Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3144/2020 06.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işəxx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dairərizə ilə məhkəməyə müraciət edərək, anası- xx.xx.1949-cu il tarixdə Naxçıvan MR, Babək rayonu, Uzunoba kəndində anadan olmuş X1 xx.xx.2016-cı il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1949-cu il tarixdə Naxçıvan MR, Babək rayonu, Uzunoba kəndində anadan olmuş X3 xx.xx.2016-cı il tarixdə uzun sürən xəstəliyin nəticəsi olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, 02 saylı evdə ölmüşdür. O, Abşeron rayonu, Xırdalan şəhər qəbiristanlığında dəfn edilmişdir. Ailəsi həmin zamanlar dərin sarsıntı keçirdiyindən ölümü Maraqlı şəxsndə qeydə aldırmamışdır. Ərizəçi anasından qalmış mirasa vərəsəlik əldə etməsi üçün X1 ölümünü təsdiq edən sənəd lazımdır. Ölüm haqqında şəhadətnaməni Maraqlı şəxsndə almaq mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizəsinə uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatınıdinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki,ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan AA seriyalı 01657625 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X3 xx.xx.1949-cu il tarixdə Naxçıvan MR, Babək rayonu, Uzunoba kəndində anadan olmuşdur. Mülki işin materiallarında olan X2 Yardım Stansiyasının xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdə “103” xidmətinə Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, 02 saylı ünvandan çağırış daxil olmuşdur. KYS-nın təcili tibbi yardım briqadası həmin ünvana çatdığı zaman artıq X3 vəfat etmişdir. Həmin vərəqədə ölümün ilkin səbəbi kimi “işemik insult” qeydi edilmişdir. Mülki işin materiallarında olanMaraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-836/15 saylı arayışdan müəyyən edilir ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığından Ərizəçi anası- X1 barəsində ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.1949-cu il tarixdə Naxçıvan MR, Babək rayonu, Uzunoba kəndində anadan olmuş X1 xx.xx.2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, 02 saylı evdə ölməsi faktı müəyyən edilməli, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu il tarixdə Naxçıvan MR, Babək rayonu, Uzunoba kəndində anadan olmuş X1 xx.xx.2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydadaverildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3144/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3144/2020
06.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver