Məhkəmə qərarları › İş №2(012)-3305/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3305/2025

01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3305/2025 01.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, qardaşı X2 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X7 xx.xx.1938-ci il tarixdə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. Qeyd etmişdir ki, ərizəçinin qardaşının doğum haqqında şəhadətnaməsi yoxdur. O, əvvəllər həyat yoldaşı və 3 övladı ilə birlikdə Nərimanov rayonu ərazisində yerləşən evində yaşamış, həyat yoldaşı ilə rəsmi şəkildə evli olsalar da, uzun illər əvvəl aralarında olan anlaşılmazlıq səbəbindən yoldaşından faktiki olaraq ayrılmış, müxtəlif vaxtlarda bacı və qardaşlarının evində yaşamışdır. O, ailəsindən ayrıldıqdan sonra onlardan küsmüş, nə həyat yoldaşı, nə də övladları ilə əlaqə saxlamışdır. Qardaşının əvvəllər ailəsi ilə birlikdə yaşadığı ev ailə üzvləri tərəfindən banka girov qoyulmuş, borcun ödənilməməsi səbəbindən bank tərəfindən satılmış, o (qardaşı) da həmin evdən qeydiyyatdan çıxarılmışdır. Nadir Səmədov yaşlı olduğundan və yaşadığı müddətdə onun üçün zəruri olmadığından hansısa ünvana qeydiyyata düşmək barədə fikirləşməmiş, qeydiyyatı olmadığı üçün də yaşayış yerindən arayış almaq mümkün olmamışdır. Bildirmişdir ki, qardaşı 2017-ci ildən etibarən ərizəçi ilə birlikdə ünvan 1 ünvanda yaşamış, yaşlı olsa da, səhhəti həmişə yaxşı olmuş və səhhəti ilə bağlı hər hansı xəstəxanada qeydiyyatda olmamışdır. Qardaşının səhhəti xx.xx.2025-ci il tarixdən pisləşməyə başlamış, huşu özündə olmamış, koma vəziyyətini düşmüşdür. Ərizəçi həmin gün bununla əlaqədar təcili tibbi yardım xidmətinə zəng edərək çağırsa da, evə gəlmiş 16 saylı KYS-nin təcili tibbi yardım briqadası qardaşının vəziyyətinin ağır olduğunu, yolda ölə biləcəyini qeyd edərək xəstəxanaya aparmaqdan imtina etmişlər. Beləliklə, ərizəçinin qardaşı X7 xx.xx.2025-ci il tarixdə yaşlılığı ilə əlaqədar dünyasını dəyişmişdir. Həmin vaxt təcili tibbi yardım çağırılmış və 16 saylı bölmənin təcili tibbi yardım briqadası ölüm faktını təsdiq etmişlər. Mərhum xx.xx.2025-ci il tarixdə Binə Südçülük sovxozu qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun dəfn xərcləri ərizəçi tərəfindən çəkildiyindən dəfn pulu almaq məqsədi ilə qardaşına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin həmin xəstəxanadan ərizəçinin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli, 18-1-20/2-S-11xx-xx-1022/2025 nömrəli məktubda qardaşı Nadir Səmədovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi bildirilmişdir. Bu səbəbdən də Maraqlı şəxs ölüm faktının qeydə alınmasından imtina etmiş və ərizəçiyə ünvanlanmış xx.xx.2025ci il tarixli, 3-16-5/8-15-1020/2025 nömrəli məktubda, AR Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına biləcəyi, ölüm haqqında şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Odur ki, ərizəçi mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini əldə edə bilmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mаrаqlı şəхs Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşıdır, həmçinin mərhum Nadir Səmədov da onun qardaşı olmuş, ailəli olmasına baxmayaraq, ailəsi ilə birlikdə deyil, qardaş və ya bacısıgildə yaşamışdır. Mərhum 7-8 ildir ki, qardaşı Ərizəçi yanında – ünvan 1 ünvanda yaşamış, xx.xx.2025-ci il tarixdə həmin ünvanda rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısıdır, həmçinin və mərhum Nadir Səmədov da onun dayısı olmuşdur. Bildirmişdir ki, mərhumun heç bir xəstəliyi olmamış, təxminən 2025-ci ilin aprel ayının 4 və ya 5-ci rəhmətə getmişdir. X11 vəfat edən gün o da orada olmuşdur. Məhkəmə proses iştirakçılarını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Saatlı RPŞ tərəfindən verilmiş AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə Cəbrayıl rayonu, Horovlu kəndində anadan olmuşdur. - Nərimanov RPİ tərəfindən verilmiş AZE 03946619 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1938-ci il tarixdə Cəbrayıl rayonu, Qorovlu kəndində anadan olmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsinə dair müraciətlə bağlı Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-20/2-S-11xx-xx-1022/2025 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X2 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. -Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- 1020/2025 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bildiyi, həmçinin Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Respublika Təcili və X4 Mərkəzi” PHŞ Binəqədi TTTYS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə, saat 09:18-də ünvan 1 ünvanda vəfat etmişdir. Ölümün ilkin səbəbi həkimə qədər ölümdür. -Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Abşeron rayon 1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 807 saylı arayışdan görünür ki, Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Səmədov X3 qəsəbəsi, “Gənclər Şəhərciyi” məcburi köçkün qəsəbəsində yerləşən ev 7, mənzil 2 ünvanda müvəqqəti məskunlaşmışdır. -Xəzər rayonu, Binə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 687 saylı arayışdan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X7 ərizəçinin qardaşı olmuş, xx.xx.2025-ci il tarixdə ev şəraitində vəfat etmişdir. X2 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahid ifadəsində X2 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda vəfat etməsi faktı təsdiq edilmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirilmişdir ki, həqiqətən, ərizəçinin qardaşı X7 xx.xx.2025-ci il il tarixdə ünvan 1 ünvanda ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, sözügedən normanın tələbinə əsasən, ərizəçi hazırkı ərizəni verərkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə, yəni 100 manat dövlət rüsumunu ödəməkdən azad olduğu halda, həmin tələb üzrə xx.xx.2025-ci il tarixdə ********** qəbz əsasında 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, ərizəçi tərəfindən artıq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1938-ci il tarixdə Cəbrayıl rayonu, Qorovlu kəndində doğulmuş X2 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda ölməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1938-ci il tarixdə Cəbrayıl rayonu, Qorovlu kəndində doğulmuş X2 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar