Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3220/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun qardaşı X5 19 mart 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun qardaşı X9 xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 09:46da qardaşı Təcili və X10 Stansiyası həkimləri tərəfindən X19 İİ ARİT şöbəsinə yerləşdirilmiş və 19 mart 2025-ci il tarixdə, saat 07:00-da həmin şöbədə vəfat etmişdir. Mərhum qardaşı xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən qəbiristanlığında dəfn edilmişdir. xx.xx.2025ci il tarixdə qardaşının ölüm haqqında şəhadətnaməsinin alınması üçün “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X22ə müraciət etmiş, lakin qardaşının ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verə bilməməsi barədə 14 aprel 2025-ci il tarixli imtina məktubu verilmişdir. Qeyd edir ki, bununla bağlı o, Maraqlı şəxsnə müraciət edərək qardaşının ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin qeydiyyat şöbəsinin rəisi Ceyran Cabbarovanın imzası ilə verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1011/2025 saylı cavab məktubuna əsasən qardaşının ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunması üçün ölümün qeydə alınması imkan xaricində olduğu bildirilmiş və ona məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu faktı təsdiq etdirməkdə məqsədi qardaşının əmlakı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan ibarətdir. Lakin qardaşının ölümünü təsdiq edən şəhadətnamə olmadığından ondan qalmış miras əmlakı üzrə heç bir hüquqi hərəkətlər etmək mümkün deyildir. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əlavə olaraq bildirir ki, onun qardaşı X9 ailəli olmuşdur. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X11 ərizəni qəbul etdiklərini, X5 19 mart 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X9 onun həyat yoldaşı olmuşdur və onlar 2002-ci ildən Abşeron rayonu, Məmmədli kəndində yaşamışdırlar. Rasim Qəhrəmanov 19 mart 2025-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində vəfat etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 məhkəmədə ifadəsində bildirdi ki, mərhum Rasim Qəhrəmanov onun oğlu olmuş və sağlığında Abşeron rayonu, Məmmədli kəndində yaşamışdır. X9 əvvəl beyin əməliyyatı keçirmiş, daha sonra xəstələnib komaya düşmüş, vəfat etmiş və Abşeron rayonu, Məmmədli kəndində dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 08673251 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin və Azərbaycan SSR Abşeron rayon Məhəmmədi kənd İcraiyyə Komitəsi tərəfindən verilmiş Vİİ-ЖГ № 300969 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Abşeron rayonu, Məhəmmədi kəndində anadan olmuşdur, atası X7, anası X4r. İş materiallarında olan “X20” PHŞ-nin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.2025-ci il tarixdə Təcili və X10 Stansiyası həkimləri tərəfindən X19 İİ ARİT şöbəsinə yerləşdirilmiş və 19 mart 2025-ci il tarixdə həmin şöbədə vəfat etmişdir. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “X20” X22 tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli, 18-1-2/2-Q-305-42-254/2025 №-li cavab məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X9 xx.xx.2025-ci il tarixdə, saat 09.46-da X18 İİ ARİT şöbəsinə daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 07.00-da həmin şöbədə vəfat etmişdir. X1 şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Bu səbəbdən X20 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli, 3-16-5/8-15-1011/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə tesdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 18-1-20/2-Q-14xx-xx- 1125/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ərizəçi ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Məmmədli bələdiyyəsi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 095 nömrəli arayışdan görünür ki, “X23” PHŞ vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixində dünyasını dəyişmiş mərhum X2 rayon Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, həmçinin şahidlərin ifadəsini dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.1974-cü il təvəllüdlü X5 19 mart 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X5 19 mart 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3220/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3220/2025
25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver