Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3265/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh və nümayəndəsi - vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və mülkiyyət hüqunun pozulmasının qarşısının alınması tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və mülkiyyət hüqunun pozulmasının qarşısının alınması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilən tikilinin sökülməsi və mülkiyyət hüquqlarının pozulmasının qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 3 134 ünvanında evi vardır. Cavabdeh onun evinə yaxın məsafədə yüksək mərtəbəli, çoxmənzilli bina tikir. O, cavabdehə Şəhərsalma və Tikinti məcəlləsinin tələblərinə zidd olaraq inşa etdirdiyi tikilini qanunsuz tikdiyini, tikili torpaq sahəsinin 50 faizini keçməməli, ara məsafəsi divar hündürlüyünün 30 faizindən az olmamasını bildirmişdir. Cavabdeh isə onun sözlərinə heç bir məhəl qoymamışdır. Vəkili tərəfindən edilmiş sorğular nəticəsində Abşeron Rayon İcra hakimiyyətinin cavabdehə verdiyi xx.xx.2019-cu il tarixli, 1509-E saylı sərəncam əldə edilmişdir. Sərəncamda cavabdehə torpaq sahəsində üç mərtəbəli, mansardlı, 1600 kv.m fərdi yaşayış evinin tikintisinə icazə verilir. Amma, hazırda evin 5-cı mərtəbəsi işlənilir. Sərəncamın tələbləri nəzərə alınmır. Ərazidə təxminən 2500 kv.m çox mənzilli bina tikilir. Bu binanın tikintisi nəticəsində onun mülkiyyət hüquqları pozulur. Əgər cavabdehin torpaq sahəsi 0.50 ha-dırsa onun tikilisi 0.25 ha içərisində olmalıdır. Eyni zamanda qonşularla ara məsafə binanın hündürlüyünün 30 faizindən az olmamalıdır. Cavabdeh isə bu nəhəng binanı onun 3-4 m aralıqda tikmişdir ki, bu da onun evinin zədələnməsi ilə nəticələnir. Eyni zamanda binanın pəncərələri onun evinə və həyətinə baxır ki, bu da onun və ailəsinin hüquqlarının pozulması ilə nəticələnir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunan Masazır kəndi, Ə.Vahid küçəsi, ev 491 ünvanında tikinti aparılır. Həmin ünvanda yerləşən 0,0403 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona qeydiyyat nömrəsi ********** olan çıxarış da verilmişdir. Həmçinin, onun tərəfindən aparılan tikintinin layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış və icra başçısı tərəfindən razılıq verilmişdir. Eləcə də, iddiaçının torpaq sahəsi il ətikinti aparılan torpaq sahəsi bir-birinə bitişik torpaq sahəsi və ya divar-divara olan yaşayış evləri deyildirlər. Bunu həmdə təqdim edilən sənədlərdə və fotolarda da görmək mümkündür. Ona görə də, iddiaçının iddiası əsassız olduğundan iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 cavabdehlə eyni izahat verib, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əqd hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəllə və digər normativ hüquqi aktlar ilə müəyyən olunmuş qaydada aparılır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququn subyekti ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın kserosurətindən görünür ki, ünvan 3, ev 491 ünvanında yerləşən ümumi sahəsi 50,8 kv.m olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ Cavabdeh adına xx xxxxxx 2019-cu ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportdan müəyyən edilir ki, ünvan 3, ev 491 ünvanında yerləşən 0,0403 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 50,8 kv.m olan fərdi yaşayış evinin hüquqi sübyekti Cavabdehdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, 1509-T №-li məktubdan görünür ki, Cavabdeh mülkiyyətində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin **********31-10301 reyestr nömrəli çıxarışı ilə Masazır kəndi ərazisində mülkiyyətinizdə olan 0,0403 yaşayış evinin (1600 m2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəflərindən qeyd edilən şərtlər daxilində razılaşdırılır; 1) Tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılsın, 2) Tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun, 3) Tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. Qeyd edilən şərtlər vətəndaş tərəfində pozularsa, mövcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunması qeyd edilmişdir. Beləliklə, cavabdehin izahatından və işin materiallarından DƏDRX-də **********31- 10301 sayla qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən müəyyən edilir ki, həmin çıxarışa əsasən ünvan 2 ünvanının, torpaq sahəsinin ölçüsü 0,0403 ha mülkiyyətçisi Cavabdehdur. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi tikinti cavabdeh tərəfindən məhz ünvan 3 ev 491 ünvanında aparılır. İddiaçının evinin ünvanı isə ünvan 3 134–dür. Göründüyü kimi tərəflərin ev ünvanları müxtəlif olmaqla, sıra sayı nəzərə alınarsa, bitişik torpaq sahəsi olmayıb, bir-birindən müəyyən məsafədə yerləşir. Bundan başqa, iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən aparılan tikintinin layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış və İcra Hakimiyyətinin Başçısı tərəfindən xx.xx.2019-cu il tarixli, 1509-T saylı məktubu ilə kürsülü, ikimərtəbəli, mansardlı yaşayış evinin tikintisinə razılıq verilmişdir. İddiaçı iddia ərizəsində göstəriən dəlilləri də təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə Q Ə T E T D İ: X1 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və mülkiyyət hüqunun pozulmasının qarşısının alınması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıka--yəti ve-rilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3265/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3265/2020
13.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver