Məhkəmə qərarları › İş №2(012)-3215/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3215/2021

26.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3215/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Kontoru və Cavabdeh2 qarşı «qanun üzrə yeganə vərəsə kimi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbi barəsində ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Kontoru və Cavabdeh2 qarşı «qanun üzrə yeganə vərəsə kimi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X1 miras qalmış “Mercedes” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair birinci növbə vərəsə kimi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras qalmış əmlaka payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin tələblərinə əsasən, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı tələblərə xüsusi icraat, şəxsin miras qalmış əmlaka payının müəyyən edilməsi ilə bağlı tələblərə isə iddia icraatı qaydasında baxılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hər iki tələb üzrə eyni icraat qaydasında hazırki işə baxıla bilməz. Odur ki, iddiaçı X2 «qanun üzrə yeganə vərəsə kimi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbi barəsində iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinin pozulması ilə nəticələnir. Həmçinin iddiaçı iddia ərizəsində tələbini dəqiq göstərməyərək, miras qalmış əmlaka payının hansı hissədə müəyyən edilməsini göstərməmişdir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunan bütün bunları iddiaçı tərəfindən iddia ərizəsinin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-nin 149-cu və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Kontoru və Cavabdeh2 qarşı «qanun üzrə yeganə vərəsə kimi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Kontoru və Cavabdeh2 qarşı «qanun üzrə yeganə vərəsə kimi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi» tələbi barəsində ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar