Məhkəmə qərarları › İş №2(012)-314/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-314/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-314/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh1 və onun vəkili X6, Cavabdeh2 MTK-nın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 7- xx-xx- 2015-AS nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 30450,99 manat əsas borc, 3412,26 manat faiz borcu olmaqla, cəmi borcu 33863,25 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil-Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2016-cı il tarixli, 7-xx-xx-2015-AS nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 2 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 30450,99 manat əsas borc, 5806,04 manat faiz borcu olmaqla, cəmi borcu 36257,03 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2016-cı il tarixli, 7-xx-xx-2015-AS nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 49599 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Cavabdeh2 MTK ilə xx.xx.2015-ci il tarixli, 7xx-xx-2015-AS nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə bank arasında xx.xx.2016-cı il tarixli, 7-xx-xx-2015-AS nömrəli ipoteka müqaviləsi bağlanmış və cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti ilə onunarasında bağlanmış xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 49599 manat məbləğində kredit verilmiş, kredit öhdəliklərinin təmin edilməsi məqsədilə onunla bank arasında xx.xx.2016-cı il tarixli, 7-xx-xx-2015-AS nömrəli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. O, sözügedən mənzilə görə 64000 manat ödəniş etmişdir. Səhhəti ilə əlaqədar xəstəxanda olmuş və həmin müddət ödəniş edə bilməmişdir. Ekspert mənzilə baxış keçirərkən mənzilin dəyərinin 120000 manat olduğunu bildirmişdir. "xxxx" ASC tərəfindən yenidən qrafik açılarsa, yeni qrafik üzrə ödəniş edə bilər. Odur ki, hər ay 1000 manat məbləğində ödəniş etməyə razıdır. Cavabdeh2 MTK-nın nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 2 nömrəli mənzil 2016-cı ildə alınmışdır və mənzil artıq 6 ildir ki, Cavabdeh1 istifadəsindədir. Bu səbəbdən mənzilin yenidən təmirə ehtiyacı vardır. Mənzil istifadə edilmiş mənzil olduğundan artıq onu real mənzil qiymətinə satmaq mümkün deyildir. Vətəndaş Cavabdeh1 ödəniş etmir. Bu səbəbdən iddia əsaslıdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 49599 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 MTK bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə "xxxx" ASC arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mənzilin qiyməti 68744 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcu 30450,99 manat əsas borc, 5806,04 manat faiz borcu olmaqla, cəmi borcu 36257,03 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 9/9465 №-li ekspert rəyindən görünür ki, maliyyə arayışı, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2021-ci il tarixinədək banka olan əsas borcu 30660,84 manat, faiz borcu 3347,24 manat təşkil edir. İş materiallarında olan «X5 Mərkəzi» MMC-nin 26 fevral 2022-ci il tarixli, YDQM № 012-016/2022 №-li ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51 kv.m, yaşayış sahəsi 31,3 kv.m, yardımçı sahəsi 19.7 kv.m olan 2 otaqlı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 59700 manat, likvid dəyəri 56000 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında kredit müqaviləsi, zaminlik müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-5114/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadları ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 9/9465 №-li ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 9/9465 №-li ekspert rəyindən görünür ki, maliyyə arayışı, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2021-ci il tarixinədək banka olan əsas borcu 30660,84 manat, faiz borcu 3347,24 manat təşkil edir.Göründüyü kimi 18 yanvar 2022-ci il tarixli, 9/9465 №-li ekspert rəyində göstərilən məbləğlər xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş,lakin sözügedən ekspert rəyindən sonra iddiaçı təşkilatın iddia tələbinin həcminin artırılmasına dair ərizəsi məhkəməyə daxil olaraq xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək ödənilməmiş 30450,99 manat əsas borc və 5806,04 hesablanmış faiz borcu cavabdehlərdən tələb olunmuş və xx.xx.2022-ci il tarixədək tələb olunan məbləğlər məhkəmədə cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015- AS nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək ödənilməmiş 30450,99 manat əsas borc və 5806,04 hesablanmış faiz borcu iş materiallarında olan maliyyə arayışı ilə təstiq olunduğundan Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərdən 30450,99 manat əsas borc, 5806,04 faiz borcu olmaqla, cəmi 36257,03 manat borc tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 7-xxxx-2015-AS nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsindan irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 MTK-dan öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzilin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin borc tələbinə yönəldilməsinin qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqdan sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməli, Cavabdeh1 həmin mənzili ən geci 1 ay ərzində əşyaları ilə birlikdə tərk etməli, Cavabdeh1 həmin mənzildən çıxmadıqda evdən məcburi qaydada çıxarılmalı, həmin ev boşaldılmalı və Banka təhvil verilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan başqa iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016cı il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzil 68744 manat qiymətləndirilmişdir. Lakin məhkəmə «X5 Mərkəzi» MMC-nin 26 fevral 2022-ci il tarixli, YDQM № 012-016/2022 №-li ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 56000 manat müəyyən edilməlidir. İddia tələbinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsi dəqiq və konkret olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 9/9465 №-li mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2015ci il tarixli, 7-xx-xx-2015-AS nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 30450,99 manat əsas borc, 5806,04 manat faiz borcu olmaqla, cəmi 36257,03 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaiti tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2016-cı il tarixli, 7-xx-xx-2015-AS nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 6, 140 nömrəli mənzil açıq hərracdan satılsın, mənzilin ilkin satış qiyməti 56000 manat müəyyən edilsin. Hərracdan əldə olunacaq vəsait hesabına "xxxx" ASC-yə olan borc ödənilsin, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilsin, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakı ilə birlikdə tərk etsin, Cavabdeh1 ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, Cavabdeh1 evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq Banka təhvil verilsin. İddia tələbi satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 9/9465 №-li mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar