Məhkəmə qərarları › İş №2(012)-3275/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3275/2020

17.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3275/2020 17.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işəxx xxxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dairərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx xxxxxxx 1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X4 xx xxx 2020ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X1 Roza Cabbar qızının oğludur. Mərhum oğlu X7 xx xxx 2020-ci il tarixdə qəfildən ünvan 1 ünvanında vəfat etmişdir. Təcili yardım briqadası çağırılmış, lakin həkimlər gəlib X5 müayinə etdikdə sonuncunun artıq öldüyünü və bu barədə xəbərdarlıq vərəqəsi vermişlər. Ərizəçi oğlu X4 ölməsi ilə əlaqədar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş X10 bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mərhum da onun qonşusu olmuş və xx xxx 2020-ci il tarixdə qəfildən ünvan 1 ünvanında rəhmətə getmiş və Xırdalan şəhər qəbristanlığında dəfn edilmişdir. Dəfndə bir qonşu kimi iştirak etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxsməhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki,ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X7 xx xxxxxxx 1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan X8 Yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx xxx 2020-ci il tarixdə saat 15:45 radələrində X4 meyidi ünvan 1 ünvanında aşkar edilmişdir. Mülki işin materiallarında olanMaraqlı şəxstərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.1, 8.4, 8.5-ci bəndlərinə uyğun olaraq ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşin materiallarında olan Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən ərizəçiyə verilən xx xxxx 2020-ci il tarixli 1248 saylı cavab məktubundan müəyyən edilir ki, S.Bünyatovun ölümünün səbəbi məlum olmadığına görə ona Abşeron rayon Poliklinikası tərəfindən ölüm haqqında şəhadətnamə verilmir. Mülki işin materiallarında olan Abşeron RİHB-nin Xırdalan şəhər İƏD üzrə icra nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli 920 №-li arayışından müəyyən edilir ki, X2 şəhər qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən müəyyən edilir ki, ərizəçinin xx xxxxxxx 1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X7 xx xxx 2020-ci il tarixdə səhər saat 16 radələrində qəfil ünvan 1 ünvanında ölmüşdür. Abşeron rayonu, Xırdalan şəhər qəbristanlığında dəfn edilmişdir. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx xxxxxxx 1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X4 xx xxx 2020-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edildidiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxx 1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X4 xx xxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydadaverildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar