Məhkəmə qərarları › İş №2(012)-3202/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3202/2024

27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3202/2024 27.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərif Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, qızı 01 iyun 1961-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı 15 may 2020-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum 15 may 2020-ci il təvəllüdlü X7 onun övladıdır. Mərhum qızı X7 12 mart 2023-cü il tarixində evdə oynayarkən yıxılmışdır. Yıxıldıqdan sonra qızımın halı pisləşdiyinə görə o təcili tibbi yardım çağırdı. Təcili tibbi yardım gəlmədiyinə görə qızımı xəstəxanaya apardılar. X10 “X9 -Bakı QSC-nin tabeliyində olan X25 klinikasında 12 mart 2023-cü il tarixində saat 20:46-ya qədər həkim müayinəsində olduqdan sonra qızını evə təkrar gətirdilər və təcili tibbi yardımı yenidən çağırdılar. Bakı şəhəri Təcili və X12 Stansiyası PHŞ sahə həkimi tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən də göründüyü kimi mərhum qızı xx.xx.2023-cü il tarixində vəfat etmişdir. X2 Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. X1 vəfatı ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün o Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X23nə müraciət etdi. Oradan isə müraciətinə cavab olaraq bildirilmişdir ki, X1 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Uşağın ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etsə də qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədikləri üçün imtina verilmişdir. Qızının ölüm haqqında şəhadətnaməsi ona dəfnə görə verilən müavinətin alınmasına və zəruri sənədlərin əldə edilməsinə görə lazımdır. O cəhd etməsinə baxmayaraq qızının ölümü haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, xx.xx.2020-ci il təvəllüdlü X7 onun qızıdır. Qızı hiperaktiv uşaq olmuş, səhhətində problemlər olmuşdur. 12 mardan 13 marta keçən gecə ürək getməsi olduğundan yıxılmışdır. Təcili yadım çağırılmış, lakin təcili yardım gələndə artıq vəfat etmişdir. Qızı xx.xx.2023-cü il tarixində yaşadığı evdə vəfat etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yqızı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Ərizəçi həyat yoldaşının 1-ci evliliyindən olmuş qızıdır. X7 vəfat edən gün o və həyat yoldaşı orada olmuşdur. X5 yıxılaraq sudurqası tutmuş və təcili yardım çağırılmış, təcili yardım gələndə artıq vəfat etmişdir. xx.xx.2023-cü il tarixində ərizəçinin qızı vəfat etmişdir. Mərhumun vəfat etməsinə səbəb hər hansı bir bədbəxt hadisə və ya xəsarət olmamış təbii-bioloji ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, Ərizəçi həyat yoldaşının kürəkənidir. X7 xəstə uşaq olduğundan sudurqa keçirmiş, təcili yardımın çağırılmasına baxmayaraq, təcili yardım gələndə artıq vəfat etmişdi. xx.xx.2023cü il tarixində ərizəçinin qızı vəfat etmişdir. Mərhumun vəfat etməsinə səbəb hər hansı bir bədbəxt hadisə və ya xəsarət olmamış təbii-bioloji ölüm olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV № 446915 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2677 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası Ərizəçidır. -X25 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3394/23 saylı arayışdan görünür ki, X10 “X9-Bakı” QSC-nin tabeçiliyində olan “X25” klinikasında xx.xx.2023-cü il tarixində saat 20:4646-ya qədər həkim müayinəsində olmuşdur. -xx.xx.2023-cü il tarixli Təcili və X12 X3 görünür ki, X5 adına həmin tarixdə, saat 00:08 radələrində Sadıqcan küçəsi 71 ünvanında yerləşən 13 saylı mənzilə çağırış daxil olmuş, həkimə qədər qadın cinsindən meyid olmaqla ölüm halı aşkar edilmişdir. -Tibbi Ərazi Bölmələrini X16 X24 Rayon Mərkəzi Xəstəxqızı X23 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-20/2-S-354-42-282/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. A.Səmədovanın ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1637/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Bakı şəhəri, Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 335 saylı arayışdan görünür ki, X7 xx.xx.2023-cü il tarixində vəfat etmiş, Zığ qəsəbəsində Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. -İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X7 dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, işin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan müəyyən olundu ki, X7 ərizəçinin qızı olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə halı pisləşdiyindən vəfat etmiş və X5 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X5 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildə vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi qızının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin qızı X7 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildə vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildə vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar