Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3304/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva Ərizəçi Səbzəliyev Orxan Soltanoviçin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə 05 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Ərizəçi Səbzəliyev Orxan Soltanoviç hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il tarixdə İsmayıllı şəhərində doğulmuş vətəndaş Ərizəçi ölmüş elan edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən MPM-nin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, ərizəçinin tələbi “şəxsin ölməsi faktının müəyyən edilməsi” ilə bağlı olsa da, iddia ərizəsinin “xahiş edirəm” hissəsində isə “şəxsin ölmüş hesab edilməsini” xahiş edilmişdir. Halbu ki,ərizənin məzmunundan göründüyü kimi ərizəçi 06 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində atası Ərizəçi ökməsi faktının müəyyən edilməsini istəyir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda ərizəni icraata götürmək mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, ərizəçi yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: Ərizəçi Səbzəliyev Orxan Soltanoviçin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, ərizəçi yenidən məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3304/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3304/2021
05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver