Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3160/2024 28.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdehnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 15 dekabr 2023-cü il təvəllüdlü X3 xx.xx.2024cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, mərhum 15 dekabr 2023-cü il təvəllüdlü X4r.08 yanvar 2023-cü il tarixində X6 ilə ailə həyatı qurmuşdur. 15 dekabr 2023-cü il tarixində Sumqayıt şəhərində oğlu Vaqif 1 saylı Prenotal Mərkəzdə dünyaya gəlmişdir. Oğlu Vaqif dünyaya gələndə onun ağ ciyərlərində anadangəlmə problemləri olmuşdur. Buna görə də o, küveyz aparatına qoşulmuş, 09 yanvar 2024-cü il tarixinədək aparat altında saxlanmış, daha sonra müalicəsinin ev şəraitində aparılması üçün evə buraxılmışdır. Bir müddət sonra, təxminən 02-03 fevral 2024-cü il tarixindən etibarən oğlunun səhhətində problemlər yaranmışdır. Buna görə də o, həyat yoldaşı və oğlunu qaynatası X2 yaşadığı Saray qəsəbəsi, Mir Cəlal küçəsindəki evə aparmışdır. 06 fevral 2024-cü il tarixində uşağın vəziyyəti ağırlaşmışdır. Buna görə də ailə üzvləri Abşeron Mərkəzi Rayon Xəstəxanasının Təcili və X9 Stansiyası ilə əlaqə saxlayıb yardım istəmişlər. Oğlu təcili tibbi yardım gələnə qədər 06 fevral 2024-cü il tarixində saat 12 radələrində qayınatasının evində qəfildən ölmüşdür. Ərizəyə əlavə edilmiş Təcili və X9 Stansiyası tərəfindən tərtib edilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, oğlu X1 rayonu, Saray qəsəbəsi, MirCəlal küçəsi, ev 30 ünvanında vəfat etmişdir: xx.xx.2024-cü il tarixində Abşeron rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas, X11 tərəfindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsi olmaması əsası ilə rədd edilmişdir. Mərhum oğlu X3 vəfatı ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X18nə müraciət etmiş, bildirilmişdir ki, X3 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Bundan sonra oğlunun ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə müraciət etsə də qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyindən imtina verilmişdir.Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan AZE-İV № 966640 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2023-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X5r. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasi”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə istinad edərək "ölüm haqq ında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X8 ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Abşeron rayon Saray Bələdiyyəsi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli məktubdan görünür ki, X7 xx.xx.2024-cü ildə Saray qəbirstanlığında dəfn olunduğu məlum olmuşdur. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 15 dekabr 2023-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı ərizəçinin izahatı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 dekabr 2023-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3160/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3160/2024
28.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver