Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3273/2020 17.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan paltaryuyan maşın, soyuducu, aspirator, dörd gözlü qaz piltəsi, ətçəkən maşın, mikser, şirəçəkən, mikrodalğalı soba, elektrik samovar, soba, qəhvə bişirən cihaz(kofemolka), tozsoran, televizor (108 dioqanal), İran istehsalı qızdırıcı təyinatlı soba, elektrik istilik cihazı, 2 ədəd gecə lampası, 3 ədəd lüstur, DVD pleyer, 2 hissəli tefal istehsalı elektrik çaydan, ütü və masası, divar saatı, tava, mətbəx mebeli, mətbəx masası 4 ədəd oturacağı ilə, yataq dəstitaxt, 2 tumba, 1ədəd kamot, 1 ədəd şfoner, sandıq, pufik, qonaq dəsti-1 ədəd qorka, ban, 1 ədəd kamot, televizor altı, stol 8 ədəd stul, yumşaq mebel-künc divanı, jurnal masası, xalça-7 ədəd, 2 ədəd ayaq altı, yorğan döşək-2 ədəd yorğan, 1ədəd taxt döşəyi ilə birlikdə, 2 ədəd adi döşək, 4 böyük yastıq,1 uşaq döşəyi, 2 uşaq yastığı,1 uşaq yorğanı, 1 ədəd taxt yorğanı, 1 ədəd uşaq beşiyi, uşaq arabası, 1 ədəd yataq tülü, 3 ədəd ədyal (qalın), 3 nazik ədyal, 6 ədəd yataq dəsti, 6 ədəd süfrə, 3 müşənbə, masa örtüsü jurnal masası üçün nəzərdə tutulmuş, 6 ədəd əl-üz dəsmalı, 2 ədəd hamam dəsmalı, 12 ədəd çay dəsmalı, 1 cənamaz, pərdələr-3 ədəd günlük, 3 ədəd tül, 2 ədəd dekor, 2 ədəd jalüz,1 ədəd termo ədyal, 12 ədəd asılqan, qab-qacaqlar- 2 ədəd tam meyvə qabı. 1 ədəd güldan, 1 ədəd bıçaq çanta dəsti, 1 dəst qaşıq vilka çanta dəsti, qorka-142 parça çay, qəhvə, nahar dəsti, fujer- 6 rumka, 1 qrafın, 1 ədəd xrustal (behoma) qırmızı, 6 ədəd fujer, 1 qrafin, 1 xrustal (behoma)- ağ qara rəngli, 6 ədəd fujer, 1 qrafin, 6 qaşlı nəlbəki stəkan dəsti, 6 ədəd fujer, 1 ədəd böyük güldan, 6 qab, 1 ədəd bulud, duz qabı dəsti, 1 ədəd qapaqlı çərəz qabı, sadə meyvə qabı, sadə güldan, 12 ədəd limon qabı kiçik ölçülü,12 ədəd xrustal armudu stəkan, 12 ədəd qara nəlbəki, 12 ədəd balaca nəlbəki,1 ədəd zərli xrustal(behoma), 2 ədəd xrustal (behoma), 6 ədəd fujer, 1 ədəd çay servis dəsti, 3 ədəd xrustal külqabı,12 ədəd araq stəkanı, 6 ədəd sarı zərli rumka,6 ədəd şəffaf rumka, 1 ədəd sadə meyvə qabı, 1 ədəd sadə qənd qabı, divan örtüyü,1 ədəd sadə güldan, uşaq ləyən dəsti 6 dənəli, 12 ədəd çay stəkanı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki böyük, 12 ədəd kiçik, 12 ədəd rozet, qara rəngli çay dəsti(servis), 12 ədəd su stəkanı, 12 ədəd içki qədəhi, 12 ədəd rumka, 3 mərtəbəli ləbləbi qabı, 2 ədəd konfet qabı qara rəngli, şüşə soba qabı, keks qabı, tort bişirmək üçün 3 qab, taxta qaşıq dəsti, taxta xəmir yaymaq üçün kiçik masa, pol silən, zibil yığan taxta, taxta dabankeş, 2 ədəd çaydan altlığı, 1 ədəd asqılı çay dəsti, ümumilikdə 6 ədəd padnos müxtəlif ölçü və materiallarda, 2 ədəd 12 ədəd stəkan, 1 ədəd qırmızı qrafin, qara süzgəc, sarımsaq sıxan, mexaniki ət çəkən maşın, 48 ədəd yemək dəsti, 12 ədəd kasa, 1 ədəd tort qabı güllü naxışla bəzədilmiş, 6 ədəd ona məxsus qab, 1 ədəd tort qabı qırmızı qapaqlı, 6 ədəd ona məxsus qab, aşsüzən, aş üçün nəzərdə tutulan qaşıq 4 ədəd, qızıllar-komplekt qarnitur, 1 nişan üzüyü, 1 tək qaşlı üzük, 1 cüt halqa sırğa, 1 cüt naxışlı sırğa, 1 cüt uzun sırğa, 1 cüt sırğa, 1 Sep 1 klonla və 1 ədəd üzük (qurd) əşyaların cavabdehdən alınaraq ona verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, ona məxsus olan paltaryuyan maşın, soyuducu, aspirator, dörd gözlü qaz piltəsi, ətçəkən maşın, mikser, şirəçəkən, mikrodalğalı soba, elektrik samovar, soba, qəhvə bişirən cihaz (Kofemolka), tozsoran, televizor (108 dioqanal), iran istehsalı qızdırıcı təyinatlı soba, elektrik istilik cihazı, 2 ədəd gecə lampası, 3 ədəd lüstur DVD pleyer, 2 hissəli tefal istehsalı elektrik çaydan, ütü və masası, divar saatı, tava, mətbəx mebeli, mətbəx masası 4 ədəd oturacağı ilə, yataq dəsti: taxt, 2 tumba,1 ədəd kamot, 1 ədəd şfoner, sandıq, pufik, qonaq dəsti:- 1 ədəd qorka, ban, 1 ədəd kamot, televizor altı, stol 8 ədəd stul, yumşaq mebel:künc divanı, jurnal masası, xalça:7 ədəd, 2 ədəd ayaq altı, yorğan döşək: 2 ədəd yorğan, 1 ədəd taxt-döşəyi ilə birlikdə, 2 ədəd adi döşək, 4 böyük yastıq, 1 uşaq döşəyi, 2 uşaq yastığı, 1 uşaq yorğanı, 1 ədəd taxt yorğanı, 1 ədəd uşaq beşiyi, uşaq arabası, 1 ədəd yataq tülü, 3 ədəd ədyal (qalın), 3 nazik ədyal, 6 ədəd yataq dəsti, 6 ədəd süfrə, 3 müşənbə, masa örtüsü jurnal masası üçün nəzərdə tutulmuş, 6 ədəd əl-üz dəsmalı, 2 ədəd hamam dəsmalı, 12 ədəd çay dəsmalı, 1 cənamaz, pərdələr: 3 ədəd günlük, 3 ədəd tül, 2 ədəd dekor, 2 ədəd jalüz, 1 ədəd termo ədyal, 12 ədəd asılqan, qab-qacaqlar: 2 ədəd tam meyvə qabı, 1 ədəd güldan, 1 ədəd bıçaq çanta dəsti, 1 dəst qaşıq vilka çanta dəsti, qorka-142 parça çay, qəhvə, nahar dəsti, fujer- 6 rumka, 1 qrafin, 1 ədəd xrustal (behoma) qırmızı, 6 ədəd fujer, 1 qrafin, 1 xrustal (behoma)- ağ qara rəngli, 6 ədəd fujer, 1 qrafin, 6 qaşlı nəlbəki stəkan dəsti, 6 ədəd fujer, 1 ədəd böyük güldan, 6 qab, 1 ədəd bulud, duz qabı dəsti, 1 ədəd qapaqlı çərəz qabı, sadə meyvə qabı, sadə güldan, 12 ədəd limon qabı kiçik ölçülü,12 ədəd xrustal armudu stəkan, 12 ədəd qara nəlbəki, 12 ədəd balaca nəlbəki,1 ədəd zərli xrustal ( behoma), 2 ədəd xrustal (behoma), 6 ədəd fujer, 1 ədəd çay servis dəsti, 3 ədəd xrustal külqabı,12 ədəd araq stəkanı, 6 ədəd sarı zərli rumka, 6 ədəd şəffaf rumka, 1 ədəd sadə meyvə qabı, 1 ədəd sadə qənd qabı, divan örtüyü,1 ədəd sadə güldan, uşaq ləyən dəsti 6 dənəli, 12 ədəd çay stəkanı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki böyük, 12 ədəd kiçik, 12 ədəd rozet, qara rəngli çay dəsti (servis), 12 ədəd su stəkanı, 12 ədəd içki qədəhi, 12 ədəd rumka, 3 mərtəbəli ləbləbi qabı, 2 ədəd konfet qabı qara rəngli, şüşə soba qabı , keks qabı, tort bişirmək üçün 3 qab, taxta qaşıq dəsti, taxta xəmir yaymaq üçün kiçik masa, pol silən, zibil yığan taxta, taxta dabankeş, 2 ədəd çaydan altlığı, 1 ədəd asqılı çay dəsti, ümumilikdə 6 ədəd padnos müxtəlif ölçü və materiallarda, 2 ədəd qrafin, 12 ədəd stəkan, 1 ədəd qırmızı qrafin, qara süzgəc, sarımsaq sıxan, mexaniki ət çəkən maşın, 48 ədəd yemək dəsti, 12 ədəd kasa, 1 ədəd tort qabı güllü naxışla bəzədilmiş, 6 ədəd ona məxsus qab , 1 ədəd tort qabı qırmızı qapaqlı, 6 ədəd ona məxsus qab, aşsüzən, aş üçün nəzərdə tutulan qaşıq 4 ədəd, qızıllar-komplekt qarnitur - 3000 manat, 1 nişan üzüyü - 1000 manat, 1 tək qaşlı üzük - 250 manat, 1 cüt halqa sırğa - 300 manat, 1 cüt naxışlı sırğa -150 manat, 1 cüt uzun sırğa -100 manat , 1 cüt sırğa - 100 manat, 1 sep 1 klonla - 400 manat, 1 ədəd üzük (qurd) - 350 manat(cəmi 5650 manat) əşyaların cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.2017-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü qızı X4 anadan olmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-204/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək onunla Cavabdeh arasında bağlanmış 1674№-li nikah qeydi pozulmuşdur. Boşandıqdan sonra onun bütün cehiz əşyaları-o cümlədən qızıl və zinyət əşyaları cavabdehin evində qalmışdır. O, evdən 2018-ci ilin yanvar ayında çıxmışdır. Cavabdeh ondan xəbərsiz onun qızıl komplektini, üzüyünü hətta ona hədiyyə verilən qızılların bir qismini də lombarda girov qoymuşdur. Daha sonra qızılları lombarddan götürərək anasına vermişdir. Lakin cavabdeh yenidən anasından qızılları alaraq lombarda qoymuşdur. Qeyd olunanlara əsasən o, göstərdiyi əmlakların cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı gəlib cehiz əşyalarını apara bilər. Həmçinin o, məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirdi ki, iddiaçı ilə xx.xx.2017-ci il tarixli rəsmi nikahları Abşeron Rayon Məhkəməsinin 2(012)-204/2020 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı artıq 2019-cu ilin fevral ayından faktiki olaraq ünvan 2 ünvanında yaşamır. İddiaçı ilə ailə qurduqda iddiaçının qadın xəstəliyi var idi. Hamilə olan zaman şiş olduğundan həmin şiş uşaqla birlikdə götürülərək, bəd xassəli və ya xoş xassəli olmasının yoxlanılması məqsədi ilə onkologiyaya göndərildi. Bu səbəbdən övladları dünyaya gələn zaman iddiaçının müalicə olunması məqsədi ilə onun tərəfindən alınan qızıl əşyalarını iddiaçının öz razılığı ilə satılmasına qərar vermişlər. Həmin qızıl əşyaları iddiaçının öz razılığı və məlumatı ilə satılaraq müalicəsinə sərf olunmuşdur. Həmçinin iddiaçı iddia ərizəsində cehiz və qızıl əşyaların siyahısını tərtib edərkən yanlışlıq etmişdir. Belə ki, qeyd edilən qızıl əşyalardan yalnız komplekt qarnitur, 1 cüt naxışlı sırğa, 1 tək qaş nişan üzüyü, 1 sep 1 klonla olmuşdur. Həmin qızıl əşyaların iddiaçının razılığı ilə satılaraq onun müalicəsinə sərf olunmasına baxmayaraq, haqsız olaraq satılmış qızılları ondan tələb edir. İddiaçının qeyd etdiyi cehiz əşyalarının hər biri qeyd edilən ünvandadır. Cehiz əşyalarının çıxarılmasına heç bir etirazı yoxdur. Qeyd olunanlara əsasən, o, İddiaçı ona qarşı “cehiz və qızıl-zinət əşyalarının” qaytarılması tələbini cehiz əşyaların qaytarılması hissəsində təmin edilməsi, qızıl-zinət əşyalarına dair hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 204/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə bağlanmış 1674№-li nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması və Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Express Lombard tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh X10 Təşkilatı “xxxx” QSC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh 12 ay müddətinə 999 manat məbləğində kredit verilmişdir. Bu borcun təminatı olaraq Cavabdeh 4 ədəd qiymətli metalları girovla yüklü etmişdir. Borc öhdəliyini icra edə bilmədiyinə görə atası X1 İsmayıl İmaməli oğlu ilə bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya verilmiş 843 manat borc oğlunun borcunun əvəzinə yönəldilərək birinci kredit müqaviləsinə xitam verilmişdir. Mövcud müqavilə üzrə borcun təminatı məqsədilə eyni girov predmeti yüklü edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cehiz əşyaları cavabdeh tərəfindən etiraf edildiyindən həmin əşyalar cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Məhkəmə iddiaçı tərəfindən tələb olunan qızıl-zinət əşyaları ilə bağlı qeyd edir ki, qızıl-zinət əşyaları cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddianın bu hissəsinin təmin edilməsinə əsas verən sübutlar kifayərt qədər olmadığından həmin əşyalara nisbətdə iddia tələbi rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən ona məxsus olan paltaryuyan maşın, soyuducu, aspirator, dörd gözlü qaz piltəsi, ətçəkən maşın, mikser, şirəçəkən, mikrodalğalı soba, elektrik samovar, soba, qəhvə bişirən cihaz (Kofemolka), tozsoran, televizor (108 dioqanal), iran istehsalı qızdırıcı təyinatlı soba, elektrik istilik cihazı, 2 ədəd gecə lampası, 3 ədəd lüstur DVD pleyer, 2 hissəli tefal istehsalı elektrik çaydan, ütü və masası, divar saatı, tava, mətbəx mebeli, mətbəx masası 4 ədəd oturacağı ilə, yataq dəsti: taxt, 2 tumba,1 ədəd kamot, 1 ədəd şfoner, sandıq, pufik, qonaq dəsti:- 1 ədəd qorka, ban, 1 ədəd kamot, televizor altı, stol 8 ədəd stul, yumşaq mebel:künc divanı, jurnal masası, xalça:7 ədəd, 2 ədəd ayaq altı, yorğan döşək: 2 ədəd yorğan, 1 ədəd taxt-döşəyi ilə birlikdə, 2 ədəd adi döşək, 4 böyük yastıq, 1 uşaq döşəyi, 2 uşaq yastığı, 1 uşaq yorğanı, 1 ədəd taxt yorğanı, 1 ədəd uşaq beşiyi, uşaq arabası, 1 ədəd yataq tülü, 3 ədəd ədyal (qalın), 3 nazik ədyal, 6 ədəd yataq dəsti, 6 ədəd süfrə, 3 müşənbə, masa örtüsü jurnal masası üçün nəzərdə tutulmuş, 6 ədəd əl-üz dəsmalı, 2 ədəd hamam dəsmalı, 12 ədəd çay dəsmalı, 1 cənamaz, pərdələr: 3 ədəd günlük, 3 ədəd tül, 2 ədəd dekor, 2 ədəd jalüz, 1 ədəd termo ədyal, 12 ədəd asılqan, qab-qacaqlar: 2 ədəd tam meyvə qabı, 1 ədəd güldan, 1 ədəd bıçaq çanta dəsti, 1 dəst qaşıq vilka çanta dəsti, qorka-142 parça çay, qəhvə, nahar dəsti, fujer- 6 rumka, 1 qrafin, 1 ədəd xrustal (behoma) qırmızı, 6 ədəd fujer, 1 qrafin, 1 xrustal (behoma)- ağ qara rəngli, 6 ədəd fujer, 1 qrafin, 6 qaşlı nəlbəki stəkan dəsti, 6 ədəd fujer, 1 ədəd böyük güldan, 6 qab, 1 ədəd bulud, duz qabı dəsti, 1 ədəd qapaqlı çərəz qabı, sadə meyvə qabı, sadə güldan, 12 ədəd limon qabı kiçik ölçülü,12 ədəd xrustal armudu stəkan, 12 ədəd qara nəlbəki, 12 ədəd balaca nəlbəki,1 ədəd zərli xrustal ( behoma), 2 ədəd xrustal (behoma), 6 ədəd fujer, 1 ədəd çay servis dəsti, 3 ədəd xrustal külqabı,12 ədəd araq stəkanı, 6 ədəd sarı zərli rumka, 6 ədəd şəffaf rumka, 1 ədəd sadə meyvə qabı, 1 ədəd sadə qənd qabı, divan örtüyü,1 ədəd sadə güldan, uşaq ləyən dəsti 6 dənəli, 12 ədəd çay stəkanı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki böyük, 12 ədəd kiçik, 12 ədəd rozet, qara rəngli çay dəsti (servis), 12 ədəd su stəkanı, 12 ədəd içki qədəhi, 12 ədəd rumka, 3 mərtəbəli ləbləbi qabı, 2 ədəd konfet qabı qara rəngli, şüşə soba qabı , keks qabı, tort bişirmək üçün 3 qab, taxta qaşıq dəsti, taxta xəmir yaymaq üçün kiçik masa, pol silən, zibil yığan taxta, taxta dabankeş, 2 ədəd çaydan altlığı, 1 ədəd asqılı çay dəsti, ümumilikdə 6 ədəd padnos müxtəlif ölçü və materiallarda, 2 ədəd qrafin, 12 ədəd stəkan, 1 ədəd qırmızı qrafin, qara süzgəc, sarımsaq sıxan, mexaniki ət çəkən maşın, 48 ədəd yemək dəsti, 12 ədəd kasa, 1 ədəd tort qabı güllü naxışla bəzədilmiş, 6 ədəd ona məxsus qab , 1 ədəd tort qabı qırmızı qapaqlı, 6 ədəd ona məxsus qab, aşsüzən, aş üçün nəzərdə tutulan qaşıq 4 ədəd alınıb İddiaçı verilsin. İddia tələbinin komplekt qarnitur - 3000 manat, 1 nişan üzüyü - 1000 manat, 1 tək qaşlı üzük - 250 manat, 1 cüt halqa sırğa - 300 manat, 1 cüt naxışlı sırğa -150 manat, 1 cüt uzun sırğa -100 manat , 1 cüt sırğa - 100 manat, 1 sep 1 klonla - 400 manat, 1 ədəd üzük (qurd) - 350 manat məbləğində qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3273/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3273/2020
17.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver