbləğində kompensasiyanı iddiaçıya təklif etməzdi. Bundan əlavə bildirir ki, oğlu Qəribov İsmayıl sözügedən qızılları satmış, lakin pulunu ona verməmişdir. İddiaçı işsiz olduğundan, o, iddiaçını işə düzəltmişdir. (dərzi). Artıq iddiaçı və oğlu ilə aralarında pərdə götürüldüyündən, onların bir evdə yaşaması mümkün deyildir. Bu səbəbdən o, oğluna təklif etmişdir ki, Saray qəsəbəsində olmaqla ayrıca evdə yaşasınlar, nəvələrinə baxmaqda isə o, köməklik edəcəkdir. O, nəvələrini heç vaxt atmır və atmayacaqdır. Məhkəmədə şahid qismində ifadəsi alınmış X11 ifadəsində bildirmişdir ki, o, iddiaçının qaynanasıdır. Belə ki, həqiqətən də fotoşəkildə olan qızıllar onlar tərəfindən toyda iddiaçıya verilmişdir. Lakin iddiaçının öz könüllü razılığı ilə oğlu Qəribov İsmayıl həmin qızılları satmışdır. Belə ki, işə düzəlmək üçün həmin qızıllar satılmışdır. Məhkəmədə şahid qismində ifadəsi alınmış X9 ifadəsində bildirmişdir ki, o, hərbi qulluqçu olmuşdur. Lakin müqaviləsinin vaxtı bitdiyinə görə son 6 aydır ki, işsizdir. 2-3 gün ərzində yenidən işə bərpa olunacaqdır. Qeyd edir ki, evləndikləri vaxtdan etibarən həyat yoldaşı ilə valideynləri yola getməmişdir. O, ailəvi bir problem ilə əlaqədar olaraq qızılları özü satmışdır. Odur ki, o, ayrıca ev almaq üçün atasından pul istəmişdir. Məhkəmədə şahid qismində ifadəsi alınmış X3 ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. Belə ki, qızının ona dediklərinə əsasən, qızının qaynatası və qaynanası qızının otağından qızıllarını götürmüş və kürəkəni qızılları satmışdır. Onun isə bu işlə əlaqəsi yoxdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-2144/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsində yerləşən 4 saylı evə köçürülməsi qət edilmişdir. -Həmin qətnamədən müəyyən olunur ki, AZ-İİ № 073020 saylı nikah haqqında şəhadətnaməüsinə əsasən, X9 ilə X5 arasında xx.xx.2015-ci ildə nikah bağlanmış və bu 2776 saylı nikah qeydi ilə rəsmiləşdirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı və X7 rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Lakin hazırda iddiaçı və iddiaçının qaynatası-cavabdeh arasındakı münasibətlər gərginləşmişdir. İddia ərizəsinə əsasən tərəflər ailə qurarkən iddiaçının qaynatası və qaynanası tərəfindən iddiaçıya qızılzinyət əşyaları hədiyyə edilmiş, hazırda onların münasibətləri pisləşdiyindən iddiaçı ona məxsus qızıl-zinyət əşyalarının qayatası-cavabdeh tərəfindən ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 34.1. maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq); İşin araşdırılan hallarından müəyyən olunur ki, sözügedən qızıl zinyət-əşyaları cavabdeh tərəfindən deyil, cavabdehin oğlu, yəni iddiaçının həyat yoldaşı X9 tərəfindən satılmışdır. Bu hal cavabdehin, şahidlərin, həmçinin şahid-iddiaçının qaynanası tərəfindən verilən ifadələrdə öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı tərəfindən təklif qəbul edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırki cavabdehə münasibətdə subyektiv hüququ yoxdur. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “..Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz... Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə,

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyasının qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar