Məhkəmə qərarları › İş №2(012)-3157/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3157/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3157/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4nun xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunun Akovan qəsəbəsində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata haqqında məlumat qrafasında X17, ana qrafasında X2 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Əhmədova (Abdullayeva) Elmira Əlövsət qızı xx.xx.1983-cü ildə Ermənistan Respublikasının Kirovakan şəhərində anadan olmuşdur. X4 xx.xx.2025-ci il tarixində ölmüşdür. Atasından miras qalmış əmlakla bağlı notariat ofisinə müraciət edərkən X4nun doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Atasının doğum haqqında şəhadətnaməsini tapmadığına görə maraqlı şəxs Abşeron rayonu Qeydiyyat Şöbəsinə doğum haqqında şəhadətnamənin təkrar verilməsi ilə bağlı rəsmi qaydada müraciət etmiş, maraqlı şəxs tərəfindən ona verilmiş xx.xx.2025-ci il tarixli, 3- 165/8-15-60/25 saylı arayışla müsbət cavab verilməmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X18 ifadəsində göstərdi ki, ərizəçinin əridir və onlar xx.xx.2007-ci ildə nikaha girmişlər. X1 03 yanvar 1958-ci ildə doğulmuş, xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bilir ki, onun atasının adı Abuş, anasının adı isə Gülsənəmdir. İş materiallarında olan 375732 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1983-cü ildə Ermənistan Respublikasının Kirovakan şəhərində anadan olmuşdur. X3r. İşdə olan AZ-İİ 485129 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2025-ci ildə ölmüşdür. İşdə olan Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X6 miras qalmış ** HL *** qeydiyyat nişanlı, MİTSUBİSHİ PAJERO minik markalı nəqliyyat vasitəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı övladı Ərizəçi Sumqayıt şəhər 1 saylı notariat ofisinə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət daxil olmuşdur. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1958-ci ildə anadan olmuş X7 doğum haqqında şəhadətnaməsi olmadığı üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşdə olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbəsi tərfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan X7 fərdi uçot vərəqəsinin surətindən görünür ki, o, xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. X11, anası X5r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İşdən görünür ki, ərizəçinin X4 xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuş və xx.xx.2025-ci ildə Sumqayıt şəhərində ölmüşdür. Məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, ərizəçinin atasının doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd məhv olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun X4nun doğum aktı qeydi bərpa edilməli, yeni şəhadətnamədə doğum tarixi 03 yanvar 1958-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, soyadı, adı, atasının adı X13, atasının adı X17, anasının adı X2 qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçinin X4nun doğum aktı qeydi bərpa edilsin. Yeni şəhadətnamədə X7 doğum tarixi 03 yanvar 1958-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, soyadı, adı, atasının adı X13, atasının adı X17, anasının adı X2 qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar