Məhkəmə qərarları › İş №2(012)-3243/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3243/2025

05.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3243/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2025-00375 nömrəli, xx.xx.2025ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs 7000 manat məbləğində olan borcunu saziş imzalandıqdan sonra 1 ay müddətində, xx.xx.2025-ci il tarixədək ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin maraqlı şəxs barışıq sazişini könüllü icra etməmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul edərək, onun təmin edilməsinə etiraz etmədi və əlavə olaraq izahatında bildirdi ki, barışıq sazişinə əsasən tələb olunan pul məbləği üzrə ödəniş etmək üçün maddi imkanı olmayıb. Borc mala görə yaranıb və borcundan bir qədər ödəniş edib. Ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 8 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş MŞB/8/2025-00375 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ona olan 7000 manat məbləğində pul borcunu etiraf etdiyini və bu borc məbləğini bu saziş imzalandıqdan sonra 1 ay müddətində, xx.xx.2025-ci il tarixədək tam həcmdə nağdsız qaydada (Birinci tərəfin bank hesabına) ödəniləcəyinə dair Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Laçınov X1 Mahir Ədalət oğluna olan 7000 manat məbləğində pul borcunu mübahisəsiz qaydada etiraf edir və bu borc məbləğini bu saziş imzalandıqdan sonra xx.xx.2025-ci il tarixədək tam həcmdə nağdsız qaydada, birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Tərəflər razılaşırlar ki, bu saziş üzrə ikinci tərəf olan Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (ödənişləri vaxtı vaxtında və sazişdə göstərilən məbləğdə ödəmədikdə), Ərizəçi Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır, Maraqlı şəxs isə bununla razı olduğunu bildirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər özlərinin borc münasibətləri ilə bağlı bir sıra hüquq və vəzifələri barədə mediasiya prosesində razılaşmış və barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri sazişdə göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış MŞB/8/2025- 00375 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/8/2025-00375 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Ərizəçi Maraqlı şəxs ona olan 7000 manat məbləğində pul borcunu etiraf etdiyini və bu borc məbləğini bu saziş imzalandıqdan sonra 1 ay müddətində, xx.xx.2025-ci il tarixədək tam həcmdə nağdsız qaydada (Birinci tərəfin bank hesabına) ödəniləcəyinə dair Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Laçınov X1 Mahir Ədalət oğluna olan 7000 manat məbləğində pul borcunu mübahisəsiz qaydada etiraf edir və bu borc məbləğini bu saziş imzalandıqdan sonra xx.xx.2025-ci il tarixədək tam həcmdə nağdsız qaydada, birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Tərəflər razılaşırlar ki, bu saziş üzrə ikinci tərəf olan Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda (ödənişləri vaxtı vaxtında və sazişdə göstərilən məbləğdə ödəmədikdə), Ərizəçi Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır, Maraqlı şəxs isə bununla razı olduğunu bildirir.”. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar