Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3205/2024 11.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) şəxsin vəfat etməsi faktına dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) şəxsin vəfat etməsi faktına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1942-ci il təvəllüdlü X2 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 20-ci küçədə yerləşən 45 saylı evdə xx.xx.2024-cü il tarixdə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib izahatında bildirdi ki, 14 fevral 1942-ci il təvəllüdlü X1 onun həyat yoldaşıdır. Həyat yoldaşı Adil Miriyev 22 mart 2024-cü il tarixdə özlərinə məxsus yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 20-ci küçədə yerləşən 45 saylı evdə vəfat etmişdir. Belə ki, həyat yoldaşı uzun müddət olardı ki, xəstəlikdən əziyyət çəkirdi. Vəfat etdiyi gün səhhəti pisləşdiyindən həkim çağırmışlar. Gələn təcili tibbi yardım briqadasının həkimi həyat yoldaşının onlar gələnə qədər vəfat etdiyini bildirmişdir. Bu barədə ona xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıq vərəqəsi ilə o, həm Maraqlı şəxsnə, həm də Abşeron Rayon Mərkəzi Xəstəxanasına müracətlər etmiş, lakin imtina cavabı verilərək məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, həyat yoldaşı Adil Miriyevi 10 il yataq xəstəsi olmuşdur. Bu müddət ərzində onun daim qulluğunda durmuşdur. Həyat yoldaşının adına hər hansısa bir əmlak mövcud deyildir. Lakin ölüm haqqında şəhadətnaməni gələcəkdə hər hansı bir sənədləşmə işləri üçün lazım olanda təqdim etməkdən ötrü istəyir. Həyat yoldaşını Salyan rayon qəbristanlığında atasının məzarının yanında dəfn etmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Ərizəçi qaynanasıdır. X1 isə qaynatası olmuşdur. X9 uzun müddəti olardı ki, yataq xəstəsi idi. Vəfat etməmişdən 1 (bir) gün əvvəl yataqdan yıxılmışdı. 22 mart 2023-cü il tarixdə isə evdə olarkən ona Adil Miriyevin vəfat etdiyini bildirmişlər. Bundan sonra o, Adil Miriyevin yaşadığı evə getmişdir. Daha sonra təcili tibbi yardıma zəng etmişlər. Gələn təcili tibbi yardım briqadasının həkimi Adil Miriyevin onlara qədər vəfat etdiyini müəyyənləşdirmiş və bu barədə onlara xəbərdarlıq vərəqəsi vermişdir. Verilmiş suallara cavabında qeyd edir ki, daha sonra isə X9i Salyan rayonuna apararaq dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Ərizəçi anasıdır. X1 isə atası olmuşdur. X16 1942-ci il təvəllüdlüdür. Uzun müddət yataq xəstəsi olmuşdur. 22 mart 2023-cü il tarixdə isə vəfat etmişdir. Vəfat edən zamanı o da evdə olmuşdur. Atası X12 rayonuna apararaq dəfn etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2005-ci il tarixdə Abşeron RPŞ tərəfindən verilmiş AZE seriyalı 03044910 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X5 14 fevral 1942-ci il tarixdə Salyan şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X3 rəsmi nikah bağlamaqla evlənmişlər. Nikah bağlandıqdan sonra ərə Miriyev, arvada Miriyeva soyadı verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2005-ci il tarixdə Abşeron RPŞ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx xxxx 1951-ci il tarixdə Salyan şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan “Abşeron Rayon Mərkəzi Xəstəxası” X15 Təcili və X4 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, 22 mart 2024-cü il tarixdə xx.xx.1942ci il təvəllüdlü X2 adına çağırış olmuş, saat 02:05-də çağırış yerinə gəldikdə isə həkimə qədər ölüm, üzərində zorakılıq əlaməti olmayan kişi cinsli meyit aşkar edilmişdir. Mülki işin materiallarında olan “Abşeron Rayon Mərkəzi Xəstəxası” X15 tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli 18-1-20/2-A-216-xx-xx/2024 nömrəli məktubdan görünür ki, Ərizəçi X2 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkünsüzlüyü bildirilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 29 mart 2024-cü il tarixli, 3-16-5/8-15-736/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan Salyan Bələdiyyəsi tərəfindən verilmiş 21 iyun 2024cü il tarixli, 294 nömrəli arayışdan görünür ki, X5 22 mart 2024-cü il tarixdə vəfat etmiş və Salyan rayon qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 22 mart 2024-cü il tarixdə X2 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 14 fevral 1942-ci il tarixdə Salyan şəhərində anadan olmuş X2 22 mart 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14 fevral 1942-ci il tarixdə Salyan şəhərində anadan olmuş X2 22 mart 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3205/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3205/2024
11.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver